Qazlı içkilərin insan orqanizminə təsiri

Qazlı içkilərin insan orqanizminə təsiriDünyada ən çox satılan içkilərdən biri də qazlı içkilərdir. Müasir dövrdə sərinləşdirici effekt vermək üçün içkilərdə karbon dioksiddən istifadə edilir. Belə içkilərin tərkibinə su, şəkər (saxaroza, qlükoza və fruktoza), şəkər əvəzləyiciləri, turşular (limon turşusu, alma turşusu və fosfor turşusu), meyvə şirəsi, dadlandırıcılar, rəngləndiricilər və uzun müddətli saxlamaq üçün lazımi maddələr də daxildir. Bəs gündəlik istifadə etdiyimiz qazlı içkilər sağlamlığımıza necə təsir göstərir?
Qazlı-şəkərli içkilərin zərərləri: Elmi araşdırmalar sübut edir ki, qazlı içkilərin istehlakı qidalanma və sağlamlıqla birbaşa əlaqəlidir. Bu tip içkilərin istifadəsi enerji qəbulu, həmçinin çəki artımı, obezliklə müşayiət edilir. Bəzi araşdırmalar isə həmin içkilərin qəbulu zamanı çəki artımını gündəlik qəbul edilən enerjinin miqdarı ilə əlaqələndirirlər. Digər maraqlı fakt bundan ibarətdir ki, insanlar qazlı-şəkərli içkiləri qəbul edərkən eyni kaloriyə malik qidalara nisbətən daha az enerji qəbul edirlər. Bunun səbəbi isə onunla izah olunur ki, insan orqanizmi enerjini yeməkdən və içkidən müxtəlif yolla qəbul edir. Maraqlıdır ki, insanın qazlı-şəkərli içki və ya meyvə şirəsindən aldığı enerji dəyəri bərabərdir.
Bu barədə Qida Təhlükəsizliyi İnstitutunun Elmi Tədqiqat və Risklərin Qiymətləndirilməsi Departamenti, Biomühəndislik Araşdırmaları Şöbəsinin əməkdaşı Abdul Etibaroğlunun hazırladığı məqalədə bəhs olunur.
Qazlı içki istehlakı artıq çəki ilə müşahidə olunduğu kimi, bu içkilərdən imtina çəki kontrolunun nizamlanmasına gətirib çıxarır. Bundan başqa, qazlı içki qəbulunun diabetlə də əlaqəsi var. Gündəlik olaraq 1-2 qab (250 ml) şəkərli içki qəbul edənlərin 2-ci növ diabetdən əziyyət çəkmə ehtimalları 26 faiz daha çoxdur. Lakin həmin içkilərin gündəlik istehlakını su, çay və ya qəhvə ilə əvəzləmək diabet riskini 2-10 faiz azaldır.
Qazlı içkilərin qan-damar və sümüklə əlaqəli problemlərə səbəb olduğu da məlumdur. Davamlı olaraq qazlı-şəkərli içki qəbul edənlərin, bu tip içkiləri nadir hallarda qəbul edənlərə nisbətən ürək problemləri ilə üzləşmə ehtimalı 20 faiz daha çoxdur. Bundan başqa, eyni içkilərin tərkibində fosfat miqdarının çox olduğu və fosfatın kalsiumdan daha çox qəbulunun sümüklər üçün ziyanlı olduğu məlumdur. Həmin içkilərdə adətən kalsium kimi qidalandırıcı maddələrə rast gəlinmir. Kalsiumun sümük inkişafı üçün son dərəcə əhəmiyyətli olduğunu nəzərə alsaq, bu tip içkilərin gənclər tərəfindən istehlakının təşviq edilməsi yolverilməzdir, çünki orqanizmdə fosfat kalsium balansının pozulması həmin istehlak qrupunda sümüklə əlaqəli problemlərə səbəb olur.
Bəzi sərinləşdirici içkilərin insanların ağız boşluğu sağlamlığına və ümumi səhhətinə zərərli təsir göstərdiyi fikri irəli sürülmüşdür. Həmin içkilər çox vaxt yüksək şəkər və turşuluq tərkibinə malik olur. Hər qram şəkərdə 4 kalori olduğunu nəzərə alsaq, bu içkilərin yalnız əlavə kalori verdiyini, qida dəyəri baxımından isə faydasız olduğunu görmək olar Qazlı-şəkərli içkilərdə orqanizmə lazım olan vitamin, mineral və liflərə rast gəlinmir. Bəzi dietik sərinləşdirici qazlı içkilərə şəkər əvəzinə süni dadlandırıcılar (şəkər əvəzediciləri) qatılır. Bu maddələr piylənmə və diş çürüməsi riskini azaltsa da, onların təhlükəsizliyi hələ də mübahisə mövzusudur. Çünki həmin şəkər əvəzedicilərinin parçalanma məhsulu müxtəlif metabolik təsirlərə aparıb çıxarır. Bəzi tədqiqatlar süni şəkər alternativlərinin istehlakını piylənmə, limfoma, leykemiya, sidik kisəsi və beyin xərçəngi, xroniki yorğunluq sindromu, Parkinson, Alzheimer və autizm kimi xəstəliklərlə əlaqələndirir. Məsələn, şəkər əvəzedicilərindən aspartam və saxarinin potensial kanserogenik təsirləri araşdırılıb. Araşdırma zamanı həmin kimyəvi birləşmələrin qəbulu həm erkək, həm də dişi siçanlarda beyin şişi və sidik kisəsi xərçəngi riskini artırmışdır. Hətta saxarinin istifadəsi bir müddət Kanada və ABŞ-da qadağan edilmiş, daha sonralar isə bu kimi təsdiq edilmiş bir sıra şəkər əlavələrinin normal doza daxilində qəbulunun heç bir sağlamlıq riski daşımadığı öyrənilmişdir.
Qazlı içkilərin faydaları: Tərkibinə şəkər əlavə edilməyən karbonatlı içkilər orqanizm üçün faydalı ola bilər. Belə içkilər, dietik sodalar diabet və çəki tənzimlənməsinə kömək edir, həmçinin fruktoza tərkibli içkilərdən fərqli olaraq dişlərin sağlamlığına hər hansı təhlükə törətmir.
Qazlı içkilərin faydasını üç qrupa bölmək olar. İlk növbədə, karbohidratlarla zəngin olduğu üçün enerji mənbəyidir; ikincisi. izotonik içkilər vasitəsilə bədən duzlarının daha tez həzm olunması (qeyd. İzotonik içkilər bədənin daxili konsentrasiyasına uyğun olan içkilərdir); üçüncüsü, zz kalorili növləri bu şəkildə qidalanmaq istəyənlər üçün daha rahatdır.
Milli.Az /news.milli.az

