Qıcıqlanmış bağırsağı necə sakitləşdirməli? - FODMAP bəlası

Qıcıqlanmış bağırsağı necə sakitləşdirməli? - FODMAP bəlasıFODMAP - bağırsaq mikroflorasını tənzimləyən, qidalanrıdan bir qrup karbohidratların daxil olduğu qidalanma rasionudur.
Milli.Az bildirir ki, bəzi insanlar üçün bu karbohidratlar xoşagəlməz hallar yaratsa da, bağırsaq mikroflorası zərər görmüş və qıcıqlanmış bağırsaqdan əziyyət çəkənlər üçün xilas yoludur.
FODMAP - bir neçə sözün baş hərfinin abreviaturasıdır. Fermentlər, olisaxarid, disaxarid, monosaxarid, poliols
Bu qrupa nələr daxildir:
- Fruktoza
- Laktoza
- Qalaktan
- Qalaktosaxarid
- Poliol - şəkər spirti
Bəzi insanların bağırsağına FODMAP-a daxil qidalar düşən kimi həzm pozulur, qarında, bağırsaqda problemlər başlayır.
Buna qıcıqlanmış bağırsaq deyilir.
Bu zaman qarında ağrı, yanğı, qazlar, köp, stulun pozulması - yəni ishal və ya qəbizlik qeyd olunur.
Məsələ ondadır ki, bu karbohidratların fermentləşdirilməsi zamanı bakteriyalardan qazlar ayrılır. Burdan da ağrı, qarnın şişməsi, köp, narahatlıq başlayır.
Üstəlik fruktoza diabet, piylənməsi və insulin dirənçi olan xəstələrdə çox olan bağırsaq bakteriyalarını qidalandırır. Bu da həmin xəstələrin vəziyyətini çətinləşdirir.
Bağırsaq keçiriciliyinin artması nə deməkdir?
Bağırsaq divarı, selikli qişası bağırsağı qandan ayıran bir baryerdir. O, özündən ancaq faydalı maddələri, vitamin və mineralları, suyu, elektrolitləri buraxır. Amma zərərli patogen bakteriyaları keçirmir və özündə həbs edir.
Bağırsağın müdafiə qatı olan bu qatının tamlığı bir sıra səbəblərdən, eləcə də FODMAP-dan pozula bilər. Bu siyahıda Fruktoza özünü daha aqressiv göstərir.
O, demək olar ki, zərərli qlütenlə eyni səviyyədədir. Elə insanlar var ki, onlara fruktan daha pis təsir edir, nəinki qlüten.
Bəs hansı qidadan, karbohidratdan qıcıqlanmış sindrom yarandığını necə bilməli. FODMAP təsirini necə aşkarlamalı?
- İlk olaraq 3-6 həftəliyə FODMAP daxil qidaları rasiondan çıxarmaq və qəti yeməmək. Bu çox çətindir. Çünki bu siyahı o qədər çoxdur ki, insan nə yeyəcəyini bilmir.
Bunu etsəniz, 3-6 həftə ərzində vəziyyətinizin dəyişməsinə görə sizdə FODMAP-a qarşı həssaslıq olduğunu təxmin edirsiz.
2-ci mərhələdə imtina etdiyiniz ərzaqları bir-bir menyuya qaytarıb yeyir və bağırsağın reaksiyasına baxırsız. Buna 3 gün vaxt sərf edilir.
Tədqiqatlar göstərib ki, qıcıqlanmış bağırsaq sindromu olan insanlarda FODMAP siyahısını yoxlamaq və bəzi qidaları menyudan çıxarmaq onların sağalmasına səbəb olub.
Allergik reaksiyalara səbəb olan histamin - ən birinci iltihab agenti də FODMAP dietası zamanı azalır, kəskin enir.
Bu dieta zamanı yuxu yaxşılaşır, libid, enerji artır. Depressiya itir, insan özünü rahat hiss edir.
Yaxşı olar ki, bu yoxlamanı və dietanı qastroenteroloq və ya dietoloq nəzarətində aparasız.
FODMAP-a daxil olan qidalar:
- Alma, manqo, armud, meyvələrin 50%-i, yəni fruktozası çox olan
- Böyürtkən, vişnə
- Brokoli. kök, kələm, yaşıl lobya, şirin kartof, pomidor, yaşıl bibər
- Soya. mərci, noxud, nut, paxlalılar
- Qarğıdalı
- Bal
- Süd məhsulları, inək südü, laktozalı qidalar
- Avokado
- Kola, saqqız
- Sorbit
- Soğan, sarımsaq
- Buğda tərkibli bütün qidalar
- Fıstıq
- Qəhvə
Dieta zamanı nələri yemək olar?
- Ət, ət məhsulları, balıq, toyuq
- Yumurta
- Laktozasız süd, yoqurt. kefir
- Kokos, badam südü
- Qlütensiz un məmulatları
- Qarabaşaq, düyü
- Balqabaq
- Xiyar, kərəviz, ənginar, tofu, turp, kabak, ispanaq, zeytun
- Kivi, sitruslar, ananas
- Tünd şokolad
- Çay
- İstənilən yağlar.  /medicina.az
Milli.Az /news.milli.az

