Qısa saç kəsimi sizə yaraşırmı?

Qısa saç kəsimi sizə yaraşırmı?Bütün xanımlar yaxşı bilir ki, uzun saçlar qadının ən gözəl bəzəyidir.
Lakin ya dəyişiklik xətrinə, ya da digər səbəblərdən uzun saçları qısaltmaq gec-tez hər bir qızın ağlına gəlir. Xüsusilə də sanki ulduzlar əlbir olub qısa saç stilini gündəmə gətirəndə bu dəblə ayaqlaşmaq istəyənlərin sayı durmadan artır.
Sözsüz ki, uzun saçlarla vidalaşmaq üçün eksperimentlərə müəyyən mənada hazır olmalısan. Qızların çoxunun uzun saç düzümünə üstünlük verməməsinin səbəbi, qısa saç düzümünün onun üz quruluşuna yaraşmaması ilə bağlıdır. Yaxud da belə saçların daha çox vaxt və qulluq tələb etməsidir. Problemin digər səbəbi isə daha çox psixoloji amillərlə bağlıdır. Qızların çoxu bu qənaətdədir ki, qadının ən güclü silahı uzun saçlarıdır. Məsələ ondadır ki, qadınlar məhz uzun tellərin sayəsində kişinin diqqətini cəlb etməyə və onu özünə aşiq edə biləcəyini düşünür.
Bu stereotip nədəsə hələlik qalib gəlir. Məsələn, kişi jurnallarının çoxunda siz qısa saçlı modellərə demək olar ki, rast gəlməyəcəksiniz. Bununla bərabər, qısa saç stili sizə yaraşırsa, üz cizgilərinizi gözəl göstərirsə, heç bir kişi bunun əleyhinə fikir bildirməz. Axı Odri Hepbern, Enn Heteuey, Tviqqi, Şarliz Teron, Emma Stoun və digər qısa saçlı ulduzların gözəl görünmədiyini deməyə haqqımız yoxdur.
Saçları kəsdirməzdən əvvəl hamı onun yaraşıb-yaraşmadığı ilə maraqlanır. Müxtəlif proqramlar vasitəsi ilə virtual olaraq yeni saçın yaraşdığını müəyyən etmək mümkündür. Təəssüf ki, belə proqramların tətbiqi hər zaman uğurlu alınmır. Biz isə saçlara qulluq sənayesində tanınmış mütəxəssis Con Fridinin məsləhətinə əməl etməyi məsləhət görürük. Publika.az xəbər verir ki, Con Fridinin hesab formulu ilə uzun saçın sizə yaraşıb-yaraşmadığına dair dəqiq nəticə əldə edəcəksiniz.
Bunu hesablamaq üçün sizə yalnız xətkeş və karandaş lazımdır. Profildən güzgüyə tərəf durun, karandaşı üfüqi istiqamətdə çənəyə qoyun, xətkeşi isə qulağın düz altına qoyub çənə ilə aradakı məsafəni ölçün.
Əgər məsafə 5,7 santimetr və daha azdırsa, siz cəsarətlə saçınızı qısa kəsdirə bilərsiniz. Qısa saç sizə mütləq yaraşacaq. Əgər məsafə uzundursa, qısa saç eksperimenti çox güman ki, sizdə uğurlu alınmayacaq.
Aşağıdakı fotolara baxanda Con Fridi ilə razılaşmamaq mümkün deyil. O, həqiqətən universal, sadə və dahiyanə formul hazırlayıb. Amma nəzərə alın ki,  şəxsi arzu və istəkləriniz bütün formullardan daha vacibdir. Nəticə etibarı ilə əfsanəvi stilistin qanunu sərt olsa da, onu həmişə pozmaq olar.
Publika.az
Qısa saç kəsimi sizə yaraşırmı?Qısa saç kəsimi sizə yaraşırmı?

Mətbəx     Baxılıb: 3972   Tarix: 27 may 2019
f Paylaş

Oxşar xəbərlər

.