Xəbərlər     Baxılıb: 907   Tarix: 20 noyabr 2021
f Paylaş

Kurslar.az kurslar

Oxşar xəbərlər

.

Elektron siqaret çəkənlərə ciddi XƏBƏRDARLIQ

25 yaşlı Cozef Lourens illərlə siqaret çəkməyin sağlamlığa ciddi fəsadları haqqında öz hekayəsini paylaşıb.   -a istinadən xəbər verir ki, bu barədə "Mirror" portalı məlumat yayıb. . Məlum olub ki, uzun müddət elektro

.

Cücərmiş kartofu atmayın – Qızıl dəyərində

Adətən payız aylarında kisələrlə alınan kartof müəyyən müddət ərzində istehlak edilmədikdə cücərməyə başlayır. Təəssüf ki, cücərməyə başlayan bu kartoflar zibilliyə atılır. Mİlli.Az " "a istinadən xəbər verir ki

.

Kolbasanı qızartmaq olmaz – Xərçəngə səbəb olur

Termal üsulla işlənmiş kolbasaları yemək sağlamlığa son dərəcə zərərlidir. Amma bununla yanaşı, insanlar üstəlik kolbasını qızardıb yeyir. .   -a istinadən bildirir ki, kolbasaları qızartmaq və ya qaynatmaq olmaz. Bəs, bun

.

Bağırsaq xərçəngini yaradan faktor aşkarlandı

ABŞ-ın Fred Hatçinson Xərçəng Mərkəzinin alimləri aşkar ediblər ki, ağız boşluğunda yaşayan "Fusobacterium nucleatum" bakteriyası bağırsaqlara keçərək aqressiv şişlərin əmələ gəlməsinə səbəb ola bilir. Araşdırmanı

.

İçdiyimiz sudakı bu maddə xərçəng yaradır - Şok araşdırma

Böyük Britaniyanın Şeffild Universitetinin alimləri müəyyən ediblər ki, dünyada milyonlarla insan tərkibində yüksək miqdarda arsen maddəsi olan su içir. -a istinadən xəbər verir ki, tədqiqat "Science of The Total Environment"

.

Ən təhlükəli xərçəng növlərindən birinin ilk əlamətləri

Britaniyalı həkimlər dörd narahatedici əlamət açıqlayıblar. Bəzi xərçəng növləri əlamətlərinə görə erkən mərhələdə tanınır. .   -a istinadən bildirir ki, bu barədə Böyük Britaniya Milli Səhiyyə Xidmətinin ekspertləri bildiriblər

.

Yaranın üzərinə bir az tökün, MÖCÜZƏNİ GÖRÜN

Dəri yaraları həyatımızın hər mərhələsində qarşılaşa biləcəyimiz bir problemdir.   -a istinadən bildirir ki, bəzən kiçik kəsiklər, dərin yaralarla qarşılaşa bilərik. Mütəxəssislər dəridə yaralar yaranan kimi həkimə müraciə

.

"Qadının kök və piyli olması faydalıdır" - Professor

Türkiyəli həkim, professor Oytun Erbaş maraqlı açıqlaması ilə diqqət çəkib. -a istinadən bildirir ki, doktor dərialtı piylərin sağlamlığa xidmət etdiyini bildirib. "Dərialtı piylər beyninizi, ürəyinizi sağlam saxlayar

.

"Zelyonka" və yod ləkələrindən qurtulmağın sadə yolları

Dəridəki yod və "zelyonka" ləkələrindən xilas olmaq sadə, eləcə də təsirli proses ola bilər. Bu antiseptiklərdən olan ləkələr adətən 24 saat ərzində öz-özünə yox olur. Lakin onları çıxarmaq üçün səbirsizsinizsə

turlar.az

sonxeber.az reseptler aksessuarlar sade makiyaj sekilleri xiyar tutmasi faydalı məlumat murebbelerin hazirlanmasi frans subert haqqinda kosmetika novruz hakışdaları bir arzum var yuxuda qara ilan gormek lakonizim novruz bayramına aid hakışta