"Rafiqin itkisi qızıma çox çətindir" - diktorun xanımı onun ən son arzusunu açıqladı

"Rafiqin itkisi qızıma çox çətindir" - diktorun xanımı onun ən son arzusunu açıqladıMərhum diktor Rafiq Hüseynovun xanımı Səbinə Hüseynova həyat yoldaşının yoxluğundan əziyyət çəkdiyini deyib.

Xanim.az xəbər verir ki, Səbinə Hüseynova modern.az-a açıqlamasında hazırkı vəziyyətin onun üçün çətin olduğunu deyib:

"Rafiq Hüseynovun itkisi xüsusilə qızıma çətindir. Demək olar ki, hər gün onu xatırlayıram. Hamı deyir ki, zamanla insanın yaraları sağalır. Amma hələ ki vəziyyət eynidir".

S.Hüseynova çətin də olsa, diktorla olan son söhbətindən söz açıb:

"O, daha çox qızını görmək istəyirdi. Sonuncu söhbətimiz də bu haqda olmuşdu. Hələ Bakıda reanimasiyada olanda qızını gördü və çox sevindi. Çünki həkimlər yanına buraxmırdılar. Almaniyada qalanda artıq vəziyyəti bir qədər kəskinləşdi, qızdırması qalxdı. Ona görə də huşu özündə deyildi. Sadəcə gözləriylə baxa bilirdi. Məni görürdü, eşidirdi, amma bir şey deyə bilmirdi".

Müsahibimizin sözlərinə görə, Rafiq Hüseynovun hələ reallaşdırmaq istədiyi arzuları var idi:

"O, istəyirdi ki, zamanı tez tələsdirsin və tezliklə qızının məktəbi bitirməyini görsün. Çünki birinci sinfə də özü əlindən tutub aparmışdı. Həm də sevinə-sevinə... Buna görə də Leylini 11-ci sinifi bitirib akademiyaya daxil olmağını görmək istəyirdi. Yəni arzuları, planları var idi".

Səbinə Hüseynova "Rafiq Hüseynovun yoxluğunu ən çox nə zaman hiss edirsiniz" sualını isə bu cür cavablandırıb:

"Hər gün...".

Xəbərlər     Baxılıb: 1986   Tarix: 15 dekabr 2017
f Paylaş


Ustalar.az ustalar sayti

Oxşar xəbərlər

.

Yeməkdən sonra bunu etmək çox faydalıdır - 10 dəqiqə bəs edir

Yeməkdən sonra qısa müddətli gəzinti qan şəkərinin yüksəlməsini məhdudlaşdırmağa və sağlamlığa müsbət təsir göstərməyə kömək edə bilər. xəbər verir ki, mütəxəssislərin tövsiyəsinə görə, yeməkdən sonra ilk 15 dəqiqə ərzind

.

Zülalla ən zəngin çərəz

Diyetoloq Anita Mirçandani zülalla ən zəngin çərəzin adını açıqlayıb. -a istinadən xəbər verir ki, onun qidalanma üzrə tövsiyələri "Good Housekeeping" jurnalında dərc olunub. Diyetoloqun sözlərinə görə, araxis (yerfındığı

.

Avtomobil sürənlər üçün vacib xəbərdarlıq

Uzun müddət avtomobil idarə etmək boyun sağlamlığına mənfi təsir göstərə bilər. xəbər verir ki, türkiyəli həkim Burak Orhan Boranın sözlərinə görə, xüsusilə tıxaclarda tez-tez dayanıb-hərəkət etmək, yanlış oturuş vəziyyət

.

Diabet xəstələri banan yeyə bilər?

Yaşıl və həddindən artıq yetişmiş banan qanda qlükoza səviyyəsinə fərqli təsir göstərə bilər. xarici mediaya istinadən xəbər verir ki, bananlar çox vaxt şəkərli diabet zamanı rasiondan çıxarılmalı məhsullar sırasında göstərilir

.

Üzünüzdəki bu əlamətlər dəmir çatışmazlığından xəbər verir - (Foto)

Sosial şəbəkələrdə aşağı ferritin səviyyəsinin insanın xarici görünüşünə təsiri ilə bağlı paylaşımlar geniş yayılıb. İstifadəçilər solğun dəri, gözaltı tünd dairələr, saç tökülməsi və kövrək dırnaqları "ferritin üzü"

.

Bu yaşda ət yemək ömrü uzadır

Çəki çatışmazlığı olan yaşlı insanlarda ət istehlakı 100 yaşa qədər yaşamaq ehtimalını artıra bilər. Tədqiqatçılar müəyyən ediblər ki, bu yaş dövründə ətdən imtina etmək, xüsusilə qadınlar arasında daha qısa ömür sürməkl

.

Qan təzyiqini ölçərkən bu səhvləri etməyin

"Qan təzyiqinin ölçülməsi zamanı düzgün texnikaya əməl edilməməsi nəticələrin təhrif olunmasına gətirib çıxara bilər". -a istinadən xəbər verir ki, bunu RT-yə rusiyalı həkim-kardioloq Yekaterina Paukova deyib. "Nəticəy

.

Gec yatıb-duranlara mütəxəssislərdən xəbərdarlıq

Gec yatmağa və gec oyanmağa üstünlük verən insanlar tez-tez narahatlıq və depressiya simptomları ilə üzləşirlər və iş günündən sonra daha zəif bərpa olunurlar. -a istinadən xəbər verir ki, bununla bağlı tədqiqatın nəticələr

.

Kişilərə edilən bu masaj stressi 25 faiz azalda bilər: 10 dəqiqə bəs edir

Sevdiyiniz insanın etdiyi qısa müddətli masajın həm fiziki, həm də psixoloji rahatlığa müsbət təsir göstərə biləcəyi bildirilir. xəbər verir ki, masaj zamanı əzələlər boşalır, bədəndəki gərginlik azalır və insan özünü dah

turlar.az

geymler 2026 yaz geyimleri 2026 yemek reseptleri metbex elm aid atalar sozleri gozlerin bezenmesi alimlər kosmetika novruz bayramına aid bakışta cinsi elaqe layla turpun nağlı google