Pandemiyanın beşinci dalğası - Yeni il bayramından sonra nələr olacaq?

Pandemiyanın beşinci dalğası - Yeni il bayramından sonra nələr olacaq?ABŞ-ın "Time" həftəlik jurnalında koronavirus infeksiyasının ehtimal olunan növbəti dalğası haqda yazı dərc olunub.
"Beşinci dalğa gəlirmi?" başlıqlı məqalənin müəllifi jurnalın əməkdaşı Kris Uilsondur.
Milli.Az novator.az-a istinadən məqaləni təqdim edir.
"ABŞ-ın əksər bölgəsində COVİD-19 infeksiyasına yoluxma halları yenidən artmağa başlayıb. Bu, beşinci dalğanın əlaməti ola bilər. Milyonlarla amerikalının Şükranlıq bayramını qeyd etməyə hazırlaşdığı bir vaxtda yeni dalğanın baş qaldırması isə yaxşı heç nə vəd etmir.
Üsyankar virus hamıya birdən-birə yoluxmasa da, onun bayramlarda daha sürətlə yayıldığı bəllidir.
Yoluxmaların aşağı düşəndə bir həftə ərzində eyni tempdə qalması yaxşı əlamət deyil. İkinci, üçüncü və dördüncü dalğanın başlanğıcında da belə olmuşdu. Son günlər də oxşar vəziyyət müşahidə edilir. İki aydır yoluxmalarda enmələr gedirdi. Son günlər isə bu enmələr əvvəlki həftələrlə müqayisədə dalğavarı xüsusiyyətini itirərək sabit tempə keçmişdi.
Belə vəziyyət adətən qəfil yüksəlməyə gətirib çıxarır. Ötən il bu vaxt, yəni infeksiyanın üçüncü sərt dalğası baş qaldırana qədər də yoluxmaların sayı xeyli düşmüşdü. Biz həmin enmədən cəmi 16 gün sonra yoluxmaların necə artdığını gördük. Üstəlik, indi ölümlərin sayı 2020-ci ilin həmin dövrü ilə müqayisdə bir qədər yüksəkdir. Ölümlər isə, bildiyimiz kimi, adətən yoluxmadan iki həftə sonraya düşür.
Ümid edək ki, bu, yanlış həyəcan siqnalıdır. Yəni həmişəki kimi həyəcan siqnalı yox, beşinci dalğanın gəlişinin əlaməti yox, eləcə dördüncü dalğanın sonudur.
Yayda ABŞ-ın həm cənubunda, həm də şimal-qərbində yoluxmalar kəskin artmışdı. Bu cür sıçrayış infeksiyanın yayılmasını sürətləndirdi, yeni ölümlərə gətirib çıxardı. Nəticədə göstəricilər yanvar ayının statistikasını da aşdı.
Hazırda ABŞ-da yoluxmaların artdığı hər bir ştatda qeydə alınan göstəricilər ötən qışdakı rekord səviyyədən aşağıdır. Nyu-Hempşir və Vermont ştatlarında isə ötən həftə yoluxma səviyyəsi tarixi maksimuma yaxınlaşıb. COVİD-19 infeksiyası daima dalğavarı şəkildə Men ştatından Minnesota və Arizona ştatlarına qədər uzanıb. İndi isə avqust və sentyabr aylarında rekord göstəricilərin qeydə alındığı bölgələrdə aktivlik müşahidə olunmur.
Əslində bu il vəziyyət başqa cür olmalı idi. ABŞ-da ötən il dekabrın 14-də "Pfizer/BioNTech" peyvəndi ilk dəfə təqdim olunarkən vaksinasiyanın infeksiyaya son qoyacağı gözlənirdi. Delta variantı peyda olanadək bu ümid qüvvədə idi. Ancaq delta ilə bağlı da belə bir ehtimal irəli sürülürdü ki, yaşlı insanların çoxu tez bir zamanda peyvəndlənəcək və ondan sonra daha məhdudiyyətlərə ehtiyac qalmayacaq.
Yeni virusun sürətli mutasiyasının qarşısını almaq mümkün deyildi və peyvəndlənmə ilə bağlı əhali arasındakı tərəddüdlər də yəqin ki, qaçılmaz idi. Açılımın davam etməsinə, yenidən məhdidiyyətlərin tətbiqi yolundan imtinaya gəlincə, mən risk edib belə bir ehtimal irəli sürürəm ki, ABŞ-ın Xəstəliklərə Nəzarət və Profilaktika Mərkəzinin peyvəndlənmiş insanları bir çox məkanda maska taxmaqdan tam azad edən 13 may qərarı tarix kitablarına düzgün qərar kimi düşməyəcək.
Həmin kitablar sonra yazılacaq - ABŞ və dünya indiki vəziyyətdən çıxandan sonra. Demək istəmirəm ki, iqtisadi fəallığa ehtiyac duyulduğu bir zamanda tam təcridə getmək gərəkdir. Yox. Sadəcə demək istəyirəm ki, göstəricilər bir il əvvəlki kimi pis, bəzən hətta ondan da acınacaqlıdırsa, onda pandemiyanın ilk günlərindəki təhlükəsizlik protokollarına qayıdılmalıdır".
Milli.Az /news.milli.az

