Peyvəndlər sonsuzluğa səbəb ola bilərmi? - Alimlər açıqladı
Koronavirus infeksiyasına qarşı vaksinasiyanın sonsuzluq yaratma riski yoxdur. Əlavə olaraq, peyvəndin özündə insana yoluxacaq miqdarda COVID-19 yoxdur.
Publika.az Rusiya mətbuatına istinadən xəbər verir ki, bunu molekulyar bioloq, M.V.Lomonosov adına Moskva Dövlət Universitetinin aparıcı tədqiqatçısı Maksim Skulaçev söyləyib.
"Mövcud təsdiqlənmiş peyvəndlərdə kiçik virus parçası var, bu, onun genlərindən biridir, hətta bu genin yarısıdır. Əlbəttə bu, koronavirus infeksiyasına səbəb ola bilməz. Peyvəndin sonsuzluğa səbəb olma riski ilə bağlı yayılan məlumatlar yalandır və heç bir dərman buna səbəb ola bilməz", - həkim bildirib.
Rusiya İstehlakçı hüquqlarının müdafiəsi və insan rifahına nəzarət üzrə Federal Xidmətinin (Rospotrebnadzor) Tədqiqat üzrə müdir müavini, Rusiya Elmlər Akademiyasının müxbir üzvü Aleksandr Qorelov isə qeyd edib ki, hər bir şirkət peyvənd hazırlayarkən beynəlxalq protokola əsasən hərəkət edir və bunun nəticəsində dərmanlar təsirli və tamamilə təhlükəsiz olur.
Aytən Məftun









Qara zirə (Çörək otunun) faydaları
Qarazirə hər dərdin çarəsi olan bitki
Ən güclü təbii antibiotik: Udi hindi bitkisinin faydaları
Arzuolunmaz hamiləlik
Azərbaycan toylarında yengə nə üçün lazımdır?
Yuxuda sevişmək nəyə yozulur?
Cinsi əlaqə zamanı nə etmək lazımdır?
Xalq artisti Naibə Allahverdiyeva xəstəxanaya yerləşdirildi
"Eşref Tek" nə vaxt yayımlanacaq?
"Qızım babası kimi siyasətçi olacaq
Xərçəngə qarşı mübarizədə böyük ümid: Yeni peyvənd hazırlandı
Nev vəfat etdi
Rafet El Romanın azərbaycanlı nişanlısı - Foto