Oğlanlarda koronavirusun qorxunc nəticələri AŞKARLANDI
Uşaqlarda koronavirusun təhlükəli nəticələri idrak funksiyalarında azalma ilə yanaşı, gələcək nəsillər üçün aşağı nəsilvermədə özünü göstərə bilər.
Publika.az "RİA Novosti"yə istinadla xəbər verir ki, bu barədə Rusiya Pediatrlar Şurasının İcra Komitəsinin rəhbəri Leyla Namazova-Baranova xəbərdarlıq edib.
Onun sözlərinə görə, COVID-19-dan sağalan uşaqların müayinəsi zamanı onların 30 faizində bədənin idrak funksiyalarında azalma olduğu aşkarlanıb. Bu baxımdan həkim, hər hansı bir formada koronavirus infeksiyası keçirmiş uşaqların daha diqqətlə izlənilməsinə çağırış edib.
Həkim xəstəliyin nəticələrinin uroloqlarla birlikdə öyrənildiyini vurğulayıb. Onun sözlərinə görə, koronavirus infeksiyası keçirən oğlanların spermatogenezində ciddi dəyişiklik baş verir.
"Bu, gələcək nəsillərin aşağı fertilliyi (nəsilvermə) ilə bağlı problemlərə gətirə bilər", - deyə L.Namazova-Baranova xəbərdarlıq edib.
Qeyd edək ki, bundan əvvəl "Rospotrebnadzor"dan (Rusiyanın İstehlakçı Hüquqlarının Müdafiəsi və İnsan Rifahına Nəzarət üzrə Federal Xidməti) məktəblilərin aktiv koronavirus daşıyıcısı olmadığı bildirilmişdi. Qurumdan vurğulanmışdı ki, böyüklər uşaqlardan deyil, uşaqlar böyüklərdən yoluxur.









Azərbaycan toylarında yengə nə üçün lazımdır?
Cinsi əlaqə zamanı nə etmək lazımdır?
Arzuolunmaz hamiləlik
Yuxuda sevişmək nəyə yozulur?
Xalq artisti Naibə Allahverdiyeva xəstəxanaya yerləşdirildi
"Eşref Tek" nə vaxt yayımlanacaq?
"Qızım babası kimi siyasətçi olacaq
Xərçəngə qarşı mübarizədə böyük ümid: Yeni peyvənd hazırlandı
Nev vəfat etdi
Rafet El Romanın azərbaycanlı nişanlısı - Foto
Həkimlər ən zərərli qəhvə növünü açıqladılar - Ürək üçün təhlükəlidir