Ömrü uzatmağın yeni üsulu sübut olundu

Ömrü uzatmağın yeni üsulu sübut olunduSkripps Tədqiqat İnstitutunun alimləri müəyyənləşdirib ki, azaldılmış kalori ömrü uzadır, eyni zamanda xərçəng, ürək-damar xəstəlikləri, diabet və demensiya kimi xəstəliklərin yaranma riskini aşağı salır.
Publika.az xəbər verir ki, sağlamlığı yaxşılaşdırmağın yeni potensial üsulu "Science Signaling" jurnalında dərc olunub.
Təcrübə zamanı tədqiqatçılar bir neçə siçan qrupunu müqayisə edib. Bir qrupa məhdud miqdarda kalorili qida verilib, əlavə olaraq 22 dərəcə otaq temperaturunda saxlanılıb. Digər qrup daha isti şəraitdə - 30 dərəcə temperaturda yerləşdirilib. Yüksək temperatur heyvanların bədən istiliyini aşağı salmaqda çətinlik çəkdiyi termoneytral vəziyyətə səbəb olub.
Bundan sonra alimlər siçanların bədənində yalnız qidadan alınan qida birləşmələrini deyil, həm də bədən istiliyindən asılı olan metabolik maddələr axtarıb. Məlum olub ki, temperatur bədənin vəziyyətinə kalori məhdudlaşdırması ilə eyni və ya daha çox təsir göstərir.
Gəmiricilər daha az qida yedikdə bədən istiliyinin aşağı düşdüyü müşahidə edilib. Deməli, istiliyin aşağı salınması kalori məhdudiyyətindən asılı olmayaraq ömrü uzada bilər. Beləliklə, alimlər bu qənaətə gəlib ki, bədən temperaturunu azaldan xüsusi preparatların hazırlanması sağlam həyat tərzinin uzanmasına və yaşla bağlı xəstəliklər riskinin azalmasına imkan yarada bilər.
Aytən Məftun

Sağlamlıq     Baxılıb: 2162   Tarix: 14 sentyabr 2020
f Paylaş


Kurslar.az kurslar

Oxşar xəbərlər

.

İsladılmış badamın FAYDALARI - qan təzyiqi, infarkt

Faydaları saymaqla bitməyən badamın təsirini çoxaltmaq və bir dərman deposu halına gətirmək üçün sadəcə suda gözlətmək lazım olduğunu bilirdiniz?. 1. İsladılmış badam E vitamini, maqnezium, kalsium, Omeqa 3 kimi vitamin v

.

Cinsi gücü artırmaq üçün - 10 TƏBİİ VASİTƏ

Bitki çayları:. Bədəndə maye axını sürətləndirən bitki çayları içdiyiniz zaman qan dövranı sürətlənir, ehtiras və həyəcan artır. Enerji səviyyəsini də artıran bitki çayları cinsi həyatı canlandırır. Jenşen:. Ginseng min illərdi

.

Kakos yağının - 5 UNİKAL FAYDASI

Kakos yağı xüsusilə son beş ildə populyarlıqda böyük artım müşahidə edən bitki mənşəli məhsullardan biridir. Həm supermarketlərdə, həm də kosmetika mağazalarında bankalarda kokos yağı tapmaq mümkündür. Bundan əlavə, qablaşdırıla

.

Masaj müalicəvi faydaları

Masaj xidməti müalicəvi xüsusiyyəti tarix boyu tanınmışdır. Dünyada icra edilən masajların nəzərdən keçirilən zaman göstərir ki, bunların çoxu, təxminən 90%-i, sağlamlığın bərpası məqsədilə tibbi masaj xidməti kimi icra edilir

.

Qızlarda aybaşı dayanır və ya gecikirsə... - Problem necə müalicə edilir?

Qızlarda aybaşı, adətən, 13 yaşında başlanır. Menstruasiya qızların əksəriyyətində cuzi ağrılarla keçir. Bu ağrıları aradan qaldırmaq üçün təbii vasitələrdə istifadə etmək olar – ot dəmləmələri (məsələn, çobanyastığı), garnı

.

DİQQƏT: Hansı meyvənin tumu botoks effekti verir?

Dəri və saç problemlərini aradan qaldırmaq üçün çoxlu müxtəlif kosmetik məhsullardan istifadə olunur. Ancaq ekspertlər avokadonun tumunun təbii faydalarının onlardan daha təsirli ola biləcəyini bildirirlər. xəbər verir ki

.

Ağrı və əzabları aradan qaldırdan yağ - Qızılgül yağı cinsi həvəsi artırır

Bu günə qədər mövcud olduğunu bildiyimiz qızılgül yağı qədim dövrlərdə sağlamlıqda və bir çox xəstəliklərin müalicəsində istifadə edilən əsas yağdır. Osmanlı təbabətində "ağrı kəsici" olaraq xatırlanan qızılgü

.

Qadınlar və kişilər üçün faydalı olan ÇƏRƏZLƏR - TÖVSİYƏ

Rasionunuza müəyyən növ çərəzlərin daxil edilməsi sağlamlığınızı əhəmiyyətli dərəcədə yaxşılaşdıra bilər. Diyetoloqlar qadınlara qoz, badam, fındıq yeməyi məsləhət görür. Şam fıstığı və badam dəri üçün faydalı olan çoxl

.

Cavan və gözəl qalmaq üçün - Möhtəşəm ƏDVİYYAT

Sarıkökün sağlamlıq üçün misilsiz faydaları elmdə çoxdan sübut olunub. Bu ədviyyat mikrob və virus əleyhinə təsir edir, orqanizmdə iltihabları azaldır, güclü antioksidant olduğundan xərçəngin riskini azaldır, qaraciyər üçü

turlar.az

hamilelikde qidalanma makiyaj instagram hamiləlik maraqli sitatlar ancelina colinin sekilleri toy qabağı parket döşəmələr kosmetika novruza aid zehmet ve zinet hekaye janri heyati qiz adlari