Qəhvənin inanılmaz faydası ÜZƏ ÇIXDI
İnsanlarda görmə kəskinliyi statik (stasionar) və dinamik (hərəkətli) şəraitdə kiçik detalları tanımaq qabiliyyəti ilə qiymətləndirilir.
Publika.az xəbər verir ki, yeni bir araşdırma apararaq tədqiqatçılar kofeinin vizual informasiyanın mənimsəməyə təsirlərini araşdırıblar.
Tədqiqatın eksperimental hissəsi 21 könüllü üzərində aparılıb. Təcrübəyə cəlb olunan şəxslər bir gün kofein kapsulunu, digər gün isə plasebo kapsulunu qəbul ediblər. Tədqiqatçılar xüsusi avadanlıqdan istifadə edərək kofein qəbulundan bir saat öncə və bir saat sonra iştirakçıların dinamik görmə kəskinliyi bacarıqlarını qiymətləndiriblər.
Kofein qəbulu kiçik hərəkət edən hədəflərin daha sürətli aşkarlanmasına gətirib çıxarıb. Könüllülərdə gözlərin hərəkət sürəti və kontrast həssaslığı artıb - bu isə dinamik görmə kəskinliyinə təsir göstərir.
Alimlər kofeinin gözlər üçün faydalı ola biləcəyi qənaətinə gəliblər.









İdeal Dieta: 1 həftəyə 5 kq arıqla!
Qara zirə (Çörək otunun) faydaları
Qarazirə hər dərdin çarəsi olan bitki
Ən güclü təbii antibiotik: Udi hindi bitkisinin faydaları
Xalq artisti Naibə Allahverdiyeva xəstəxanaya yerləşdirildi
"Eşref Tek" nə vaxt yayımlanacaq?
"Qızım babası kimi siyasətçi olacaq
Xərçəngə qarşı mübarizədə böyük ümid: Yeni peyvənd hazırlandı
Nev vəfat etdi