Peyvənd paylansa belə, dünyanı xilas etməyəcək - Alman şirkəti detalları açıqladı

Peyvənd paylansa belə, dünyanı xilas etməyəcək - Alman şirkəti detalları açıqladıKoronavirus pandemiyasına qlobal miqyasda qalib gəlmək üçün ən az 10 milyard ədəd peyvənd paylanmalıdır.
Publika.az xəbər verir ki, dərman şirkətləri isə peyvəndin qlobal miqyasda təmin edilməsinin mümkünsüz olduğunu bildirir.
Almaniyanın "Deutsche Post" logistika şirkəti ümid vəd edən peyvəndlər siyahısında yer alan "Moderna", "Pfizer" və "CureVac"ın mənfi 80 dərəcəyə qədər soyudulmalı olduğunu və bu peyvəndlərin dünya əhalisinin üçdə-ikisinə çatdırıla biləcəyini bildirir. Şirkətin qənaətinə görə, dünya əhalisinin üçdə-ikisini əhatə edən məhdud elektrik mənbəyinə sahib Afrika, Cənubi Amerika və Asiyanın bəzi bölgələrinə peyvənd tədarükü çox çətin məsələdir.
Hazırda dünyaya paylanması mümkün olan peyvəndlərdən beşi insanlar üzərində test edilir və bu sahədə ən çox ümid bəslənilənlər arasında yer alır. Lakin Antarktika səthindəki temperaturda qalması vacib olan bu peyvəndlərin tədarükü üçün lazımi texnologiyanı təmin etmək yüksək məbləğli büdcə tələb edir.
"Deutsche Post" "McKinsey" firması ilə birgə apardığı araşdırmada qlobal əhalinin üçdə-birinə ev sahibliyi edən ən inkişaf etmiş 25 ölkədən başqa bölgələrdə soyuq hava deposu infrastrukturunun bərbad olduğunu ortaya qoyub.
Bununla birlikdə ABŞ-ın "Moderna" və "Translate Bio" şirkəti iyun ayında potensial peyvəndlərin daha aşağı temperaturda nəql edilib anbarlanması üçün araşdırma apardıqlarını açıqlayıb.
"CureVac" firması təcrübə üçün nəzərdə tutulan bir quduz peyvəndinin standart soyuducuda aylarla saxlanıla bildiyi və buna rəğmən molekulyar quruluşunu qoruduğu, COVID-19 peyvəndinin də eyni dözümlülüyə sahib olduğunu göstərmək üçün testlər aparıldığını bildirir.
"Deutsche Post" bu durumda Afrika qitəsinin əhəmiyyətli hissəsinin peyvəndə əlçatanlığı olmaya biləcəyini xəbərdarlıq edir.
Zümrüd

Sağlamlıq     Baxılıb: 1887   Tarix: 02 sentyabr 2020
f Paylaş


Kurslar.az kurslar

Oxşar xəbərlər

.

Müalicəvi masajdan sonra nələrə diqqət edilməlidir?

Müalicəvi masajdan sonra bədənin reaksiyasını izləmək vacibdir. Əzələlər üzərində işlənildiyi üçün yüngül həssaslıq, dartılma və yorğunluq hiss edilə bilər. masaj edilən nahiyəni həddindən artıq yükləməmək və yaranan ağrını

.

Seksoloq Ləman Telmanqızıdan qadınlar və kişilərə məsləhət - Cinsi istək bitibsə

"Cinsi arzunun itirilməsi həm kişilərdə, həm də qadınlarda cinsi istəyin azalması kimi müəyyən edilir. Fiziki və psixoloji yorğunluq, həyat keyfiyyətindəki dəyişikliklər də cinsi istəyin dəyişməsinə səbəb ola bilər"

.

Dırnaq boyası xanımlarda hansı xəstəliyi yaradır?

Hər bir qadın əllərinin gözəl və səliqəli görünməsini arzu edir. Dırnaqlar isə boyanmış olduqda təbii ki, çox gözəl görsənir. Məhz bu səbəbdən, müasir dövrdə bir çox xanımların istifadə etdiyi dırnaq boyalarının müxtəli

.

DİQQƏT: Hansı meyvənin tumu botoks effekti verir?

Dəri və saç problemlərini aradan qaldırmaq üçün çoxlu müxtəlif kosmetik məhsullardan istifadə olunur. Ancaq ekspertlər avokadonun tumunun təbii faydalarının onlardan daha təsirli ola biləcəyini bildirirlər. xəbər verir ki

.

Babasili, mədə xorasını sağaldan qanqal - Qaraciyərin dərmanı

200 il bundan əvvəl qanqalın adı Qədim Romanın tibbi elmi əsərlərində çəkilirdi. Bitki qara ciyər xəstəliklərində istifadə olunurdu. Uzaq keçmişdə qanqalı Avropa həkimləri də qara ciyər xəstəlikləri zamanı istifadə edirdilər

.

Xalq təbabətinin əvəzedilməzi Nanə

Bir çox in . san mədə xəstəliklərindən əziyyət çəkir. Xalq təbabətində mədə ağrıları zamanı ən yaxşı bitki kimi nanənin adı çəkilir. Mütəxəssislər iştaha və qaz problemi olanlara, mədə ağrısından əziyyət çəkənlərə yaban

.

İsladılmış badamın FAYDALARI - qan təzyiqi, infarkt

Faydaları saymaqla bitməyən badamın təsirini çoxaltmaq və bir dərman deposu halına gətirmək üçün sadəcə suda gözlətmək lazım olduğunu bilirdiniz?. 1. İsladılmış badam E vitamini, maqnezium, kalsium, Omeqa 3 kimi vitamin v

.

Ağrı və əzabları aradan qaldırdan yağ - Qızılgül yağı cinsi həvəsi artırır

Bu günə qədər mövcud olduğunu bildiyimiz qızılgül yağı qədim dövrlərdə sağlamlıqda və bir çox xəstəliklərin müalicəsində istifadə edilən əsas yağdır. Osmanlı təbabətində "ağrı kəsici" olaraq xatırlanan qızılgü

.

Cinsi fəallığı, intim həvəsi artıran vasitələr – AFRODİZİAKLAR HAQQINDA BİLMƏDİKLƏRİMİZ

Afrodiziak intim istək, eşq həzzi deməkdir. Bu söz qədim yunanların sevgi ilahəsi olan Afrodita adından götürülüb. Bəs, hələ qədim zamanlardan bu günə qədər insanların böyük maraq göstərdiyi afrodiziak vasitələr nə üçündür

turlar.az

qadin dunyasi yemek reseptleri kosmetoloq sidik ifrazı sistemi nagillar arvaddan icaze kagizi tecavuze ugrayan qadinlar kosmetika novruz bayramı haxışta sirin qogal brusell bakteriyası ariqlamaq burcler haqqinda