Pandemiyanın mərkəzi hazırda haradır?

Pandemiyanın mərkəzi hazırda haradır?Avropa yenidən koronavirus pandemiyasının episentrinə çevrilib.
Milli.Az aztibb.az-a istinadən xəbər verir ki, bu barədə Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) bildirib.
Təşkilatın məlumatına görə, dünyadakı COVID-19-a yoluxmaların və ölüm hallarının yarısı bölgənin payına düşür. Bu, virusun İtaliyada ilkin pik həddinə çatdığı 2020-ci ilin aprelindən etibarən ən yüksək göstəricilərdir.
Bununla əlaqədar olaraq, bir sıra Avropa ölkələri Milad bayramı ərəfəsində COVID-19-un yayılmasının qarşısını almaq üçün məhdudiyyətlərin yenidən tətbiq edilməsi imkanını nəzərdən keçirir. Xüsusilə, Hollandiyanın Baş naziri Mark Rutte ölkədə üç həftəlik qismən qapanmaların tətbiq olunduğunu elan edib. Avstriyanın federal kansleri Aleksandr Şallenberq peyvənd olunmamış insanlar üçün ciddi təcrid barədə qərar veriləcəyini istisna etməyib. Dekabrın 1-dən İtaliya 40 yaşdan yuxarı insanlara peyvəndin üçüncü dozasını təklif edəcək.
Avropa İttifaqının məlumatına görə, Aİ ölkələri, həmçinin İslandiya, Norveç və Lixtenşteynin daxil olduğu Avropa İqtisadi Zonasında (AİB) əhalinin təxminən 65 %-i peyvəndin iki dozasını qəbul etsə də, son aylarda peyvəndləmə tempi azalıb. Qeyd olunur ki, Aİ ölkələrinin əksəriyyəti yaşlıları və immun sistemi zəif olan insanları əlavə (buster doza) vaksinasiyaya cəlb edir.
Milli.Az /news.milli.az

Xəbərlər     Baxılıb: 1088   Tarix: 18 noyabr 2021
f Paylaş

Oxşar xəbərlər

.

Kərə yağı xərçəngdən ölüm riskini ARTIRIR

Kərə yağının yüksək miqdarda istehlakı xərçəng və digər ağır xəstəliklərdən ölüm riskini artırır. -a istinadən xəbər verir ki, bu barədə "The Mirror" nəşri Böyük Britaniyada aparılan araşdırmaların nəticəsinə istinadə

.

Limitləri aşdı, satışı qadağan edildi - Nazirlikdən xəbərdarlıq

Türkiyə Ticarət Nazirliyi tərkibindəki kimyəvi risklər səbəbindən bir üz və barmaq boyası məhsulunun bazardan yığışdırılmasına qərar verib.  xəbər verir ki, nazirlik tərəfindən edilən rəsmi açıqlamada, dəftərxana ləvazimatlar

.

Cəfəri suyu necə hazırlanır? - Ləzzət qatan 5 asan və fərqli resept

süfrələrinizə təravət və rəng qatacaq, müxtəlif ədviyyatlarla zənginləşdirilmiş 5 asan və fərqli cəfəri suyu reseptini təqdim edir. Limonlu cəfəri suyu: Limonun canlandırıcı təsiri ilə cəfərinin xarakterik dadını balanslaşdıra

.

Hər gün darçınlı su içsəniz

Hər gün nizamlı su istehlak etmək ümumi sağlamlığımızı qorumaqla yanaşı, orqanlarımızın və dərimizin sağlamlığı üçün də böyük əhəmiyyət kəsb edir.  xəbər verir ki, suyu sadə formada içməkdənsə, ona bəzi ədviyyatlar qatın

.

Ataların qida rejimi hamiləliyə təsir edir - YENİ ARAŞDIRMA

Sağlam hamiləliyə hazırlıq uzun illərdir əsasən qadının məsuliyyəti kimi qəbul olunur. Hamilə qalmağa hazırlaşan qadınlara spirtli içkilərdən imtina etmək, bəzi qidalardan uzaq durmaq və həyat tərzlərini dəyişmək tövsiy

.

Ürək tutması və insult riskini 67% artıran qidalar açıqlanıb

Ultra emal olunmuş qidaların tez-tez istehlakı ciddi ürək-damar xəstəlikləri riskini əhəmiyyətli dərəcədə artıra bilər. report-a istinadən xəbər verir ki, çips, kolbasa, şəkərli içkilər, hazır yeməklər və fast food səhə

.

Ürəyin işini yaxşılaşdıran 6 QİDA

Ürək sağlamlığını yaxşılaşdırmaq və ürək xəstəliyi riskini azaltmaq düşündüyünüz qədər çətin deyil. Pəhrizinizdə kiçik dəyişikliklər və müəyyən faydalı qidaların istehlakı ürəyinizin qorunmasına kömək edə bilər. xəbər veri

.

Yuxuda nar görmək görün nələrə işarə edirmiş?! İNANILMAZ!

Yuxuda nar görmək qadın üçün ziyarət və mücevherata, kişi üçün də övlada, dövlət məmurları üçün terfie, zabitlər üçün əmrlərinin keçməsinə, kəndli üçün oktyabr bərəkətinə, tacir üçün çox quru, xalq üçün yaxşı bir idarəy

.

Yeməyi bir dəfədən çox qızdırmağın sağlamlıq üçün TƏHLÜKƏSİ

Mütəxəssislərin fikrincə, bir çox qida məhsulu yenidən qızdırıldıqdan sonra yalnız faydalı xüsusiyyətlərini itirmir, həm də sağlamlıq üçün təhlükəli ola bilər. Müasir həyatda insanların çoxu hər gün bir neçə dəfə təzə yemə

turlar.az

yemek reseptleri geymler 2026 kosmetik vasiteler is qurmagin yollari arıqlamaq üçün çaylar paltar olmaq qazan kotleti kosmetika qaynana intim munasibetler atalar sözü baldiza aid qadin.az