Professordan əhaliyə koronovirusla bağlı ŞOK XƏBƏRDARLIQ: Astromonik rəqəmlər...

Professordan əhaliyə koronovirusla bağlı ŞOK XƏBƏRDARLIQ: Astromonik rəqəmlər..."Xəstəliyin yayılmasının qarşısını almaq üçün birinci növbədə üz maskalarının taxılması, gigiyena qaydalarına əməl olunması və sosial məsafənin gözlənilməsi çox önəmlidir. Son günlərdə çox acınacaqlı mənzərənin şahidi oluram. İnsanlar sıxlıq olan yerlərdə, əsasən ictimai nəqliyyatda maskalardan istifadə etmirlər. Nəqliyyat sürücülərinə çox tapşırılmalıdır ki, maska taxmayan sərnişinlər avtobusa buraxılmasın".
Bu sözləri tanınmış pulmonoloq, professor, tibb elmləri doktoru, Azərbaycan Tibb Universitetinin Pulmonologiya kafedrasının müdiri Əlizamin Sadıqov Publika.az-a açıqlamasında deyib. Professor bildirib ki, ictimai iaşə obyektlərində, ictimai nəqliyyatda və digər yerlərdə maskası olmayan insanların bir yerə daxil olması və maskadan istifadə etməməsi təbii ki, xəstəliyin artmasına, hətta yüksək astromonik rəqəmlərə gətirib çıxara bilər:
"Amerikada aparılan ən son araşdırmalar göstərir ki, səthlərdən yoluxma mininal həddədir. Ümumiyyətlə səthlərdən, hər hansı əşyaya toxunmaqla koronovirus infeksiyasına yoluxma ehtimalı öz təsdiqi tapmır. İnsanların bu yolla yoluxma şansı cüzidir. Əsas yoluxuculuq hava damcı və aerozol yolu ilə keçir. Bunun qarşısını almağın ən yaxşı yolu üz maskalarından istifadə etməkdir".
Həkimin sözlərinə görə, payız-qış mövsümündə xroniki xəstələr xüsusilə diqqətli davranmalıdır:
"Qrip infeksiyası da payız aylarında kəskinləşir. Təəssüf ki, risk qrupunda insanlarımız qrip əleyhinə vaksinlərin vurulmasına laqeyd yanaşır. Qrip infeksiyası risk qrupunda olan insanları həm qrip infeksiyasından qoruyur, həm xəstəliyin ağırlaşmasının qarşısını alır. Ən azından xəstələnsə belə ölümcül forması olmayacaq. Digər tərəfdən qripə qarşı vaksin vurulması koronovirus infeksiyasına qarşı müəyyən qədər yayındırıcı effekt göstərə bilər. Artıq qripə qarşı müəyyən immunitet formalaşdığı üçün gələn başqa bir virusa qarşı ayıq olacaq. Odur ki, insanların qrip əleyhinə vaksinasiyası çox önəmli məsələdir.
65 yaşdan yuxarı, xroniki xəstəliklərin daşıyıcısı olan, diabet, böyrək, qaraciyər çatışmazlığı, onkoloji patologiyası, gematoloji problemləri, ağciyər xəstəlikləri və ürək çatışmazlığı olan insanlar risk qrupuna daxildir. Bu insanların hər biri qrip əleyhinə vaksin almalıdır".
O, əlavə edib ki, pandemiya başlayandan bəri yoluxma sayında sıfırlanma müşahidə olmayıb ki, ikinci dalğadan danışaq:
"Mövcud olan infeksiya dövr etməyə davam edir. Başlıca səbəbi insanların qaydalara laqeyd yanaşmasıdır. Koronavirusa qarşı əsas mübarizə üsullarından biri gigiyena qaydalarına əməl etməkdir. Bu gün biz xəstəliyin müalicəsi barədə deyil, xəstələnməmək barədə daha çox düşünməliyik. Odur ki, insanlarımız yalnız adi gigiyena qaydalarına əməl etməklə xəstəlikdən qoruna bilər. Xəstəlikdən ölüm hallarının sayını azaltmağın yeganə yolu budur".
Aytən Məftun

Sağlamlıq     Baxılıb: 2082   Tarix: 07 oktyabr 2020
f Paylaş

Oxşar xəbərlər

.

