Psixoloq: Yaz depressiyasından uzaq olmaq üçün işgüzar fəaliyyətə köklənmək lazımdır

Psixoloq: Yaz depressiyasından uzaq olmaq üçün işgüzar fəaliyyətə köklənmək lazımdırYazın gəlişi, havaların isinməsi, günlərin uzanması, səmada günəşin tez-tez görünməsi xoş duyğular yaradır. Lakin yazın gəlişi heç də hamıya xoş əhval-ruhiyyə bəxş etmir. Bayırda xoş hava olduğu bir vaxtda yatmaq, yataqdan çıxmamaq, hətta qolunu belə qaldırmaq istəməyənlər də olur. Hər il bu mövsümdə başlayan və eyni zamanda, yaşanan hiss yaz depressiyası adlanır.
Milli.Az bildirir ki, Azərbaycan Dövlət Pedaqoji Universitetinin müəllimi, psixologiya üzrə fəlsəfə doktoru Yeganə Əsgərova AZƏRTAC-a deyib: "Yazda qan durulur, təzyiqin artması və bunun nəticəsində orqanizmdə oyanma baş verir və həmin dəyişikliklər isə sinir pozuntularına, əsəbiliyə səbəb olur. Yazın əvvəllərində bəzi adamlar depressiv halla üzləşməli olurlar. Depressiyadan uzaq olmaq istəyənlər mütləq özünü işgüzar fəaliyyətə kökləməlidir. İşləyən adamın stresi çox, depressiyası az olur, işləməyənin isə əksinə, stresi az, depressiyası çox olur".
Narahatlıq və qayğılı olma durumunun artması, əsəbilik, yuxu rejiminin pozulması, enerji itirilməsi, iştahasızlıq, səbəbsiz yerə darıxmaq- bütün bunlar yaz depressiyasının, yəni qışdan yaza keçid dövrünün təsirinə düşmək deməkdir. Əlbəttə, mövsümi keçid dövründə qidalar da yorğunluq və halsızlığı artıra bilər. Həkimlər deyirlər ki, bu ərəfədə un məmulatlarından, yağlı və duzlu yeməklərdən uzaq olmaq məsləhətdir.
Həkim-terapevt Mətanət Cəfərova deyib: "Yaz depressiyası zamanı orqanizmdə xoşbəxtlik hormonu olan serotonin və defominin miqdarı aşağı düşür. Bəzi qidaları menyuda artıraraq serotonin və defominin miqdarını artırmaq olar. Xüsusən tərkibində B6 vitamini olan, eləcə də Omeqa-3 tərkibli qidalar, balıq və balıq yağı, yumurta, eyni zamanda, daha çox şokoladla qidalanmaqla serotonin və defominin artırılması hesabına daha çox xoşbəxt hesab etməyə səbəb olur".
Yaz depressiyasının ilk simptomları zəif başlasa da, vaxtında müdaxilə olunmasa getdikcə ağırlaşar, mütəmadi depressiya halına çevrilə bilər.
Psixoloq vəziyyətdən çıxış yolunu belə göstərib: "Fəsil dəyişkənliyinə daha rahat uyğunlaşmaq üçün təmiz havada çox gəzmək, idmanla məşğul olmaq məsləhət görülür. Yuxudan erkən oyanmaq, idmanla məşğul olmaq, açıq havada gəzmək, ətrafdakılarla, tanışlarla daha çox ünsiyyətdə olmaq lazımdır. Günəşli havada təbiət qoynunda olmaq, çiçəklərin ətrini hiss etmək ən yaxşı terapiya sayılır. Şopinq terapiya bu sahədə yaxşı vasitədir. Yuxu saatlarını da qaydaya salmaq lazımdır. Havadan aktiv şəkildə vitaminin alınması məsləhətdir. Əlvan rəngli geyimlərdən çox istifadə etmək də faydalıdır".
Bütün bunlarla yanaşı vaxtında qidalanmaq, yüngül yeməklərə üstünlük vermək, alkoqol tərkibi olmayan içkilərin çox qəbul edilməsi məsləhət görülür.
Milli.Az /news.milli.az

Xəbərlər     Baxılıb: 1691   Tarix: 29 mart 2021
f Paylaş

Oxşar xəbərlər

.

