Qırışlara qarşı ev şəraitində düzəldə biləcəyiniz maskalar

Qırışlara qarşı ev şəraitində düzəldə biləcəyiniz maskalarQırışlara qarşı ev şəraitində düzəldə biləcəyiniz maskalar

Bu dəfə sizə dərinizin ehtiyacı olan təbii və istifadəsi asan olan maskalar təqdim edəcəm. Bunlarla dərinizin uzun illər boyu gənc və təravətli qalmasına kömək edə bilərsiz.

Qadınlarda üz dərisinin gözəlliyi xüsusi önəm daşıyır. Qırışların qarşısının alınması üçün müxtəlif üsullar vardır ki, lazım olduqda onlardan istifadə edilir. Üz və sinə dərisini yalnız xaricdən deyil, həm də daxildən qorumaq lazımdır.

- Limon suyu və qliserinin qarışığı ilə dərinizi təmizləyə bilərsiniz. Hər ikisindən də eyni miqdarda götürüb qarışdırın. Gecə yatmazdan əvvəl pambıq vasitəsilə dərinizi təmizləyin.

- Alma yeyərkən dərimizi həm xaricdən , həm də daxildən qorumuş oluruq. Maska olaraq yarım almanı yaxşıca əzib içinə 2 qaşıq qaymaq qataraq qarışdırın və üzünüzə yaxın. 15 dəqiqə gözləmək kifayət edər.İlıq suyla yuyub quruladıqdan sonra nəmləndirici krem çəkin. Alma dərinizə təravət verərkən, qaymaq da elastikliyinə və nəmlənməsimə səbəb olacaq.

- Bir stəkan yemiş suyu və bir stəkan qaynanmış suyu qarışdırıb üzünüzü yuyun. Ardınca bir az pambığı südə batırıb üzünüzü silin və təmiz dəsmalla qurulayın. Bunu gecə yatmazdan əvvəl etməlisiniz.

- Bir yumurtanin ağını, bir qaşıq qliserini və bir qaşıq balı qarışdırıb üzünüzə sürtün. 15 dəqiqə saxladıqdan sonra əvvəl ilıq, sonra isə soyuq su ilə yuyub qurulayın. Bunu həftədə bir dəfə etməlisiniz.

- Çiyələklə dərinizin təravətini qoruya bilərsiniz. Bunun üçün bir ovuc çiyələyi əzin və suyunu süzün. Buna bir az gül suyu qatıb üzünüzə, boynunuza sürtün. Bir saat saxlamaq kifayət edər. Sonra sodalı su ilə üzünüzü yuyub təmizləyin.

-Bir qaşıq süd və bir yumurtanın sarısını qarışdırıb üzünüzə sürtün. 15 dəqiqədən sonra limon suyu ilə təmizləyin. Bunuda həftədə bir dəfə olmaqla edə bilərsiniz.

Bu maska boyun qırışıqları üçün də effektivdir. Xüsusilə qeyd etmək istəyirəm ki, çiyələk bəzi insanlarda allergiyaya səbəb olur. Əgər üzünüzdə qızartı və ya şişmə görsəniz üzünüzü təkrar yuyun və bu maskanı bir daha eləməyin.

Gözəllik və Moda     Baxılıb: 3863   Tarix: 06 yanvar 2015
f Paylaş

Oxşar xəbərlər

.

Fransız qızlarının gözəllik sirləri

Nədənsə 50 yaşdan yuxarı bir çox fransız qadını yaşına baxmayaraq təbii və cazibədar görünməyi bacarır. Maraqlısı budur ki, bu görünüş üçün çox da səy göstərmirmiş kimi görünürlər. Bunun arxasında isə illərlə formalaşmı

.

Makiyajda sizi 10 il qocalda biləcək SƏHVLƏR

Vizajist hər hansı bir üzü qocalda biləcək üç tipik makiyaj səhvini açıqlayıb. Makiyajda hansı səhvlərdən yaınmaq lazımdır. " saytının xarici mediaya istinadla xəbərinə görə, 4 milyondan çox "YouTube" izləyicis

.

Saçınız nazikdirsə, heç vaxt belə kəsdirməyin

Hansı saç düzümləri incə saçları daha az həcmli göstərir: niyə stilistlər gündəlik görünüşlərdə bu formalardan çəkinməyi məsləhət görürlər. Beləliklə, bu modelləri təqdim edirik:. İncə saçlar üçün hansı saç kəsimləri uyğu

.

Gözəlliyin qadınların sosial və peşə həyatına təsiri

Gözəllik, cəmiyyət tərəfindən qiymətləndirilən bir atribut olaraq, qadınların sosial və peşə həyatında əhəmiyyətli bir rol oynayır. Bu təsir, cəmiyyətin gözəllik standartlarına uyğunlaşmaqla yanaşı, qadınların özlərini nec

.

Sizi cavan göstərəcək makiyaj sirləri

Həddindən artıq yorğunluq və keyfiyyətli yuxunun olmaması görünüşünüzə mənfi təsir göstərərək, yaşınıza bir neçə il əlavə edə bilər. Bununla belə, makiyajdan düzgün istifadə üzünüzü əhəmiyyətli dərəcədə cavanlaşdıra bilər

.

Sızanaq ləkələrindən qurtulmaq üçün TƏBİİ ÜSULLAR

Sızanaqdan sonra qalan ləkələr üzdən uzun müddət getmir və kosmetik qüsur yaradır. Bu ləkələrdən qurtulmaq üçün sizə sadə üsulları təqdim edirik: . Xiyar. Xiyar hamar dəriyə sahib olmaq üçün ən rahat vasitələrdən biridir

.

Dəri üçün 5 ƏN ZƏRƏRLİ VƏRDİŞ

Təmizləmə, tonlama, nəmləndirmək, günəşdən qorumaq -bütün bunlar dəri sağlamlığının qarantı demək deyil. Bunun səbəbi, ən yaxşı dəri baxımdan da yan keçən bir neçə pis vərdişin olmasıdır: . 1. Gecə yatmadan əvvəl dərini

.

Moda dünyasının qadın gözəlliyinə təsiri

Moda dünyası, yalnız geyimlərin və aksesuarların dəyişməsi ilə məhdudlaşmır; o, həmçinin qadın gözəlliyi və cəmiyyətin gözəllik standartlarına olan baxışını dərin şəkildə təsir edir. Bu məqalə, moda dünyasının qadın gözəlliyin

.

XIX əsrdə qadınların gözəllik üçün istifadə etdiyi təhlükəli üsullar

XIX əsrdə qadınlar gözəl görünmək üçün müxtəlif üsullardan istifadə edirdilər, lakin həmin dövrdə kosmetikanın tərkibi bu günlə müqayisədə xeyli təhlükəli idi. Elmi biliklərin kifayət qədər inkişaf etməməsi səbəbindən bi

turlar.az

yemek reseptleri gözəllik məhsulları gozel gorunmek kosmetologiya donlar balamı sevirəm qrip və soyuqdəymə kosmetika ariqla novruz bayramı haxışta lakonizm lakonizim qiz evi haxista