Piyada gəzməyin inanılmaz faydaları

Piyada gəzməyin inanılmaz faydalarıHəkimlərin fikirinə görə, hipodinamiya (hərəkətsizlik) müasir insanların ən böyük bəlasıdır.
Məhz hipodinamiya bir çox xəstəliklərin inkişafına təkan verir. Azhərəkətli insanın bədənində mübadilə prosesləri, qan dövranı zəifləyir, durğunluq prosesləri yaranın. Bu isə müxtəlif xəstəliklərin inkişafı üçün çox əlverişli şərait yaradır. Azhərəkətlilik həmçinin piylənmənin əsas səbəbidir. Piylənmə isə çüasir tibdə çox ağır, insanın həyatını qısaldan pozulma sayılır.
İdmanla məşğul olmaq üçün vaxt və vəsait lazımdır. Bu isə bəzən çətin olur. Belə vəziyyətdə ən yaxşı çıxış yolu piyada gəzməkdir. Piyada gəzintilər insandan nə əlavə vaxt, nə də pul tələb etmir və bununla yanaşı  insan sağlamlığına çox böyük xeyir gətirir.
Xarici alimlərin araşdırmalarına əsasən, hər gün 30 dəqiqə ərzində tez tempdə piyada gəzən insanlarda ürək-damar sistemi xəstəliklərinin riski 30% azalır. Həkimlər hətta xüsusi termin istifadə edirlər - "müalicəvi yerimə".
Britaniya həkimləri hipertoniyadan və artıq çəkidən əziyyət çəkən 1 qrup qadınlara hər gün piyada gəzməyi tövsiyə etdilər. Nəticədə yarım ildən sonra qadınlarda arterial təzyiq normallaşıb və həmçinin onlar çəki itirdilər.
Yerimə qaçışla müqayisədə onurğanı, oynaqları daha az yükləyir. Həmçinin yerimə oynaqları və sümükləri möhkəmləndirir, osteoporozun (yaşlı insanlarda sümüklərin kövrək olması) inkişafının qarşısını alır.
Müalicəvi yerimə ürək-damar, tənəffüs sisteminə çox müsbət təsir edir, infark və insult kimi ağır pozulmaların riskini azaldır, arıqlamağa kömək edir, əzələləri möhkəmləndirir.
Həmçinin piyada gəzintilər insanın əhvalını yaxşılaşdırır, stress və depressiya ilə mübarizə aparmağa kömək edir.
Milli.Az /news.milli.az

Xəbərlər     Baxılıb: 1085   Tarix: 13 noyabr 2021
f Paylaş

Oxşar xəbərlər

.

Nahardan sonra yuxunuz gəlirsə, səbəb təkcə yorğunluq deyil

Nahardan sonra güclü yuxululuq hissi bir çox insana tanışdır. Bəzən bu, orqanizmin təbii bioloji ritmləri ilə bağlı olur. -a istinadən bildirir ki, ancaq gündüz yuxululuğu davamlı və çox güclüdürsə, bəzi sağlamlıq problemlərini

.

Qəhvəni bu saatda için

Kardioloq və terapevtlər qəhvə qəbulunda təkcə miqdarın deyil, içkinin hazırlanma üsulu və qəbul edildiyi saatın da vacib olduğunu bildiriblər. xəbər verir ki, mütəxəssislərin sözlərinə görə, kofein qəbulunu 15:00-16:00 radələrind

.

Marketlərdəki bu qidalar ürək xəstəliyi riskini artırır

Yüksək səviyyədə üzərində E-rəqəmləri olan emal olunmuş qidaların istehlakı ürək xəstəliyi riskini artıra bilər. -a istinadən xəbər verir ki, təxminən 100.00 qadından ibarət bir qrup üzərində işləyən tədqiqatçılar daha yüksə

.

Ətir istifadə edənlərə xəbərdarlıq

Ətirin dəriyə çəkilməsi xərçəngin yaranması riskini artırmır. -a istinadən xəbər verir ki, bu barədə rusiyalı onkoloq Basir Bammatov -ya müsahibəsində danışıb. Lakin o, ətirlərin allergik reaksiyalara və ya dəri qıcıqlanmasın

.

DİQQƏT ! Yuxuda pişik görmüsüzsə ..Ağır xəstəlik gözləyir

Yuxusunda pişik görən adamın, qadın və kişi cinsiyyətinə malik olmasına görə yuxunun təbirləri dəyişir. Əgər bu yuxunu görən adam bir kişisə, bu kişinin normal həyatında diqqətsiz bir şəxsiyyətə sahib olduğu, ətrafındak

.

Xərçəngə səbəb ola bilən bakteriya bu imiş - Diqqətli olun

Xərçəng riskinə təsir edən amillərlə bağlı yeni araşdırma diqqətçəkən nəticə ortaya qoyub. xəbər verir ki, "The Lancet Oncology" jurnalında dərc edilən araşdırmaya görə, 2024-cü ildə dünyada diaqnoz qoyulan bütü

.

Qəhvə sevənlər bunu mütləq oxusun

Kofeinin orqanizmə təsiri ilə bağlı yeni araşdırma aparılıb. London Kral Mariya Universitetinin alimləri müəyyən ediblər ki, kofein hüceyrələrin enerji çatışmazlığına cavab verən qədim mexanizmini aktivləşdirə bilər. Alimlə

.

Yuxuda sevişmək nəyə yozulur?

Yuxular hələ də sirri açılmayan qaranlıqla dolu dünyadır. Yuxu əsrlərdən bəri araşdırılan, həm alimlərin, həm də mistika ilə məşğul olanların cavabını tapmaq istədiyi tapmacadır. Fərqli və rəngarəng yuxular bəzən də cinsəlikl

.

Diabet xəstələri banan yeyə bilər?

Yaşıl və həddindən artıq yetişmiş banan qanda qlükoza səviyyəsinə fərqli təsir göstərə bilər. xarici mediaya istinadən xəbər verir ki, bananlar çox vaxt şəkərli diabet zamanı rasiondan çıxarılmalı məhsullar sırasında göstərilir

turlar.az

kosmetik vasiteler geyim seçimi qaşların formalari sevgi dünyası ayaqqabi ve cantalar morugun faydalari göyəmin faydası kosmetika xerçeng qiz evi vicdan oğlaq gozellik