Qanazlığından xilas edən YEGANƏ MƏHSUL
Qanazlığının əsas səbəbi qanda dəmirin səviyyəsinin azalmasıdır. Buna dəmirdifisitli anemiya deyilir və bu ən yayılmış anemiya növüdür.
Saglamolun.az xəbər verir ki, dəmirdifisitli anemiya zamanı dəmirlə zəngin olan məhsulların qidalanmaya daxil edilməsi olduqca vacibdir.
Bir çox insanların fikrinə görə, alma, nar, albalı, qarabaşaq və s. kimi faydalı məhsullar qanda dəmirin səviyyəsini qaldırır və bununla da qanazlığını müalicə edir. Təəssüf ki, bu belə deyil. Bu məhsulların tərkibində olan dəmir orqanizm tərəfindən çox pis mənimsənilir və yalnız bu məhsulların köməyi ilə qanazlığından qurtulmaq mümkün deyil.
Dəmirin ən yaxşı mənbəyi qırmızı ətdir ki, bu məhsulda olan dəmir orqanizm tərəfindən tez və yaxşı mənimsənilir.
Meyvə və tərəvəzlər qanazlığı zamanı müəyyən kömək edə bilər. Lakin ona görə yox ki, onların tərkibində dəmir var. Məsələ burasındadır ki, bu məhsulların tərkibində olan vitamin və turşular dəmirin ətdən mənimsənilməsini daha da yaxşılaşdırır. Bu səbəbdən ət xörəklərinin yanında tərəvəz salatları, göyərti olmalıdır.
Nəzərə almaq lazımdır ki, kalsium əksinə dəmirin sovrulmasını pisləşdirir. Bu səbəbdən, məsələn, dolmanı qatıqla yemək tövsiyə edilmir.
Milli.Az /news.milli.az









Vətən haqqında bayatılar
Yuxuda sevdiyin insanı görmək
Kişiləri ehtiraslandıran sözlər
Qara zirə (Çörək otunun) faydaları
İdeal Dieta: 1 həftəyə 5 kq arıqla!
Qarazirə hər dərdin çarəsi olan bitki
Ən güclü təbii antibiotik: Udi hindi bitkisinin faydaları
Arif Mirzəyev vəfat etdi
Nərmin Kərimbəyova 'Zəfər günü'nə həsr olunan 'Atabarı'nı təqdim etdi
Teşkilat' serialının çəkiliş meydançasında gərgin anlar: Dörd nəfər tutuldu
Aktyor Aslan Fətullayevin nəşi Azərbaycana gətirildi