Qoyun əti: xeyri də var, ziyanı da

Qoyun əti: xeyri də var, ziyanı daAzərbaycanda qoyun əti digər ölkələrlə müqayisədə daha çox istehlak olunur. Onun xarakterik xüsusiyyətlərindən biri də tərkibindəki kreatinin metobolizmi ilə əlaqədar spesifik dad və qoxuya malik olmasıdır.
Milli.Az bildirir ki, həkim-diyetoloq Ləman Süleymanova AZƏRTAC-a deyib: "Qoyun ətinin tərkibi heyvanın cinsi, yaşı, cinsiyyəti, qidalanması, bəslənməsi, həmçinin stres amilləri ilə əlaqədar olaraq dəyişir. Qida əhəmiyyətinə görə quzu əti daha keyfiyyətli və diyetik sayılır. Qoyun ətinin enerji dəyəri 100 qramda 190-300 kkal intervalında dəyişir. Kimyəvi tərkibinə görə qoyun əti zülallar, yağlar, ekstraktiv və mineral maddələr, fermentlər, vitaminlər, karbohidratlar, su və digər qida maddələrindən təşkil olunub".
Onun dediyinə görə, tərkibində zülal və lestinin çox olması ilə yanaşı, karbohidrat və xolesterolun azlığına görə yağsız qoyun əti orqanizm tərəfindən asan mənimsənilir və diabet xəstələri üçün faydalıdır: "Dəmir elementi və B12 vitamini ilə zəngin olduğuna görə dəmir defisitli anemiya zamanı istehlakı xüsusən tövsiyə olunur. Tərkibində olan B qrup vitaminləri isə mərkəzi-sinir sisteminin funksiyasını tənzimləyir. Ətin tərkibində zərərli xolesterolun miqdarının az olması həm də ürək-damar sisteminin fəaliyyətini nizamlayır və aterosklerozun qarşısını alır. Bu növ ətin istehlakı hamiləlik dövründə dölün inkişafına müsbət təsir edir, çünki qoyun ətinin tərkibi fol turşusu ilə zəngindir. Mütəmadi istehlak olunan qoyun əti müxtəlif biokimyəvi prosesləri sürətləndirməklə orqanizmin müdafiə sistemini səfərbər edir".
Qoyun ətinin faydalı xüsusiyyətləri ilə yanaşı, zərərli təsirləri də var. Yağlı qoyun ətində doymuş yağ turşuları çox olduğundan hipertoniya və mədə-bağırsaq xəstəlikləri zamanı istehlak məsləhət görülmür. Ətin tərkibində çox olan purin əsaslarının sidik turşusuna çevrilməsi səbəbindən oynaq, böyrək və öd kisəsi disfunksiyasından əziyyət çəkənlər üçün də istehlakı zərərlidir.
Milli.Az /news.milli.az

Xəbərlər     Baxılıb: 1166   Tarix: 31 dekabr 2021
f Paylaş

Oxşar xəbərlər

.

Şirniyyatdan əvvəl sirkə içmək arıqladır? - Həkim danışdı

"Şirniyyatdan əvvəl sirkəli su içmək artıq çəkidən qoruyur" mövzu sosial şəbəkələrdə populyardır, amma elmi dəlil gücü şişirdildiyi qədər yüksək deyil". . xəbər verir ki, bunu canlı yayımda Səhiyyə Nazirliyini

.

Kərə yağı xərçəngdən ölüm riskini ARTIRIR

Kərə yağının yüksək miqdarda istehlakı xərçəng və digər ağır xəstəliklərdən ölüm riskini artırır. -a istinadən xəbər verir ki, bu barədə "The Mirror" nəşri Böyük Britaniyada aparılan araşdırmaların nəticəsinə istinadə

.

Keçməyən öskürək təhlükəlidir - Xərçəng riski

Qrip və ya soyuqdəymədən sonra yaranan və həftələrlə davam edən öskürək ciddi sağlamlıq problemlərinin xəbərçisi ola bilər. xəbər verir ki, xüsusilə gecə və gündüz tutmalar şəklində gələn, şərbətlər və ya bitki üsulları il

.

Yaponların uzunömürlülük SİRRİ: Hər gün yeyirlər

Sağlam qidalanma və uzun ömür mövzusunda maraqlı faktlardan biri də Yaponiyadakı uzunömürlü insanların gündəlik qidalanma vərdişləridir. Onların menyusunda xüsusi yer tutan məhsullardan biri umeboşidir.  xəbər verir ki, umeboşi

.

Təmizləyici su filtrlərinin gizli fəsadları varmış

"Filtrdən axan təmiz su, əgər qurğuya düzgün qulluq edilmirsə, hər zaman təhlükəsiz olmur". -a istinadən xəbər verir ki, bu barədə -ya istinadən Rusiya Dövlət Dumasının səhiyyənin mühafizəsi komitəsinin sədr müavin

.

Qripə bənzəyən yeni virus YAYILIR: Qızdırma, öskürək

Human metapneumovirus (HMPV) adlı virusun yoluxma hallarının artdığı bildirilir. xəbər verir ki, simptomları qrip və ya soyuqdəyməyə çox bənzədiyi üçün çox vaxt başqa xəstəliklərlə qarışdırılır. 2001-ci ildə aşkarlanan b

.

Bayram günü ilə bağlı vacib XƏBƏRDARLIQ

Günəş partlamaları və koronal dəlikdən qaynaqlanan güclü G3 maqnit fırtınası Yerə yaxınlaşır. Geomaqnit aktivliyi yaxın günlərdə pik həddə çatacaq.  bildirir ki, Britaniya Geoloji Xidməti bu barədə xəbərdarlıq edib. Mütəxəssisləri

.

İdeal bədən quruluşuna 6 həftədə sahib olun

Sürətli pəhrizlər və həddindən artıq fiziki yüklənmə orqanizmi yorur və itirilmiş çəkinin qısa müddətdə geri qayıtmasına səbəb olur. Buna görə mütəxəssislər kəskin məhdudiyyətlər əvəzinə tədrici və balanslı yanaşmanı tövsiy

.

Son vaxtlar Azərbaycanda yayılan xəstəlik NƏDİR?

Son günlər əhali arasında geniş yayılan və müxtəlif əlamətlərlə müşahidə olunan xəstəlik narahatlıq doğurur. Bir çox insan uzun müddət davam edən qripəbənzər simptomlardan şikayət edir, bəzilərində isə xəstəlik fərqli formalard

turlar.az

sac duzumleri reseptler geyim və ayaqqabılar saç tökülməsi pul kisəsi asan veten haqda atalar sözləri kosmetika usaq geyimleri muellim seiri novruz bayramina aid hakista üzeyir hacıbəyli qaynanaya aid