Xəbərlər     Baxılıb: 1434   Tarix: 29 mart 2021
f Paylaş

Oxşar xəbərlər

.

Kişilərdə bu əlamət varsa, xərçəngdən yoxlansın

Qanda anemiya və hemoqlobin səviyyəsinin düşməsi xərçəng müayinəsindən keçməyi tələb edir, xüsusən kişilər diqqətli olmalıdır. -a istinadən xəbər verir ki, cərrah İldus Muxametovun sözlərinə görə, kolorektal xərçəngin inkişaf

.

Gözə linza taxdırmazdan əvvəl bunu mütləq bilməlisiniz

"Yeni nəsil göz içi linzalar üçün ciddi yaş məhdudiyyəti yoxdur. Linza seçimində əsas meyar yaş deyil, gözün ümumi vəziyyəti və pasiyentin gündəlik görmə ehtiyaclarıdır". xəbər verir ki, bu fikirləri Səhiyyə Nazirliyini

.

Qəhvəni bu saatda için

Kardioloq və terapevtlər qəhvə qəbulunda təkcə miqdarın deyil, içkinin hazırlanma üsulu və qəbul edildiyi saatın da vacib olduğunu bildiriblər. xəbər verir ki, mütəxəssislərin sözlərinə görə, kofein qəbulunu 15:00-16:00 radələrind

.

Şəkərli diabet təhlükəsini azaltmaq üçün üç vacib qayda

Rusiyalı həkim-terapevt Nadejda Çernışova şəkərli diabet üçün risk qrupuna kimlərin aid olduğunu və bu xəstəliyin yaranma riskini azaltmaq üçün hansı addımların atılmasının vacib olduğunu izah edib. -a istinadən xəbər veri

.

Yuxuda sevişmək nəyə yozulur?

Yuxular hələ də sirri açılmayan qaranlıqla dolu dünyadır. Yuxu əsrlərdən bəri araşdırılan, həm alimlərin, həm də mistika ilə məşğul olanların cavabını tapmaq istədiyi tapmacadır. Fərqli və rəngarəng yuxular bəzən də cinsəlikl

.

Həkimlər ən zərərli qəhvə növünü açıqladılar - Ürək üçün təhlükəlidir

Qəhvə sağlamlıq üçün faydalı içki hesab edilsə də, onun hazırlanma üsulu və tərkibinə əlavə edilən maddələr ürək-damar sisteminə mənfi təsir göstərə bilər. Kardioloqlar xüsusilə şəkərli qəhvə içkilərinin təhlükələri barəd

.

Bu qidalar beyin damarlarına zərər verə bilər

Çox emal olunmuş qidaların qəbulu orta yaşlı insanlarda beyin damarlarının zədələnməsinə səbəb ola bilər. . xəbər verir ki, Kanadada aparılan və "JAMA Network Open" jurnalında dərc olunan araşdırmada 35-69 yaş aras

.

Avtomobil sürənlər üçün vacib xəbərdarlıq

Uzun müddət avtomobil idarə etmək boyun sağlamlığına mənfi təsir göstərə bilər. xəbər verir ki, türkiyəli həkim Burak Orhan Boranın sözlərinə görə, xüsusilə tıxaclarda tez-tez dayanıb-hərəkət etmək, yanlış oturuş vəziyyət

.

Ac qalanda ürəkbulanma və halsızlıq yaranırsa

Hipertireoz, Addison xəstəliyi, hipoqlikemiya və polikistik yumurtalıqlar sindromu kimi problemlər aclığa dözümlülüyü azaldaraq ürəkbulanma və halsızlıq yarada bilər. Birinci tip diabet zamanı isə uzun müddət qidadan imtin

turlar.az

gozel gorunmek makiyaj etmek qaydalari donlar 2026 qarabasaq kotleti həyat stili cəlil məmmədquluzadə dişlərə qulluq kosmetika haxışda heyati naz mila qz eviyçun hakışta paxlava