Qidalanmada vacib məqam: "Ardıcıllığı pozsanız..." - Mütəxəssis
Qidalanma sağlam həyatın əsas prinsiplərindən biridir. Bəs qidaları qəbul edərkən onların ardıcıllığına diqqət edirikmi?
Milli.Az bildirir ki, mövzu ilə bağlı Teleqraf.com-a açıqlama verən Ukrayna Kulinarlar Birliyinin üzvü, Türkiyə Şef Aşcılar Dərnəyinin Azərbaycan təmsilçisi, qida texnoloqu Ağa Salamov bildirib ki, qidaların ardıcıllığı onların həzm müddətinə görə dəyişir:
"Ət, yumurta, pendir kimi zülallı qidalar mədədə uzun müddətə həzm olunur. Şirniyyat və meyvələr mədədə çox qalmadan bağırsağa keçir və burada ilk həzmini tamamlayır. Su isə mədədə bədən istiliyinə çatdıqdan sonra bağırsağa keçir. Buna görə də əvvəlcə su içilməlidir, sonra qarışdırmamaq şərtilə meyvə və ya desert, sonra isə salat və yemək yeyilməlidir".
"Yeməkdən sonra meyvə və ya şirniyyat yeyildiyində, meyvə və şirniyyat həzmi tamamlamaq üçün bağırsağa keçə bilmir nəticədə mədədə mayalanır, çürüyür və qaz əmələ gətirir. Təsadüfi deyil ki, Quranda ardıcıl olaraq , Vaqiə surəsi 20-ci ayədə meyvədən, 21-ci ayədə isə ətdən (zülaldan) bəhs edir".
Milli.Az /news.milli.az









Vətən haqqında bayatılar
Yuxuda sevdiyin insanı görmək
Kişiləri ehtiraslandıran sözlər
Öd kisəsi ağrıyanda nə etməli? - 5 MƏSLƏHƏT
Qara zirə (Çörək otunun) faydaları
İdeal Dieta: 1 həftəyə 5 kq arıqla!
Qarazirə hər dərdin çarəsi olan bitki
Ən güclü təbii antibiotik: Udi hindi bitkisinin faydaları
Arif Mirzəyev vəfat etdi
Nərmin Kərimbəyova 'Zəfər günü'nə həsr olunan 'Atabarı'nı təqdim etdi
Teşkilat' serialının çəkiliş meydançasında gərgin anlar: Dörd nəfər tutuldu
Aktyor Aslan Fətullayevin nəşi Azərbaycana gətirildi