Ödemin orqanizmə təsiri

Ödemin orqanizmə təsiriÖdem orqanizmin mühafizəedici və uyğunlaşdırıcı reaksiyalarının iştirakı ilə yaranır. Mayenin damarlardan hüceyrəarası sahəyə keçib, orada ləngiməsi qanın bəzi maddələrdən (xüsusən zəhərli maddələrdən) təmizlənməsinə və orqanizmin mayelərində osmos təzyiqin sabit zaxlanmasına kömək edir. Ödem qanda müxtəlif kimyəvi və toksik maddələrin qatılığının azalmasına şərait yaradır. Beləliklə həmin maddələrin orqanizmə toksik təsiri azalır. İltihabı, allergik, toksik və başqa mənşəli ödemlər zədələnmə ocağında qan və limfa damarlarını sıxmaqla müxtəlif toksik maddələrin orqanizmə yayılma sürətini azaldırlar.
Bütün tipik patoloji proseslər kimi ödemlər də orqanizmə zədələyici təsir göstərir. Ödem toxumalara mexaniki təsir göstərməklə, onların sıxılmasına və qan dövranının pozulmasına səbəb olur. Bunun nəticəsində toxuma trofikası pozulur, orqanizmin infeksion amillərə qarşı müqavimət qabiliyyəti zəifləyir. Uzun müddət davam edən ağır ödem toxumalarda xronik hipoksiya halı yaradır. Bu zaman parenximatoz elementlər tədricən tələf olur və onların yerində birləşdirici toxuma inkişaf edir. Orqanizmdə ödem olduqda hüceyrədaxili suyun bir hissəsi hüceyrəarası sahəyə keçir və nəticədə orqanizmdə susuzluq hissi yaranır. Bəzən bədən temperaturu yüksəlir, osmotik təzyiqi aşağı olan ödem mayesinin bir hissəsi hüceyrələrə daxil olur. Bu zaman hüceyrədaxili ödem və su zəhərlənməsi əlamətləri yaranır.
Ödemin orqanizmə təsiri onun yarandığı nahiyyədən asılıdır. Beyin mədəciklərində, perikard və plevrada maye toplandıqda beynin, ürəyin və ağciyərlərin fəaliyyəti pozulur. Bəzən bu dəyişikliklər orqanizm üçün ağır nəticələr verə bilir.
Milli.Az /news.milli.az

Xəbərlər     Baxılıb: 1234   Tarix: 28 aprel 2022
f Paylaş

Oxşar xəbərlər

.

Bu günkü çəki gələcəkdə yaddaşa təsir edə bilərmi? - ARAŞDIRMA

Orta yaşlarda piylənməsi olan insanların yaşlılıq dövründə demensiyaya tutulma riskinin 33 faiz daha yüksək olduğu müəyyən edilib. xəbər verir ki, bu nəticə 19 uzunmüddətli araşdırmanın, ümumilikdə 589 min 649 nəfərin məlumatlarını

.

Çox öskürənlər bunu oxusun

Uzun müddət davam edən öskürək bir çox insanın qarşılaşdığı problemlərdən biridir. Bəzən adi soyuqdəymədən sonra yaranan öskürək həftələrlə davam edə bilər. Lakin öskürəyin səbəbi hər zaman tənəffüs yolu infeksiyası olmur

.

Ac qalanda ürəkbulanma və halsızlıq yaranırsa

Hipertireoz, Addison xəstəliyi, hipoqlikemiya və polikistik yumurtalıqlar sindromu kimi problemlər aclığa dözümlülüyü azaldaraq ürəkbulanma və halsızlıq yarada bilər. Birinci tip diabet zamanı isə uzun müddət qidadan imtin

.

Yuxuda nar görmək görün nələrə işarə edirmiş?! İNANILMAZ!

Yuxuda nar görmək qadın üçün ziyarət və mücevherata, kişi üçün də övlada, dövlət məmurları üçün terfie, zabitlər üçün əmrlərinin keçməsinə, kəndli üçün oktyabr bərəkətinə, tacir üçün çox quru, xalq üçün yaxşı bir idarəy

.

Yeməkdən sonra bunu etmək çox faydalıdır - 10 dəqiqə bəs edir

Yeməkdən sonra qısa müddətli gəzinti qan şəkərinin yüksəlməsini məhdudlaşdırmağa və sağlamlığa müsbət təsir göstərməyə kömək edə bilər. xəbər verir ki, mütəxəssislərin tövsiyəsinə görə, yeməkdən sonra ilk 15 dəqiqə ərzind

.

Ətir istifadə edənlərə xəbərdarlıq

Ətirin dəriyə çəkilməsi xərçəngin yaranması riskini artırmır. -a istinadən xəbər verir ki, bu barədə rusiyalı onkoloq Basir Bammatov -ya müsahibəsində danışıb. Lakin o, ətirlərin allergik reaksiyalara və ya dəri qıcıqlanmasın

.

Üzünüzdəki bu əlamətlər dəmir çatışmazlığından xəbər verir - (Foto)

Sosial şəbəkələrdə aşağı ferritin səviyyəsinin insanın xarici görünüşünə təsiri ilə bağlı paylaşımlar geniş yayılıb. İstifadəçilər solğun dəri, gözaltı tünd dairələr, saç tökülməsi və kövrək dırnaqları "ferritin üzü"

.

Saatlarla oturanların diqqətinə

"Uzun müddət oturaq vəziyyətdə qalmaq tromboz riskini ciddi şəkildə artırır. Bu təhlükə xüsusilə kiberidmançılar üçün aktualdır". -a istinadən xəbər verir ki, bunu -ya açıqlamasında rusiyalı professor Dmitri Berezovsk

.

Nahardan sonra yuxunuz gəlirsə, səbəb təkcə yorğunluq deyil

Nahardan sonra güclü yuxululuq hissi bir çox insana tanışdır. Bəzən bu, orqanizmin təbii bioloji ritmləri ilə bağlı olur. -a istinadən bildirir ki, ancaq gündüz yuxululuğu davamlı və çox güclüdürsə, bəzi sağlamlıq problemlərini

turlar.az

qadın geyimi reseptler gelinlikler kələm salatı sağlamlıq xəbərləri is qurmagin yollari geyim 2026 kosmetika saglam qidalanma xerceng yumurta tərəzi bürcü bayatı