Qazanılmış immunitet strategiyasının təhlükəsi sübut olundu - ARAŞDIRMA

Qazanılmış immunitet strategiyasının təhlükəsi sübut olundu - ARAŞDIRMAPeyvənd çıxana qədər qazanılmış immunitet strategiyasının virusla mübarizədə tətbiq olunmasının yalnışlığı daha bir elmi tədqiqatla sübut olunub.
Bu fikirləri Publika.az-a açıqlamasında Almaniya-Azərbaycan Radioloji və Neyroradioloji Cəmiyyətinin sədri, Köln Universiteti Klinikasının tibb elmləri doktoru Nuran Abdullayev deyib.
O xatırladıb ki, bu strategiyanın virusa qalib gələcəyini COVID-19 meydana çıxan günlərdə ilk elan edən ölkələrdən biri Böyük Britaniya və İsveç olub: "Amerika da müəyyən müddət ərzində bu strategiyaya üstünlük verib. Sonradan isə müxtəlif elmi institutların təqdim etdikləri model əsasında Böyük Britaniya öz strategiyasını tamamilə dəyişdi. Amerikanın isə müxtəlif regionlarında dəyişilsə də, bəzi yerlərdə dəyişmək mümkün olmadı".
Azərbaycanlı alim bildirib ki, son günlər elmi ədəbiyyata daxil olan və dünyanın ən nüfuzlu elmi jurnallarından birində dərc olunan elmi tədqiqatda 330 milyonluq populyasiyada virusun öldürücülük faizi 0,5% götürülərək qazanılmış immunitet strategiyası əsasında yoluxmalar hesablanıb.
Onun sözlərinə görə, hesablamalarda qazanılmış immunitet strategiyası əhalinin 60%-də virusa qarşı immunitet yarandıqda uğurlu hesab edilib: "Tədqiqatın nəticələri isə bir daha bu strategiyanın uğursuz olduğunu sübut edir. Hətta 990.000 ölüm sayı isə bu strategiyanın nə qədər təhlükəli olduğunu göstərir. Ölkəmizdə də bu tədqiqat nəzərə alınmalıdır və hamı bilməlidir ki, heç bir tədbirlər görülmədən, eləcə də qaydalara əməl etmədən virusun adi bir virus olduğunu zənn etmək və insanların yoluxduqdan sonra onsuz da tez bir müddətdə sağalacaqlarını düşünməsi düzgün yanaşma deyil. Bu, virusla düzgün mübarizə üsulu deyil. Çünki o zaman ölüm saylarının maksimum olması və səhiyyə sisteminin dekompensə olması təhlükəsi böyükdür. Nəticədə isə yüngül xəstələrə də tibbi xidmətin keyfiyyəti azala bilər ki, bu da öz növbəsində birbaşa ölüm hallarının sayını artıra bilər".
"Azərbaycanda bu gün virusla bağlı deyilənlərə cəmiyyətdə tam əməl olunmaması bizə onu deməyə əsas verir ki, insanlar təbii üsulla qazanılmış immunitet istiqamətinə gedir. Bu səbəbdən də təcili şəkildə xalq arasında bunun çox təhlükəli olduğuna dair maarifləndirmə işlərinə başlanmalıdır", deyə N.Abdullayev əlavə edib.

Sağlamlıq     Baxılıb: 1806   Tarix: 31 oktyabr 2020
f Paylaş

Oxşar xəbərlər

.

Qızlıq pərdəsi haqqında hər şey - 12 MƏLUMAT

1. Qızlıq pərdəsi nədir?. Qızlıq pərdəsi uşaqlıq yolunun girişinə yaxın yerdə, adətən 2-4 sm dərinliyində yerləşən nazik arakəsmədir. Qızlıq pərdəsinin aybaşılar zamanı menstrual ifrazatların orqanizmi tərk edə bilməsi üçü

.

DİQQƏT: Hansı meyvənin tumu botoks effekti verir?

Dəri və saç problemlərini aradan qaldırmaq üçün çoxlu müxtəlif kosmetik məhsullardan istifadə olunur. Ancaq ekspertlər avokadonun tumunun təbii faydalarının onlardan daha təsirli ola biləcəyini bildirirlər. xəbər verir ki

.

Ödyolu, sidikyolu xəstəlikləri üçün unikal bitki - Bilmədən istifadə öldürür

Qara batbat qaragilə fəsiləsinə mənsub olub, 2 illik ot bitkisidir. Gövdəsinin uzunluğu 1 metrdir. Yarpaqları iri, boz-yaşıl rəngli, aşağı hissəsi yarıq, yuxarı hissəsi yumurta formasındadır. Yarpaqlarının saplağı həcmli

.

Cinsi həyatı pis olan kişiləri gözləyən təhlükə: beynində

Cinsi həyatı pis olan kişilərin beynində zədə aşkarlanıb. Mütəxəssislərin fikrincə, cinsi həyatımızla idrakımız arasında birbaşa əlaqə var. Pis bir cinsi həyat gələcək illərdə yaddaş problemlərinin xəbərçisi ola bilər. ABŞ-ı

.

Menstruasiya barədə düzgün məlumat - Qadınlar diqqət etsin

Ovulyasiyadan sonra deşilən (partlayan) follikulun yerində yumurtalıqda xüsusi struktur olan "sarı cisim" əmələ gəlir. Sarı cisim ikinci qadın cinsi hormonu olan progesteron hazırlayır. Progesteronun təsiri altınd

.

Qadınlarda tez-tez ayaq ağrılarının - 11 ƏSAS SƏBƏBİ

Ayaqlar müxtəlif səbəblərə görə ağrıya bilər. İnsan uzun müddət ərzində ayaq üstə olduqda, gəzdikdə, fiziki işlə və ya idmanla məşhul olduqda, ayaqlar güclü yükləmələrə məruz qalır. Lakin insan dincələndən sonra bu ağrıla

.

Kakos yağının - 5 UNİKAL FAYDASI

Kakos yağı xüsusilə son beş ildə populyarlıqda böyük artım müşahidə edən bitki mənşəli məhsullardan biridir. Həm supermarketlərdə, həm də kosmetika mağazalarında bankalarda kokos yağı tapmaq mümkündür. Bundan əlavə, qablaşdırıla

.

Özünü Masaj Etmənin Faydaları Nələrdir ?

Özünü masaj etmək sadə, amma olduqca faydalı bir vərdişdir. Günümüzdə insanların çoxu stress, yorğunluq və gərginlikdən şikayət edir. Bu halları aradan qaldırmaq üçün xüsusi ustaya müraciət etməyə ehtiyac olmadan özünü masa

.

Cinsi gücü artırmaq üçün - 10 TƏBİİ VASİTƏ

Bitki çayları:. Bədəndə maye axını sürətləndirən bitki çayları içdiyiniz zaman qan dövranı sürətlənir, ehtiras və həyəcan artır. Enerji səviyyəsini də artıran bitki çayları cinsi həyatı canlandırır. Jenşen:. Ginseng min illərdi

turlar.az

geyim seçimi gelinlikler gozel gorunmek maskalar saç üçün göyəm mürəbbəsinin resepti körpəyə qulluq xəmir xörəkləri kosmetika haqisda azerb clpaq qadinlari qiz burcu bürclər bahar