Qaraciyər fəaliyyətinin pisləşməsini bildirən 6 əlamət

Qaraciyər fəaliyyətinin pisləşməsini bildirən 6 əlamətİnsan orqanizmində qaraciyərin normal fəaliyyət göstərməsi çox əhəmiyyət daşıyır. Ekologiya, qəbul edilən zərərli qida məhsulları, dərman preparatları qaraciyərin sağlamlığına birbaşa təsir edir və onun fəaliyyətini korlayır.

Qaraciyər fəaliyyəti pozulduqda özünü orqanizmdə büruzə verə bilir. Bəzi əlamətlər vardır ki, onların əmələ gəlməsi qaraciyərin normal işləməsi ilə bağlı olur. Bu əlamətlərə aşağıdaklar aiddir:

Alının qırışması

Alın hissədə dərini qırışması qocalığın əlmətlərindən biri sayılır. Vaxtından qabaq alın hissədə qırışların əmələ gəlməsi isə qaraciyər fəaliyyətinin pozulmasının əlamətidir. Qırışların dərin olması qaraciyərdə disfunksiyanın olmasının göstəricisidir.

Dəridə piqmentasiya

Qaraciyərdə müxtəlif biokimyəvi reaksiyalar gedir. Onun fəaliyyətinin pozulması zamanı melanin mübadiləsi pozulur və dəridə tünd rəngli ləkələr meydana gəlir. Bu ləkələrə ən çox yaşlı adamların üzlərində əllərində rast gəlmək olur. Bu yaşla əlaqədar qaraciyərdə baş verən dəyişikliklər səbəbindən meydana çıxır. Həmçinin dərinin qaşınması, dəridə müxtəlif səpkilər də qaraciyərin fəaliyyətinin pozulmasına işarə edə bilər.

Yağlı dəri

Dərinin həddindən çox yağlı olması qaraciyər fəaliyyətinin zəifləməsi səbəbindən baş verir. Ən çox da alın və burun hissənin yağlanması qaraciyər səbəbindn baş verir. Bu zaman dəridə səpgilərə və xırda iltihabi ocaqlara da rast gəlmək mümükün olur.

Saçların tökülməsi

Saçların tökülməsi müxtəlif səbəblərdən baş verə bilir. Bu səbəblərin içərisində qaraciyər fəaliyyətinin pozulması da var. Qaraciyər səbəbli saçlar töküldükdə tökülən saçların yerinə yenisi gəlmir.

Gözün vəziyyətinin dəyişilməsi

Qaraciyər fəaliyyətinin pozulması özünü gözün sklerasının rəngində də göstərir. Qaraciyərdə patoloji proseslər baş verdikdə gözün sklerasının rəngi ağ yox, sarıya meyilli olur.

Nəcisin iyinin və formasının fərqli olması

Qaraciyər həzm prosesində birbaşa rol oynayır. Onun fəaiyyəti pozulduqda nəcisin rəngi, qoxusu və formasında dəyişikliklər meydana çıxır. Ən çox da nəcisin aşağıdakı formada olması təhlükəli sayılır:

- nəcisin ağ və ya sarı olması

- yapışqan şəkilli olması

- güclü pis iyə malik olması

- uzun müddət duru olması

- sərt və xırda yumru şəkildə olması

Sağlamlıq     Baxılıb: 1876   Tarix: 23 sentyabr 2021
f Paylaş

Oxşar xəbərlər

.

Menstruasiya barədə düzgün məlumat - Qadınlar diqqət etsin

Ovulyasiyadan sonra deşilən (partlayan) follikulun yerində yumurtalıqda xüsusi struktur olan "sarı cisim" əmələ gəlir. Sarı cisim ikinci qadın cinsi hormonu olan progesteron hazırlayır. Progesteronun təsiri altınd

.

Ağrı və əzabları aradan qaldırdan yağ - Qızılgül yağı cinsi həvəsi artırır

Bu günə qədər mövcud olduğunu bildiyimiz qızılgül yağı qədim dövrlərdə sağlamlıqda və bir çox xəstəliklərin müalicəsində istifadə edilən əsas yağdır. Osmanlı təbabətində "ağrı kəsici" olaraq xatırlanan qızılgü

.

Sağlam və enerjili intim üçün cütlüklərə - 7 SİRR

Bəli biz cinsi əlaqədə olmağı sevirik, lakin heç birimiz robot olmadığımıza görə cinsi əlaqəyə həmişə hazır və istəkli olmaya bilərik.Xüsusilə də uzun müddətli münasibətlərdə həmişə cinsi əlaqəyə girmək mümkün olmaya bilər

.

Xalq təbabətinin əvəzedilməzi Nanə

Bir çox in . san mədə xəstəliklərindən əziyyət çəkir. Xalq təbabətində mədə ağrıları zamanı ən yaxşı bitki kimi nanənin adı çəkilir. Mütəxəssislər iştaha və qaz problemi olanlara, mədə ağrısından əziyyət çəkənlərə yaban

.

Partladılmış Qarğıdalının xeyri və zərəri haqqında

Partladılmış Qarğıdalının faydaları və zərərləri haqqında məlumat olduqca azdır.Maraqlı haldır ki, bağlama halında satılan bu qidalar üzərində olan reklam mətnləri isə insanı haradasa bu qidanın hava, su qədər vacibiyyətin

.

Giləmeyvə çaylarının faydaları nələrdir?

Sağlamlığımız üçün bitki çayları qədər giləmeyvə çayları da çox faydalıdır. Sağlamolun.az orqanizmimizə faydalı olan bitki, çiçək və giləmeyvə çaylarını təqdim edir:. Şüyüd - Həzm çayıdır. Həzmi yaxşılaşdırır. Şişkinliy

.

Xanımlar yayda dərilərini necə gözəl saxlaya bilər? - MƏSLƏHƏTLƏR

Yay mövsümü isti və günəşli keçdiyi üçün dəri səthlərində problemlər yaranır. Əsasən də qışda dərisini gözəlləşdirən xanımların yayda dəriləri eroziya uğrayır və baxımsızlaşır. Sağlamolun.az bu dəfə dərini gözəlləşdirən v

.

Cəfərinin insan orqanizminə inanılmaz faydaları

Cəfərinin insan orqanizminə inanılmaz faydaları. Cəfəri bədəni təmizləmək üçün çox gözəl qidadır. 15-16 dənə cəfərini saplağı ilə birlikdə havanda(blender)yaxşıca əzirik, üzərinə, yarım limon sıxırıq yaxşıca qarışdırırıq

.

Dırnaq boyası xanımlarda hansı xəstəliyi yaradır?

Hər bir qadın əllərinin gözəl və səliqəli görünməsini arzu edir. Dırnaqlar isə boyanmış olduqda təbii ki, çox gözəl görsənir. Məhz bu səbəbdən, müasir dövrdə bir çox xanımların istifadə etdiyi dırnaq boyalarının müxtəli

turlar.az

hamilelikde qidalanma donlar 2026 toy makiyajlari psixoliji məsləhətlər cennet almasi murebbesi qripdən qorunmaq adların mənası kosmetika ariqlamaq kondom qardasa aid haxistalar toy gecesı meseller