Bu 3 qadın xüsusiyyəti kişiləri uzaqlaşdırır

Bəzən kişi qadının malik ola biləcəyi keyfiyyətlərə heyran olur. Ancaq zaman keçdikcə bir çox xarakter ortaya çıxır ki, bunlar ayrılmağa aparan yolun başlanğıcı hesab edilir. Yəni bir növ kişilər qadınlardan soyuyur. . Kişilər

.

Xanımlar yayda dərilərini necə gözəl saxlaya bilər? - MƏSLƏHƏTLƏR

Yay mövsümü isti və günəşli keçdiyi üçün dəri səthlərində problemlər yaranır. Əsasən də qışda dərisini gözəlləşdirən xanımların yayda dəriləri eroziya uğrayır və baxımsızlaşır. Sağlamolun.az bu dəfə dərini gözəlləşdirən v

.

Səhərlər acqarına 3 ədəd qoz yeməyin inanılmaz faydaları

Qoz beyinə faydaları ilə məşhur olsa da, başqa faydaları da var. Qozda A, E və B vitaminləri, həmçinin dəmir, sink, mis və maqnezium kimi minerallar mövcuddur. Acqarına qoz yeməyin faydaları bunlardır:. Enerji verir: Qozd

.

Dəri niyə qaşınır? 15 ƏN YAYILMIŞ SƏBƏB

Dərinin qaşınması bir çox xəstəliklərin və pozulmaların əlaməti ola bilər. Bəzən bu simptom çox ciddi xəstəliyin ilk simptomu kimi meydana çıxır. Bu səbəbdən əgər sizi "səbəbsiz" qaşınma narahat edirsə, mütləq həkim

.

Sağlam və enerjili intim üçün cütlüklərə - 7 SİRR

Bəli biz cinsi əlaqədə olmağı sevirik, lakin heç birimiz robot olmadığımıza görə cinsi əlaqəyə həmişə hazır və istəkli olmaya bilərik.Xüsusilə də uzun müddətli münasibətlərdə həmişə cinsi əlaqəyə girmək mümkün olmaya bilər

.

Səhər günəşinin depressiyada olan qadınlara faydası

Habertürk saytının məlumatına görə, Ankara Universitesi Tibb Fakültəsi Psixi Sağlamlıq və Xəstəlikləri Fundamental Elm sahəsi üzrə tədris üzvü, prof. dr. Oğuz Erkan Berksun mövsümi keçid dövrlərində biloji saatın pozulmas

.

Ağrı və əzabları aradan qaldırdan yağ - Qızılgül yağı cinsi həvəsi artırır

Bu günə qədər mövcud olduğunu bildiyimiz qızılgül yağı qədim dövrlərdə sağlamlıqda və bir çox xəstəliklərin müalicəsində istifadə edilən əsas yağdır. Osmanlı təbabətində "ağrı kəsici" olaraq xatırlanan qızılgü

.

Dırnaq boyası xanımlarda hansı xəstəliyi yaradır?

Hər bir qadın əllərinin gözəl və səliqəli görünməsini arzu edir. Dırnaqlar isə boyanmış olduqda təbii ki, çox gözəl görsənir. Məhz bu səbəbdən, müasir dövrdə bir çox xanımların istifadə etdiyi dırnaq boyalarının müxtəli

.

Bunu etməyən kişilərdə cinsi problemlər yaranır

Mütəxəssislər gündə iki dəfə dişlərini fırçalamayan kişilərdə erektil disfunksiya riskinin artdığını bildirirlər.  xəbər verir ki, bunu son aparılan tədqiqatlar sübuta yetirib. Araşdırmalar göstərib ki, ağız gigiyenasın

turlar.az

makiyaj etmek qaydalari hamilelikde qidalanma gelinlikler qışa hazırlıq badımcan qonaq otagi dizayni müalicəvi bitkilər eşq və məhəbbət kosmetika həmidə dolca qızlıq pərdəsi novruz bayramı sağlamlıq