Qırmızı yosunlarda İİV-i məhv edən maddə aşkarlanıb
Rusiya alimləri Sakit okean qırmızı yosunlarında İİV virusunun bir hissəsini məhv edən maddə aşkar ediblər.
Milli.Az aztibb.az-a istinadən bildirir ki, araşdırmanın nəticələri "International Journal of Molecular Sciences" jurnalında dərc olunub.
Yosunların tərkibində insan immunçatışmazlığı virusunun hissəciklərinə bağlana bilən və onun immun hüceyrələrinə daxil olmasına mane ola bilən karagenan şəkərləri olduğu bildirilir.
Tədqiqatın müəlliflərindən biri, Rusiya Elmlər Akademiyasının (Vladivostok) Uzaq Şərq Bölməsinin Sakit Okean Bioorqanik Kimya İnstitutunun elmi işçisi İrina Ermak qeyd edib ki, qeyd şəkərlərin toksikliyi yoxdur. O, şəkərlərin aşağı konsentrasiyalarda, xüsusən də İİV-ə qarşı yüksək antiviral təsir göstərdiyini söyləyib. Maddə Tichocarpus crinitus növ yosunlarda olur.
Milli.Az /news.milli.az









Vətən haqqında bayatılar
Yuxuda sevdiyin insanı görmək
Kişiləri ehtiraslandıran sözlər
Qara zirə (Çörək otunun) faydaları
İdeal Dieta: 1 həftəyə 5 kq arıqla!
Qarazirə hər dərdin çarəsi olan bitki
Ən güclü təbii antibiotik: Udi hindi bitkisinin faydaları
Arif Mirzəyev vəfat etdi
Nərmin Kərimbəyova 'Zəfər günü'nə həsr olunan 'Atabarı'nı təqdim etdi
Teşkilat' serialının çəkiliş meydançasında gərgin anlar: Dörd nəfər tutuldu
Aktyor Aslan Fətullayevin nəşi Azərbaycana gətirildi