Qocalmağın qarşısını almağın ƏN SADƏ YOLU
ABŞ-ın Kaliforniya Universitetinin mütəxəssisləri yaşlanmanın sürətini azaldan faktorları açıqlayıb.
Milli.Az medicina.az-a istinadən bildirir ki, onlar az kalorili yeməklərin bioloji saatı qoruduğunu və yaşlanmanı gecikdirdiyini təsbit ediblər.
Elm adamları apardığı sınaqlarda 6 və 18 aylıq siçanların qara ciyərindən hüceyrə örnəkləri alıb. Həzm prosesində iştirak edən genetik hüceyrələrin günün bəlli saatlarında "söndürən" və "aktivləşdirən" mexanizmə sahib olduğunu aşkar edən alimlər bu mexanizmin iş prinsipinin yaş irəlilədikcə fərq ediləcək qədər dəyişikliyə uğradığını müşahidə ediblər.
Beləliklə, mütəxəssislər enerji dəyəri 30% və daha aşağı olan qidaların bioloji saatı qoruduğu qənaətinə gəliblər. Bununla da, fizioloji yaşlanma mərhələsinin yavaşladığını ortaya çıxarıblar.
Alimlərin verdiyi məlumata görə, buna bənzər mexanizm insan vücudunda da mövcuddur.
Milli.Az /news.milli.az









Vətən haqqında bayatılar
Yuxuda sevdiyin insanı görmək
Kişiləri ehtiraslandıran sözlər
Öd kisəsi ağrıyanda nə etməli? - 5 MƏSLƏHƏT
Qara zirə (Çörək otunun) faydaları
İdeal Dieta: 1 həftəyə 5 kq arıqla!
Qarazirə hər dərdin çarəsi olan bitki
Ən güclü təbii antibiotik: Udi hindi bitkisinin faydaları
Arif Mirzəyev vəfat etdi
Nərmin Kərimbəyova 'Zəfər günü'nə həsr olunan 'Atabarı'nı təqdim etdi
Teşkilat' serialının çəkiliş meydançasında gərgin anlar: Dörd nəfər tutuldu
Aktyor Aslan Fətullayevin nəşi Azərbaycana gətirildi