Qoz, fındıq, badam hansı qorxulu xəstəlikdən qoruyur?

Qoz, fındıq, badam hansı qorxulu xəstəlikdən qoruyur?Araşdırmaya görə, orta yaşlardan etibarən quru meyvələr (qoz, fındıq, badam, püstə və s.) yemək demensiya (ağılın zəifləməsi, əvvəllər qazanılmış bilik və vərdişlərin, həyat keyfiyyətlərinin bu və ya digər dərəcədə itirilməsi) riskini azaldır.
Sinqapur Milli Universitetində aparılan araşdırmanın nəticələrinə görə, alimlər hesab edir ki, bu meyvələri qırx yaşdan etibarən nizamlı şəkildə qəbul edənlərdə demensiyanın inkişaf riski daha azdır.
Alimlər 1993-2016-cı illər arasında təqribən 17 min nəfəri izləyərək onların idrak funksiyalarını pəhriz və qidalanmalarına görə qiymətləndiriblər. Tədqiqatçılar həftədə iki dəfə və ya 40 yaşından başlayaraq daha çox quru meyvələr- qoz, fındıq, badam və s. yeyən insanların ayda bir dəfədən az yeyənlərə nisbətən 60 yaşdan sonra yaddaş problemi ilə 20 faiz daha az qarşılaşdqlarını qeyd ediblər.
Tədqiqat həftədə bir dəfə qoz-fındıq yeyənlərin belə, 60 yaşdan sonra beyin funksiyasının pozulma ehtimalının 19 faiz daha az olduğunu ortaya çıxarıb.
Bu, fındıq, qoz və badam kimi quru meyvələrin qocalıqda demensiya riskini azalda biləcəyini göstərən ilk tədqiqat işi deyil. Cənubi Avstraliya Universiteti tərəfindən 2019-cu ildə 55 yaşdan yuxarı 5000 nəfərlə bağlı aparılan bir araşdırmada, gündə yalnız 10 qram qoz-fındıq yeyənlərdə beyin funksiyalarının 60 faizə qədər inkişaf etdiyi və demensiya riskinin azaldığı məlum olub.
Demensiyanın ən çox görülən ilk simptomları yaddaş itkisi, konsentrasiya problemi, gündəlik iş qaydalarını yerinə yetirməkdə, danışmaqda və ya doğru sözü tapmaqda çətinlik, vaxt və məkanla bağlı qarışıqlıq, əhval-ruhiyyənin dəyişməsi hesab olunur. Bu simptomların ümumiyyətlə, zəif bir şəkildə başladığı və zaman keçdikcə daha da kəskinləşdiyi bildirilir.
Milli.Az /news.milli.az

Xəbərlər     Baxılıb: 1579   Tarix: 07 fevral 2021
f Paylaş

Oxşar xəbərlər

.

Qəhvəni bu saatda için

Kardioloq və terapevtlər qəhvə qəbulunda təkcə miqdarın deyil, içkinin hazırlanma üsulu və qəbul edildiyi saatın da vacib olduğunu bildiriblər. xəbər verir ki, mütəxəssislərin sözlərinə görə, kofein qəbulunu 15:00-16:00 radələrind

.

Xərçəngə səbəb ola bilən bakteriya bu imiş - Diqqətli olun

Xərçəng riskinə təsir edən amillərlə bağlı yeni araşdırma diqqətçəkən nəticə ortaya qoyub. xəbər verir ki, "The Lancet Oncology" jurnalında dərc edilən araşdırmaya görə, 2024-cü ildə dünyada diaqnoz qoyulan bütü

.

Bu qidalar beyin damarlarına zərər verə bilər

Çox emal olunmuş qidaların qəbulu orta yaşlı insanlarda beyin damarlarının zədələnməsinə səbəb ola bilər. . xəbər verir ki, Kanadada aparılan və "JAMA Network Open" jurnalında dərc olunan araşdırmada 35-69 yaş aras

.

Avtomobil sürənlər üçün vacib xəbərdarlıq

Uzun müddət avtomobil idarə etmək boyun sağlamlığına mənfi təsir göstərə bilər. xəbər verir ki, türkiyəli həkim Burak Orhan Boranın sözlərinə görə, xüsusilə tıxaclarda tez-tez dayanıb-hərəkət etmək, yanlış oturuş vəziyyət

.

Qəhvənin təsiri niyə insandan insana dəyişir?

Qəhvə içdikdən sonra gecə yuxuya gedə bilməyənlər olduğu kimi, yatmazdan əvvəl bir fincan qəhvə içsə belə rahat yatan insanlar da var. xəbər verir ki, mütəxəssislər bunun səbəblərindən birinin genetik xüsusiyyətlərlə bağl

.

Mixək çayının yaddaşa faydası

Mixəkdə olan "eugenol" adlı maddə antioksidant və iltihabəleyhinə xüsusiyyətləri ilə araşdırılır. -a istinadən xəbər verir ki, bəzi heyvan tədqiqatlarında mixək tərkibli maddələrin yaddaş göstəricilərinə və stressl

.

Ac qalanda ürəkbulanma və halsızlıq yaranırsa

Hipertireoz, Addison xəstəliyi, hipoqlikemiya və polikistik yumurtalıqlar sindromu kimi problemlər aclığa dözümlülüyü azaldaraq ürəkbulanma və halsızlıq yarada bilər. Birinci tip diabet zamanı isə uzun müddət qidadan imtin

.

Həkimlər ən zərərli qəhvə növünü açıqladılar - Ürək üçün təhlükəlidir

Qəhvə sağlamlıq üçün faydalı içki hesab edilsə də, onun hazırlanma üsulu və tərkibinə əlavə edilən maddələr ürək-damar sisteminə mənfi təsir göstərə bilər. Kardioloqlar xüsusilə şəkərli qəhvə içkilərinin təhlükələri barəd

.

Tənhalıq sağlamlığa ciddi zərər verə bilər

Düzgün qidalanma və müntəzəm idmanla məşğul olmaq sağlam həyat tərzinin əsas şərtləri hesab edilir. Lakin alimlərin araşdırmasına görə, insan sağlamlığına ciddi təsir göstərən daha bir mühüm amil var. Bu da sosial münasibətlə

turlar.az

qadın geyimi hamilelikde qidalanma gozel gorunmek pəhriz necə tez arıqlayım aksesuar 2026 yaz geyimleri kosmetika uzeyir hamilelik kökəlmək üçün novruz bayramına aid hakıştalar heyati