Peyvəndin virusdan qoruma ehtimalı nə qədərdir?
Bu ildən etibarən bir çox ölkələrdə koronavirusa qarşı kütləvi vaksinasiyaya başlanılacaq. Belə olan halda insanları bir sual düşündürür: Peyvənd virusdan nə qədər qoruyacaq? Vaksin vurulan şəxsin bir daha virusa yoluxma ehtimalı varmı?
Milli.Az axşam.az-a istinadən bildirir ki, koronvirusa qarşı edilən peyvənd 2-3 həftə sonra qorumağa başlayır. İkinci dəfə vurulduqdan sonra isə 6 aya qədər qoruma ehtimalı var.
Peyvənd olunan insan sonradan virusa yoluxa bilər. Lakin xəstə bu dəfə yoluxmanı ağır simptomlarla keçirmir. Vaksinasiyadan sonra bədən immunitetini bərpa edir və xəstəlikdən qoruyur.
Lakin peyvənd olunduqdan sonra virusa yoluxan insanın başqasına yoluxdurma ehtimalının nə qədər olduğu hələki məlum deyil. Növbəti aylarda bunun üzərində araşdırmalar aparılacağı deyilir.
Koronavirus peyvəndinin mənfi təsiri isə digər peyvəndlər kimi sadəcə vuluduğu yerdə ağrı, qızartı yaratmasıdır.
Milli.Az /news.milli.az









Vətən haqqında bayatılar
Yuxuda sevdiyin insanı görmək
Kişiləri ehtiraslandıran sözlər
İdeal Dieta: 1 həftəyə 5 kq arıqla!
Qara zirə (Çörək otunun) faydaları
Qarazirə hər dərdin çarəsi olan bitki
Ən güclü təbii antibiotik: Udi hindi bitkisinin faydaları
Öd kisəsi ağrıyanda nə etməli? - 5 MƏSLƏHƏT
Teşkilat' serialının çəkiliş meydançasında gərgin anlar: Dörd nəfər tutuldu
Aktyor Aslan Fətullayevin nəşi Azərbaycana gətirildi
Qarabağa köçən məşhurlar - SİYAHI