Peyvənd tətbiq olunana qədər başqa yolumuz yoxdur – İnfeksionist

Peyvənd tətbiq olunana qədər başqa yolumuz yoxdur – İnfeksionist"Yumşalmalar insanlarda virusun tamamilə yox olması düşüncəsinə səbəb olur. Amma bu, reallıqda belə deyil. Görürük ki, yumşalmalar sonrası bir müddət dalğalanma olur və yoluxmada artım müşahidə olunur. Yumşalma olsa da, olmasa da insanlar sosial məsafəni gözləməli, maskadan istifadə etməli və əl gigiyenasına əməl etməlidir".
Bu fikirləri Publika.az-a danışan Mərkəzi Neftçilər Xəstəxanasının həkim-infeksionisti Fərrux Sədirov deyib.
O qeyd edib ki, bu qaydalara riayət etmədiyimiz müddət ərzində virusu nəzarət altına almaq mümkün olmayacaq və yoluxma sayı azalmayacaq: "Pandemiyanın nə qədər müddət davam edəcəyi haqqında dəqiq fikirlər yoxdur, fərqli fikirlər səsləndirilir. Bunun tək yolu qorunmaqdır. Hər yer açılsa belə, biz bu qaydalara mütləq şəkildə əməl etməliyik. Belə olduğu halda yoluxmalar yalnız çox az arta bilər. Payız və qış fəslində respirator xəstəliklər baş qaldırır. Bu zaman risk daha da artır. Sadaladığım qorunma tədbirləri insanları digər respirator xəstəliklərdən də qoruyacaq. Dəfələrlə demək lazım olsa da bu, bizi tənəffüs yolu ilə yoluxan bütün xəstəliklərdən qoruyacaq. Hətta əl yumaq bütün infeksion xəstəliklərin 50 faizindən qoruyur".
F.Sədirovun sözlərinə görə, istər qış, istərsə də yay fəslində qaydalara əməl edəcəyimiz təqdirdə virus artmayacaq və getdikcə kollektiv immunitet formalaşacaq: "Qışda yoluxmanın artma ehtimalı yüksəkdir. Çünki koronavirus yüksək temperaturda inaktivasiya olmayan virus tiplərindəndir. Səudiyyə Ərəbistanında və Afrika ölkələrində də pandemiya var. Güclü isti hava belə virusu azaltmır. Soyuğun təsiri ilə də virus artmır. Əslində, havalar soyuduqca insanlar qapalı məkanlarda daha çox vaxt keçirməyə başlayacaqlar. Belə olduqda isə yoluxma ehtimalı artacaq. Virusun özünün aktivliyi deyil, insanlar arasındakı məsafə azaldığı üçün yoluxmanın artma ehtimalı yüksəkdir. Məsafənin gözlənilməsi hələ ki, çıxış yoludur. Peyvəndlərlə bağlı danışıqlar aparılır, tədqiqatlar hələ tam olaraq tamamlanmayıb. Peyvənd tam şəkildə ölkədə tətbiq olunana qədər bundan başqa yolumuz yoxdur".
Akqabay Mıradov

Sağlamlıq     Baxılıb: 2149   Tarix: 27 avqust 2020
f Paylaş

Oxşar xəbərlər

.

Müalicəvi masajdan sonra nələrə diqqət edilməlidir?

Müalicəvi masajdan sonra bədənin reaksiyasını izləmək vacibdir. Əzələlər üzərində işlənildiyi üçün yüngül həssaslıq, dartılma və yorğunluq hiss edilə bilər. masaj edilən nahiyəni həddindən artıq yükləməmək və yaranan ağrını

.

Seksoloq Ləman Telmanqızıdan qadınlar və kişilərə məsləhət - Cinsi istək bitibsə

"Cinsi arzunun itirilməsi həm kişilərdə, həm də qadınlarda cinsi istəyin azalması kimi müəyyən edilir. Fiziki və psixoloji yorğunluq, həyat keyfiyyətindəki dəyişikliklər də cinsi istəyin dəyişməsinə səbəb ola bilər"

.

Dırnaq boyası xanımlarda hansı xəstəliyi yaradır?

Hər bir qadın əllərinin gözəl və səliqəli görünməsini arzu edir. Dırnaqlar isə boyanmış olduqda təbii ki, çox gözəl görsənir. Məhz bu səbəbdən, müasir dövrdə bir çox xanımların istifadə etdiyi dırnaq boyalarının müxtəli

.

DİQQƏT: Hansı meyvənin tumu botoks effekti verir?

Dəri və saç problemlərini aradan qaldırmaq üçün çoxlu müxtəlif kosmetik məhsullardan istifadə olunur. Ancaq ekspertlər avokadonun tumunun təbii faydalarının onlardan daha təsirli ola biləcəyini bildirirlər. xəbər verir ki

.

Babasili, mədə xorasını sağaldan qanqal - Qaraciyərin dərmanı

200 il bundan əvvəl qanqalın adı Qədim Romanın tibbi elmi əsərlərində çəkilirdi. Bitki qara ciyər xəstəliklərində istifadə olunurdu. Uzaq keçmişdə qanqalı Avropa həkimləri də qara ciyər xəstəlikləri zamanı istifadə edirdilər

.

Xalq təbabətinin əvəzedilməzi Nanə

Bir çox in . san mədə xəstəliklərindən əziyyət çəkir. Xalq təbabətində mədə ağrıları zamanı ən yaxşı bitki kimi nanənin adı çəkilir. Mütəxəssislər iştaha və qaz problemi olanlara, mədə ağrısından əziyyət çəkənlərə yaban

.

İsladılmış badamın FAYDALARI - qan təzyiqi, infarkt

Faydaları saymaqla bitməyən badamın təsirini çoxaltmaq və bir dərman deposu halına gətirmək üçün sadəcə suda gözlətmək lazım olduğunu bilirdiniz?. 1. İsladılmış badam E vitamini, maqnezium, kalsium, Omeqa 3 kimi vitamin v

.

Ağrı və əzabları aradan qaldırdan yağ - Qızılgül yağı cinsi həvəsi artırır

Bu günə qədər mövcud olduğunu bildiyimiz qızılgül yağı qədim dövrlərdə sağlamlıqda və bir çox xəstəliklərin müalicəsində istifadə edilən əsas yağdır. Osmanlı təbabətində "ağrı kəsici" olaraq xatırlanan qızılgü

.

Cinsi fəallığı, intim həvəsi artıran vasitələr – AFRODİZİAKLAR HAQQINDA BİLMƏDİKLƏRİMİZ

Afrodiziak intim istək, eşq həzzi deməkdir. Bu söz qədim yunanların sevgi ilahəsi olan Afrodita adından götürülüb. Bəs, hələ qədim zamanlardan bu günə qədər insanların böyük maraq göstərdiyi afrodiziak vasitələr nə üçündür

turlar.az

qadin dunyasi yemek reseptleri kosmetoloq sidik ifrazı sistemi nagillar arvaddan icaze kagizi tecavuze ugrayan qadinlar kosmetika novruz bayramı haxışta sirin qogal brusell bakteriyası ariqlamaq burcler haqqinda