Kişilərdə bu əlamət varsa, xərçəngdən yoxlansın

Qanda anemiya və hemoqlobin səviyyəsinin düşməsi xərçəng müayinəsindən keçməyi tələb edir, xüsusən kişilər diqqətli olmalıdır. -a istinadən xəbər verir ki, cərrah İldus Muxametovun sözlərinə görə, kolorektal xərçəngin inkişaf

.

Gözə linza taxdırmazdan əvvəl bunu mütləq bilməlisiniz

"Yeni nəsil göz içi linzalar üçün ciddi yaş məhdudiyyəti yoxdur. Linza seçimində əsas meyar yaş deyil, gözün ümumi vəziyyəti və pasiyentin gündəlik görmə ehtiyaclarıdır". xəbər verir ki, bu fikirləri Səhiyyə Nazirliyini

.

Qəhvəni bu saatda için

Kardioloq və terapevtlər qəhvə qəbulunda təkcə miqdarın deyil, içkinin hazırlanma üsulu və qəbul edildiyi saatın da vacib olduğunu bildiriblər. xəbər verir ki, mütəxəssislərin sözlərinə görə, kofein qəbulunu 15:00-16:00 radələrind

.

Şəkərli diabet təhlükəsini azaltmaq üçün üç vacib qayda

Rusiyalı həkim-terapevt Nadejda Çernışova şəkərli diabet üçün risk qrupuna kimlərin aid olduğunu və bu xəstəliyin yaranma riskini azaltmaq üçün hansı addımların atılmasının vacib olduğunu izah edib. -a istinadən xəbər veri

.

Yuxuda sevişmək nəyə yozulur?

Yuxular hələ də sirri açılmayan qaranlıqla dolu dünyadır. Yuxu əsrlərdən bəri araşdırılan, həm alimlərin, həm də mistika ilə məşğul olanların cavabını tapmaq istədiyi tapmacadır. Fərqli və rəngarəng yuxular bəzən də cinsəlikl

.

Həkimlər ən zərərli qəhvə növünü açıqladılar - Ürək üçün təhlükəlidir

Qəhvə sağlamlıq üçün faydalı içki hesab edilsə də, onun hazırlanma üsulu və tərkibinə əlavə edilən maddələr ürək-damar sisteminə mənfi təsir göstərə bilər. Kardioloqlar xüsusilə şəkərli qəhvə içkilərinin təhlükələri barəd

.

Bu qidalar beyin damarlarına zərər verə bilər

Çox emal olunmuş qidaların qəbulu orta yaşlı insanlarda beyin damarlarının zədələnməsinə səbəb ola bilər. . xəbər verir ki, Kanadada aparılan və "JAMA Network Open" jurnalında dərc olunan araşdırmada 35-69 yaş aras

.

Avtomobil sürənlər üçün vacib xəbərdarlıq

Uzun müddət avtomobil idarə etmək boyun sağlamlığına mənfi təsir göstərə bilər. xəbər verir ki, türkiyəli həkim Burak Orhan Boranın sözlərinə görə, xüsusilə tıxaclarda tez-tez dayanıb-hərəkət etmək, yanlış oturuş vəziyyət

.

Ac qalanda ürəkbulanma və halsızlıq yaranırsa

Hipertireoz, Addison xəstəliyi, hipoqlikemiya və polikistik yumurtalıqlar sindromu kimi problemlər aclığa dözümlülüyü azaldaraq ürəkbulanma və halsızlıq yarada bilər. Birinci tip diabet zamanı isə uzun müddət qidadan imtin

turlar.az

gozel gorunmek makiyaj etmek qaydalari donlar 2026 qarabasaq kotleti həyat stili cəlil məmmədquluzadə dişlərə qulluq kosmetika haxışda heyati naz mila qz eviyçun hakışta paxlava