Qaralma kremlərindən istifadə qaydaları
Qaralalma kremlərindən istifadə - dəridə arzuladığınız rəng çalarlarını almaq üçün geniş yayılmış üsuldur.
Bu kremlərin tərkibində epidermisin buynuz təbəqəsini rəngləyən xüsusi piqmentlər və rəngləyici maddələr var. Belə qaralma nəticəsində yaranan melaninə bənzər maddələr dəriyə "qaralmış" rəng çalarları verir.
Üstünlüyü: Kosmetoloqların fikrincə, avtoqaralma tamamilə zərərsiz üsuldur. O yalnız dərinin nəmliyinə təsir edə bilir. Bu halda melanoidlər dəri piyini sorur, nəticədə dəri quruyur. Lakin, bu qüsuru aradan qaldırmaq mümkündür. Bunu üçün yümşaldıcı kremlərdən faydalanmaq lazımdır. Sadəcə bu vasitələrdən tez-tez istifadə etmək lazım deyil.
Çatışmayan cəhəti: Avtoqaralma düzgün aparılmadıqda dəridə "bəbir" effekti yarada bilər.Dərinizdə alabəzək ləkələr alına bilər. Əgər dərinizin belə rəngləri almasını istəmirsinizsə, "günəşli tubik"dən istifadə etməyi öyrənin.Bunun üçün krem çəkməzdən əvvəl adi skrabla piling edin. Sonra avtoqaralma vasitəsini nazik təbəqə şəklində yaxıb dairəvi hərəkətlərlə dəriyə sürtün.
Sprey və muslar- avtoqaralma vasitələrinin yaxılması zamanı daha az problem yaradır. Onlar çox yüngül olur, həm də dəriyə tez hopur.
Göstərilən vasitələri dəriyə yaxıb qurtardıqdan sonra dərhal əllərinizi yuyun. Rəng hamar alınmayıbsa, ruhdan düşməyin-limon turşusu və peroksid məhlulu belə vəziyyətlərdə sizə yardımçı ola bilər.
Qaralma, adətən 1-2 saatdan sonra görünür, əgər nəticə zəif alınarsa, həmin təbəqəni dəriyə yenidən, daha nazik şəkildə və bir saat fasilə verməklə təkrar yaxın.
f Paylaş








8 mart – Beynəlxalq Qadınlar günü münasibətilə təbrik
Ehtiraslı öpüşmək üçün bunlara mütləq əməl edin
İdeal Dieta: 1 həftəyə 5 kq arıqla!
Cəfərinin insan orqanizminə inanılmaz faydaları
Qara zirə (Çörək otunun) faydaları
Qarazirə hər dərdin çarəsi olan bitki
Qaravəllilər
Ən güclü təbii antibiotik: Udi hindi bitkisinin faydaları
Bir bölümə 150 min manatdan çox - Türk aktyorlarının QAZANCI
Anasının dəfninə getməyib "TikTok"da sərvət qazanmışdı - Səbəbini açıqladı
Tanınmış reperi həbsxanada döydülər
Diabet xəstələri banan yeyə bilər?
Ferhat Göçer Bakıda konsert verəcək
Azərbaycan məşhur yapon serialında - Foto
Hilari Suonk 52 yaşında 3-cü dəfə ana olacaq