Öskürək keçmirsə, bu təbii vasitədən istifadə edin
Öskürək soyuqdəymə xəstəliklərinin ən xarakterik simptomlarından biridir. Öskürək orqanizmin təbii qoruyucu reaksiyasıdır.
Öskürəyin köməyi ilə nəfəs yolları mikroblardan, selikdən, tozdan və s. ziyanlı maddələrdən azad olur.
Öskürək, bronxit antibiotiklərlə müalicə olunmur. Xəstə sadəcə öz orqanizminə kömək etməlidir - daha çox maye içməli (bu bəlğəmin xaric olunmasını sürətləndirir) və lazım olduqda bəlğəmgətirici vasitələrdən istifadə etməlidir. Təbii bəlğəmgətirici vasitələr çox yaxşı kömək edir. Sarımsaqlı süd də bu vasitələrdən biridir.
Bu təbii dərmanı hazırlamaq üçün 2 diş sarımsaq sarımsaqəzənlə stəkana sıxılır, üzərinə 1 stəkan qaynar süd tökülür, dəmlənilir. Süd ilıq olduqda 1 çay qaşığı bal əlavə olunur və kiçik qurtumlarla içilir.
Bu tanınmış təbii vasitə həmçinin qurdqovucu təsirə malikdir və sinir siteminə sakitləşdirici təsir edir.
Milli.Az /news.milli.az









Vətən haqqında bayatılar
Yuxuda sevdiyin insanı görmək
Kişiləri ehtiraslandıran sözlər
Öd kisəsi ağrıyanda nə etməli? - 5 MƏSLƏHƏT
Qara zirə (Çörək otunun) faydaları
İdeal Dieta: 1 həftəyə 5 kq arıqla!
Qarazirə hər dərdin çarəsi olan bitki
Ən güclü təbii antibiotik: Udi hindi bitkisinin faydaları
Arif Mirzəyev vəfat etdi
Nərmin Kərimbəyova 'Zəfər günü'nə həsr olunan 'Atabarı'nı təqdim etdi
Teşkilat' serialının çəkiliş meydançasında gərgin anlar: Dörd nəfər tutuldu
Aktyor Aslan Fətullayevin nəşi Azərbaycana gətirildi