Piqment ləkələrinə qarşı 6 vasitə

Piqment ləkələrinə qarşı 6 vasitə1. Təzə xiyardan sıyıq

Təzə xiyarı plastik sürtkəcdən keçirin, 15 dəqiqə ərzində 3 dəfə dalbadal piqment ləkələrinin üzərinə çəkin.
Piqment ləkələrinə qarşı 6 vasitə2. Limon şirəsi

Limon şirəsini su ilə 1:10 nisbətində həll edin və alınmış məhlulla gündə 2 dəfə piqment ləkələrini silin.
Piqment ləkələrinə qarşı 6 vasitə3. Qıcqırdılmış süd, kefir və ya qatıq

İstənilən qıcqırdılmış süd məhsullarını üzünüzə çəkib 15 dəqiqə saxlayın, sonra cökə çiçəyi və ya limon şirəsinə batırılmış pambıq tamponla təmizləyin.
Piqment ləkələrinə qarşı 6 vasitə4. Banan suyu

Bir iri bananın qabığını xırda doğrayın, üzərinə 250 ml qaynar su töküb tam soyuyana qədər gözləyin. Süzün və buz üçün formalı qablara töküb soyuducunun buz kamerasında saxlayın. Bu kublarla yuxudan oyandıqdan sonra üzü və bədənin digər nahiyələrini silin.
Piqment ləkələrinə qarşı 6 vasitə5. Şirin bibər

Onu plastik sürtkəcdən keçirin və alınmış sıyığı üzə çəkin. 30 dəqiqədən sonra üzü təmizləyib qidalandırıcı krem çəkin. Belə maska nəinki dərini piqment ləkələrindən xilas edir, həm də dərini C vitamini ilə təmin edir.
Piqment ləkələrinə qarşı 6 vasitə6. Maya maskası

15-20 qr mayanı 1,5 çay qaşığı təzə limon şirəsi ilə qarışdırın. Üzə çəkib 20 dəqiə saxlayın. Sonra isti su ilə yuyun. Belə maskanıın tətbiqindən sonra üzə qidalandırıcı krem çəkin.
Piqment ləkələrinə qarşı 6 vasitəYadda saxlayın ki, bu vasitələrdən hər hansı birini tətbiq etdikdən sonra günəş altında çox gəzmək olmaz. Ona görə də bu maskaları axşam, yatmazdan əvvəl etmək məsləhətdir. Əgər piqment ləkələrinin yenidən yaranmasını istəmirsinizsə, onda günəş vannalaraından sui-istifadə etməyin.

Gözəllik və Moda     Baxılıb: 12077   Tarix: 13 iyul 2015
f Paylaş

Oxşar xəbərlər

.

Dünyanın ən bahalı dodaq boyaları

Ən bahalı pomadalar, yalnız dodaq boyası kimi deyil, həm də lüks və zərgərlik sənətinin bir nümunəsi kimi qiymətləndirilir. Bu məhsulların yüksək qiyməti, onların hazırlanmasında istifadə olunan nadir və qiymətli materiallarl

.

Yaş artdıqca hansı estetik prosedurlar daha uyğundur?

Estetik prosedurlar fərqli yaş qruplarına və dəri ehtiyaclarına görə dəyişiklik göstərir. 20 yaşlarında tətbiq olunan yanaşma ilə 40 və ya 60 yaşdan sonra aparılan müdaxilələr eyni olmamalıdır. Yaş artdıqca dərinin elastikliy

.

40 yaşından sonra necə düzgün makiyaj etmək olar?

Zamanla dərimiz dəyişir, parlaqlığını itirir və göz ətrafında incə qırışlar görünməyə başlayır. Mütəxəssislər 40 yaşdan yuxarı qadınların təravətli və gənc görünüşünü necə qoruya biləcəyinin sirlərini bölüşüblər. Parıltısı

.

XIX əsrdə qadınların gözəllik üçün istifadə etdiyi təhlükəli üsullar

XIX əsrdə qadınlar gözəl görünmək üçün müxtəlif üsullardan istifadə edirdilər, lakin həmin dövrdə kosmetikanın tərkibi bu günlə müqayisədə xeyli təhlükəli idi. Elmi biliklərin kifayət qədər inkişaf etməməsi səbəbindən bi

.

Qadınların makiyaj edərkən ən çox yoxladıqları səhvlər

Makiyaj, qadınların özlərini ifadə etmələrinin və özlərinə güvənlərinin artırılmasının bir yolu kimi geniş istifadə olunur. Lakin, makiyaj tətbiqi zamanı edilən bəzi səhvlər, nəticənin istəniləndən fərqli olmasına səbəb ol

.

Saçların tez-tez yağlanmasının 5 SƏBƏBİ

Qadın gözəlliyinin əsas elementlərindən biri saçlardır. Hər bir qadın istəyir ki, gur və parlaq saçları ilə daim diqqəti öz üzərinə çəksin. Amma bəzi səbəblərdən saçlar öz canlılığını itirir və tez-tez yumağımıza baxmayara

.

Dəri üçün 5 ƏN ZƏRƏRLİ VƏRDİŞ

Təmizləmə, tonlama, nəmləndirmək, günəşdən qorumaq -bütün bunlar dəri sağlamlığının qarantı demək deyil. Bunun səbəbi, ən yaxşı dəri baxımdan da yan keçən bir neçə pis vərdişin olmasıdır: . 1. Gecə yatmadan əvvəl dərini

.

Makiyajda sizi 10 il qocalda biləcək SƏHVLƏR

Vizajist hər hansı bir üzü qocalda biləcək üç tipik makiyaj səhvini açıqlayıb. Makiyajda hansı səhvlərdən yaınmaq lazımdır. " saytının xarici mediaya istinadla xəbərinə görə, 4 milyondan çox "YouTube" izləyicis

.

Təbii üsullarla dodaqları daha dolğun və baxımlı göstərmək mümkündürmü?

Dolğun və hamar dodaqlar uzun illərdir gözəllik anlayışının əsas elementlərindən biri hesab olunur. Xüsusilə son illərdə daha həcmli dodaq görünüşünə marağın artması bir çox insanı inyeksiya və kosmetoloji prosedurlarda

turlar.az

hamilelikde qidalanma gozel gorunmek sade makiyaj sekilleri şəkillər körpələrin qidalanması praktiki məsləhətlər xinayaxdi bayatilari kosmetika veten haqqinda bayati gülməli hakıştalar vidyolar atalar sözü əfsanələr