Qəhvədən daha yaxşı gümrahlıq verən içki: Çay və ya kakao deyil
Mate təbii enerji içkisidir və qəhvədən daha çox gümrahlıq hissi verir.
Milli.Az xəbər verir ki, bu barədə News.ru-nun dərc etdiyi materialda məlumat verilib.
Bildirilib ki, Latın Amerikasında mate içkisini səhər qəhvəsi əvəzinə qəbul edirlər. Bu içki yalnız yuxudan ayıltmaqla kifayətlənmir, həm də ürəyə zərər vermədən insanı gün boyu enerji ilə təmin edir. Qəhvədən fərqli olaraq, mate qəfil təzyiq artımına səbəb olmur. Bunun sirri kofeinlə matenin xüsusi birləşməsindədir - bu tərkib sinir sistemini yumşaq şəkildə stimullaşdırır, konsentrasiyanı artırır və uzunmüddətli gümrahlıq hissi yaradır.
Mate antioksidantlar, vitaminlər ("A", "C", "E" və "B" qrupu) və minerallarla (maqnezium, kalium, dəmir) zəngindir. Bu içki maddələr mübadiləsini sürətləndirir, həzmə kömək edir və hətta həyəcanı azaldır. Bu səbəbdən, mate imtahanlar ərəfəsində tələbələr və ya işi vaxtında çatdırmalı olan ofis işçiləri üçün ideal seçim sayılır.
Latın Amerikasında insanlar mateni müdriklik və həyat enerjisi içkisi hesab edirlər./oxu.az
Milli.Az









8 mart – Beynəlxalq Qadınlar günü münasibətilə təbrik
Ehtiraslı öpüşmək üçün bunlara mütləq əməl edin
İdeal Dieta: 1 həftəyə 5 kq arıqla!
Cəfərinin insan orqanizminə inanılmaz faydaları
Qara zirə (Çörək otunun) faydaları
Qarazirə hər dərdin çarəsi olan bitki
Qaravəllilər
Tanınmış reperi həbsxanada döydülər
Diabet xəstələri banan yeyə bilər?
Ferhat Göçer Bakıda konsert verəcək
Azərbaycan məşhur yapon serialında - Foto
Hilari Suonk 52 yaşında 3-cü dəfə ana olacaq