Xəbərlər     Baxılıb: 1025   Tarix: 19 noyabr 2021
f Paylaş

Oxşar xəbərlər

.

Nahardan sonra yuxunuz gəlirsə, səbəb təkcə yorğunluq deyil

Nahardan sonra güclü yuxululuq hissi bir çox insana tanışdır. Bəzən bu, orqanizmin təbii bioloji ritmləri ilə bağlı olur. -a istinadən bildirir ki, ancaq gündüz yuxululuğu davamlı və çox güclüdürsə, bəzi sağlamlıq problemlərini

.

Həkimlər ən zərərli qəhvə növünü açıqladılar - Ürək üçün təhlükəlidir

Qəhvə sağlamlıq üçün faydalı içki hesab edilsə də, onun hazırlanma üsulu və tərkibinə əlavə edilən maddələr ürək-damar sisteminə mənfi təsir göstərə bilər. Kardioloqlar xüsusilə şəkərli qəhvə içkilərinin təhlükələri barəd

.

Dişləri saraldan qidalar

Stomatoloq Karla Fornas rasiondakı müəyyən qida məhsulları səbəbindən diş minasının sarala biləcəyi barədə xəbərdarlıq edib. -a istinadən xəbər verir ki, bu barədə o, "El Confidencial" nəşrinə müsahibəsində danışıb

.

Axşam yeməyindən sonra yemək yeyirsiniz? - Bu xəbəri mütləq oxuyun

Gec saatlarda yemək qaraciyər xəstəlikləri riskini 30 faizədək artıra bilər. xəbər verir ki, təxminən 200 min nəfərin məlumatlarının təhlil edildiyi araşdırma gec saatlarda qidalanmaqla qaraciyər yağlanması və sirroz arasınd

.

Göz quruluğunun səbəbi bəlli oldu

Smartfon, planşet və kompüterdən uzun müddət istifadə göz quruluğu şikayətlərini artırır. xəbər verir ki, mütəxəssislər gözlərdə yanma, batma, qızartı və görmənin bulanması kimi əlamətlərin diqqətdən kənarda saxlanılmamasın

.

Bu giləmeyvələr hipertoniyanın yaranmasının qarşısını alır

Quşüzümü və mərcangilə hipertoniya və aterosklerozun yaranmasının qarşısını almağa kömək edir, eləcə də sidik yolu infeksiyalarına qarşı profilaktik vasitə kimi xidmət edir. -a istinadən xəbər verir ki, bu barədə rusiyal

.

Evdə stress yaradan 5 şey

Eviniz istirahət edib güc topladığınız məkan olmalıdır. Lakin gündəlik həyatda adi görünən bəzi əşyalar və şərait fərqinə varmadan gərginliyi artıra bilər. -a istinadən bildirir ki, 886 nəfərin iştirak etdiyi araşdırma göstəri

.

Çox öskürənlər bunu oxusun

Uzun müddət davam edən öskürək bir çox insanın qarşılaşdığı problemlərdən biridir. Bəzən adi soyuqdəymədən sonra yaranan öskürək həftələrlə davam edə bilər. Lakin öskürəyin səbəbi hər zaman tənəffüs yolu infeksiyası olmur

.

DİQQƏT ! Yuxuda pişik görmüsüzsə ..Ağır xəstəlik gözləyir

Yuxusunda pişik görən adamın, qadın və kişi cinsiyyətinə malik olmasına görə yuxunun təbirləri dəyişir. Əgər bu yuxunu görən adam bir kişisə, bu kişinin normal həyatında diqqətsiz bir şəxsiyyətə sahib olduğu, ətrafındak

turlar.az

donlar 2026 kosmetik vasiteler geymler 2026 sarmisaqin faydasi sağlam ol qiz usagini acmaq kabablar kosmetika dostluq hekaye janri brusell bakteriyası naz mila sekis