Kələm Salatı

Ərzaqlar. Kələm — 300 q. təzə pomidor — 4 əd. pendir (bərk sort) — 150 q. göyərti (şüyüd, cəfəri) — 50 q. duz – zövqə görə. mayonez. Hazırlanması. Kələm doğranır, duzlanır ,azacıq sıxılır ki bir qədər suyunu buraxsın. Pomidorla

.

Bayat çörək atmayın, köftə hazırlayın!

Bayat çörəyi necə qiymətləndirə bilərəm? Bayat çörəyi atmayın, köftə hazırlayın! Bayat çörək köftesi resepti ilə uşaqlarınız üçün həm qidalandırıcı, həm də dadlı çörək köftələri hazırlaya bilərsiniz. Sizə reseptimizdə baya

.

Qədim yeməyimiz xaşlama resepti

Tərkibi:. 1 kq sümüklü ət (qoyun,quzu və ya mal). 5 ədədsoğan. 7 ədəd kartof. 3-4 ədəd bolqar bibəri. 2-3 ədəd pomidor. 2 ədəd dəfnə yarpağı. 1 çimdik qırmızı acı bibər tozu. duz, istiot. Hazırlanması:. İlk öncə ətı doğrayı

.

Padimcan pancake resepti

Nə vaxtsa badımcanlı pancake alacaqsınız? Damağınızı qıracaq dadlı bir reseptlə buradayıq. Çalışdığımız dadlardan birindən badımcanlı pancake resepti. Gündüz masası üçün, çayın yanında, qonaqlarınıza yemək və ya isti qəlyanalt

.

Çox şık, çox məmnun: Kremli toyuq resepti

Kremli toyuq resepti üçün maddələr. Toyuq üçün:. 3. nömrə. toyuq budu. 5. yemək qaşığı. zeytun yağı. 2 -ci. diş. sarımsaq. bir. çay qaşığı. quru kəklikotu. bir. desert qaşığı. limon qabığı. bir. desert qaşığı. duz. bir. ça

.

BALQABAQ VƏ BİSKVİTLİ TORT RESEPTİ

Tərkibi:. 3-4 dilim iri balqabaq. 2,5 stəkan şəkər tozu. 1 litr süd. 3 xörək qaşığı un. 1 xörək qaşığı nişasta. 1/2 paket marqarin. 1 paket vanil. 200 qram qoz ləpəsi. 100 qram fındıq. 3 paket biskvit (peçenye). Hazırlanması:

.

Kiçik Qablarda Kükü

Hamının tanıdığı kükünü bu formada süfrəyə təqdim etsəniz əminəm ki, çox maraqlı və fərqli olacaq. Kiçik maffin qablarında sobada hazırlanan göyərti küküsü həm isti yemək, həm isti qəlyanaltı və ya qarnir kimi ət yeməklərini

.

Şəfaverici Itburnu Içkisi – Resept

E vitamini ilə zəngin olan itburnu bitkisinin dəri üçün də faydalı olduğu məlum olub. Hətta bir çox dəriyə qulluq vasitələrinin tərkibinə itburnu ekstraktı və yağı əlavə edilir. Bu bitkini olduğu kimi yemək bir qədər çətindir

.

Balqabaqlı Keks (Video)

Keçən yazımda sizə balqabaq püresinin reseptini yazmışdım. Bu gün isə onu istifadə edəcəyik və Amerikada bu fəsildə çox məşhur olan balqabaqlı keks bişirəcəyik. Bu keksin müxtəlif resepti var, mənim təqdim edəcəyim isə dəfələrl

turlar.az

toy makiyaji sekilleri kosmetoloq hamilelikde qidalanma körpələrdə süni qidalar arıqlamaq xiyar tutmasi ana və uşağın ev məktəbi kosmetika novruz bayramı bir arzum var yemek reseptleri faydalı bilgilər toyuq salati