Qatığın kosmetologiyada istifadəsi...

Qatığın kosmetologiyada istifadəsi...Qatıq üz və saçlar üçün olan müxtəlif kosmetik maskalarda uğurla istifadə olunur.
Qatıq üz dərisini daha yumşaq, hamar və elastik edir, kiçik qırışları hamarlayır, üz dərisini ağardır, yüngül pilinq effekti verir. Yazda dərimiz çox quru, yorğun olur, qabıq verir. Bu maskalar üz dərisinə gözəllik və cavanlıq bəxş edəcək.

Qatıqla olan üz maskaları (ev qatığından istifadə etmək daha yaxşıdır):

2 xörək qaşığı qatıq, 1 çay qaşığı limon şirəsi, 1 çay qaşığı küncüt yağı, 1 xörək qaşığı yulaf yarması (əvvəlcədən üyüdmək lazımdır) qarışdırılır və təmiz üz dərisinə qalın qatla çəkilir. 15 dəqiqədən sonra üzünüzü ilıq su ilə yuyub istənilən qidalandırıcı krem çəkin.
2 xörək qaşığı qatıq, 1/2 çay qaşığı badam yağı, 1/2 çay qaşığı ərik yağı, 1 çay qaşığı qarğıdalı nişastası yaxşı qarışdırılır və təmiz üz dərisinə çəkilir. Maskanı 20 dəqiqə ərzində saxlayın və sonra ilıq su ilə yuyub istənilən qidalandırıcı krem çəkin.
3 xörək qaşığı qatıq, 1 çay qaşığı bal qarışdırın və təmiz üz dərisinə çəkin. 20 dəqiqədən sonra ilıq su ilə yuyun.
2 xörək qaşığı qatıq, 1 ədəd yumurta sarısı, 5 damcı A vitamini (apteklərdə satılır) yaxşı qarışdırılır və təmiz üz dərisinə çəkilir. 15 dəqiqədən sonra maskanı ilıq su ilə yuyun.
Qatıqla olan saç maskaları

Qatıq həmçinin saçların vəziyyətinə çox müsbət təsir edir. Daim istifadə etdikdə (həftədə 1-2 dəfə) belə maskalar saçları yumşaq, parlaq və canlı edir, saçların rəngini "açır".

Ən sadə maska – qatıq saçlara çəkilir, plyonka və üzərindən dəsmalla örtülür, 2 saatdan sonra yaxşı yuyulur.

1/2 stəkan qatıq, 1 xörək qaşığı gənəgərçək yağı, 1 ədəd yuymurta yaxşı qarışdırılır (bütün inqrediyentlər ilıq olmalıdır) və saçlara çəkilir. Saçlar plyonka, üzərindən dəsmalla örtülür və 2 saatdan sonra şampunla yaxşı yuyulur.
1 stəkan qatıqda 1 çay qaşığı maya həll olunur və isti yerə qoyulur. 1/2 saatdan sonra maskanı saçlarınıza çəkin, plyonka və dəsmalla örtün və 2 saatdan sonra yuyun.
5 xörək qaşığı qatıq, 1 xörək qaşığı zeytun, 1 xörək qaşığı ayıpəncəsi yağı, 1 xörək qaşığı limon şirəsi, 2 xörək qaşığı istənilən balzam qarışdırılır, saçlara çəkilir, plyonka və dəsmalla örtülür və 2 saatdan sonra yaxşı yuyulur.
//saglamolun.az

Gözəllik və Moda     Baxılıb: 5497   Tarix: 09 iyun 2016
f Paylaş


Kurslar.az kurslar

Oxşar xəbərlər

.

Qadınlar və ideal gözəllik standartları

İdeal gözəllik standartları zamanla dəyişsə də, hər dövrdə qadınların gözəlliklərinə dair müəyyən gözləntilər mövcud olub. Bu gözləntilər, cəmiyyətin və mədəniyyətin tələbləri, media təsiri və sosial strukturların yaratdığ

.

Qədim dövrlərdən bu günə kimi gələn GÖZƏLLİK SİRLƏRİ

Qadınların üz dərilərinə qulluq etməsi təkcə müasir dövrdə yox, ta qədim zamanlarda da olub. Həmin vaxtlar da xanımlar müxtəliv bitkilər və digər təbii vasitələrlə dərilərinə qulluq ediblər. Belə ki, gül suyu ən çox üstünlü

.

Bu yağdan istifadə etməklə saç və kirpiklərinizi uzada bilərsiniz

Əgər sizin saçlarınız zəif görünür, tökülür və parlaqlığını itiribsə o zaman aşğıdakıları diqqətlə oxuyun. Siz saçlarınızın itirilmiş sağlamlığını bərpa etmək üçün bahalı kosmetik vasitələrdən və kimyəvi dərmanlardan ço

.

Sizi cavan göstərəcək makiyaj sirləri

Həddindən artıq yorğunluq və keyfiyyətli yuxunun olmaması görünüşünüzə mənfi təsir göstərərək, yaşınıza bir neçə il əlavə edə bilər. Bununla belə, makiyajdan düzgün istifadə üzünüzü əhəmiyyətli dərəcədə cavanlaşdıra bilər

.

Qaynaq kipriklər, irəli uzanmış silikon dodaqlar... Gözəlliyin "standart"ı varmı?

Son zamanlar Azərbaycanda sanki bir gözəllik "bumu" yaşanır. Kimin əlinı bir balaca pul keçirsə, gözünü dartdırır və ya dodaqlarını şişirdir. Burunlar da eyni cərrahın əlindən çıxdığı üçün hamı bir-birinə bənzəyir

.

40 yaşından sonra necə düzgün makiyaj etmək olar?

Zamanla dərimiz dəyişir, parlaqlığını itirir və göz ətrafında incə qırışlar görünməyə başlayır. Mütəxəssislər 40 yaşdan yuxarı qadınların təravətli və gənc görünüşünü necə qoruya biləcəyinin sirlərini bölüşüblər. Parıltısı

.

Tarixdə qadın gözəlliyi: Antik dövrlərdən indiyə qədərki inkişaf

Tarix boyu qadın gözəlliyi müxtəlif dövrlərin və mədəniyyətlərin tələblərinə uyğun olaraq dəyişmiş, zamanla fərqli ideal gözəllik anlayışları meydana çıxmışdır. Bu dəyişikliklər yalnız fiziki xarakteristikalarda deyil, hə

.

"Çılpaq" göz makiyajı əsas gözəllik trendinə kimin sayəsində çevrildi?

Hər bir dəb cərəyanı populyarlıq səviyyəsindən asılı olmayaraq, həmişə eyni dərəcədə layiqli alternativə ehtiyac duyur. Məsələn, təkcə milyonlarla TikTok istifadəçisinin yox, Heyli Biberin də sınadığı sensasion latte makiyajı

.

Duru gözəllikdən ifrat çirkinliyə: norma nədir?

Son illərdə qadınların ən çox seçdiyi estetik əməliyyatlardan biri olan ombaböyütmə estetikası ilə bağlı çox müzakirələr aparılır. Səbəbi də sadədir – qəribə bədən quruluşuna malik, sinəsi irəli, arxası geri, əyri görünüşl

turlar.az

sac duzumleri gelinlikler adlarin menasi 2026 geyimi balqabaq plov cinsi sağlamlıq gözəl xanım kosmetika qaynanaya aid maya maskasi rus dilin nece orenek sirin qogal kley lekesi