Razyana və onun faydaları

Razyana və onun faydalarıRazyana (latın dilində "foeniculum") çətirçiçəklilər fəsiləsindən ikiillik və çoxillik bitki cinsidir. Vətəni əsasən Aralıq dənizi ölkələridir. Ancaq Avropa və Asiyanın (həmçinin Amerikanın) əksər ölkələrində yetişir. Daha çox iki növü məlumdur (yeri gəlmişkən deyək ki, bəzi mənbələr razyana bitkisinin 2, bəzi mənbələr isə 10 növü olduğunu bildirir). Hündürlüyü 2 metrə çatır. Çiçəkləri sarı, yarpaqları yaşıldır. Uzunsov (daha çox yumurtaya bənzəyən) qoşa dənədən ibarət meyvələri olur. Meyvələri yetişdikdə xoşa gələn ətirli iy verir. Daha çox qayalıq və quraqlıq yerlərdə bitir. İyul - avqust aylarında çiçək, sentyabr - oktyabr aylarında isə meyvə verir. Meyvəsinin yetişməsinə az qalmış (əsasən sentyabr - oktyabr aylarında) dərilir, qurudulur və əlavə qarışıqlardan ayrılır. Razyananın meyvəsindəki əsas təsiredici maddə daha çox efir yağından ibarətdir. Efir yağına xoş dadı və xoş ətri verən isə tərkibindəki anetol maddəsindir. Anetol ətirli bir birləşmə olub, razyana meyvəsinin ən qiymətli tərkib hissəsidir.
Meyvəsinin tərkibindəki efir yağının miqdarı 4 - 6 %-dir (Buna görə də, bəzən razyananı efir yağı almaq üçün də becərirlər). Bundan başqa, razyana meyvəsinin tərkibində 18 %-ə qədər piyə bənzər yağ və 27 %-ə qədər zülal maddəsi var. Razyana yağını təşkil edən ətirli maddənin 40 - 60 %-i isə anetoldan ibarətdir. Anetoldan başqa razyana yağının tərkibində 10 - 12 % fenxon, alfa - pinen, alfa - fellandren, kamfen, metilxavikol, sineol, limonen, sitral və s. kimi ətirli maddələr də var. Razyana A, C və B qrupu vitaminləri, həmçinin kalium, maqnezium, kalsium mineralları ilə də zəngindir.

Ədviyyat razyana bitkisinin həm yarpaqlarından, həm də toxumlarından əldə edilir. Dərman məqsədilə razyananın meyvələrindən istifadə olunur. Razyanadan təbabətlə yanaşı ətriyyatda da geniş istifadə edilir. Razyananın istifadə edildiyi başqa bir sahə isə yeyinti sənayesidir. Tərkibindəki fitoestrogenlər analarda südün həm miqdarını, həm də yağlılığını artırır. Daha çox şüyüdə və zirvəyə bənzəyir.

Faydaları

- İştahanın artmasına;
- Həzmin asanlaşmasına;
- Öd kisəsi iltihabının aradan qaldırılmasına;
- Göz xəstəliklərinin müalicəsinə;
- Maddələr mübadiləsinin sürətlənməsinə;
- Temperaturun aşağı salınmasına;
- Tənəffüs yolları xəstəliklərinin müalicəsinə;
- Sancıların azalmasına;
- Qan azlığının aradan qaldırılmasına;
- Mədə - bağırsaq xəstəliklərinin müalicəsinə;
- Halitozun aradan qaldırılmasına;
- Görmə qabiliyyətinin artmasına;
- Yuxusuzluğun aradan qaldırılmasına;
- Ürək - damar xəstəliklərinin müalicəsinə;
- Dərinin "canlanmasına";
- Müsbət enerjinin artması və mənfi enerjinin azalmasına;
- Stresin aradan qaldırılmasına;

Bundan başqa, razyana sidikqovucu, qazqovucu, sakitləşdirici, ağrıkəsici, həmçinin antibakterial və antikanserogen təsiri ilə də məlumdur.

Sağlamlıq     Baxılıb: 11411   Tarix: 24 dekabr 2013
f Paylaş

Oxşar xəbərlər

.

Masaj müalicəvi faydaları

Masaj xidməti müalicəvi xüsusiyyəti tarix boyu tanınmışdır. Dünyada icra edilən masajların nəzərdən keçirilən zaman göstərir ki, bunların çoxu, təxminən 90%-i, sağlamlığın bərpası məqsədilə tibbi masaj xidməti kimi icra edilir

.

Balqabağın UNİKAL MÜALİCƏVİ XÜSUSİYYƏTLƏRİ

Balqabaq ən faydalı tərəvəzlərdən biridir. Azkalorili, dadlı, vitamin və minerallarla zəngin olan bu tərəvəzin sağlamlıq üçün xeyirli xüsusiyyətləri saymaqla bitməz.  sizi balqabağın faydaları ilə tanış edir. 1. Karotinlərl

.

3 təbii çarə ilə cinsi istəksizliyə - SON

Bu vasitələr potensiyanızda olan problemləri aradan qaldırmaqla yanaşı həm də orqanizminizə ümumi şəkildə müsbət təsir göstərəcək. Bal və qoz.  . Mütəxəssislər tərəfindən bu qarışığın "Viaqra"dan da güçlü olmas

.

Giləmeyvə çaylarının faydaları nələrdir?

Sağlamlığımız üçün bitki çayları qədər giləmeyvə çayları da çox faydalıdır. Sağlamolun.az orqanizmimizə faydalı olan bitki, çiçək və giləmeyvə çaylarını təqdim edir:. Şüyüd - Həzm çayıdır. Həzmi yaxşılaşdırır. Şişkinliy

.

DİQQƏT: Hansı meyvənin tumu botoks effekti verir?

Dəri və saç problemlərini aradan qaldırmaq üçün çoxlu müxtəlif kosmetik məhsullardan istifadə olunur. Ancaq ekspertlər avokadonun tumunun təbii faydalarının onlardan daha təsirli ola biləcəyini bildirirlər. xəbər verir ki

.

Səhərlər acqarına 3 ədəd qoz yeməyin inanılmaz faydaları

Qoz beyinə faydaları ilə məşhur olsa da, başqa faydaları da var. Qozda A, E və B vitaminləri, həmçinin dəmir, sink, mis və maqnezium kimi minerallar mövcuddur. Acqarına qoz yeməyin faydaları bunlardır:. Enerji verir: Qozd

.

Hansı halda seks insanı xoşbəxt edir?

ABŞ alimləri müntəzəm intim münasibətin xoşbəxtlik üçün vacib olduğunu sübut edib. "Medicina" xəbər verir ki, sorğuda 300 könüllünün intim həyatı və razılıq hissi araşdırılıb. Məlum olub ki, həyatlarında mütəmad

.

Partladılmış Qarğıdalının xeyri və zərəri haqqında

Partladılmış Qarğıdalının faydaları və zərərləri haqqında məlumat olduqca azdır.Maraqlı haldır ki, bağlama halında satılan bu qidalar üzərində olan reklam mətnləri isə insanı haradasa bu qidanın hava, su qədər vacibiyyətin

.

Qadınların intim gigiyenası. 4 VACİB QAYDA

Həkim-ginekoloqlar qadınlar tərəfindən intim gigiyenaya riayət edilməsini qadın reproduktiv sistemi xəstəliklərinin profilaktikasının vacib hissəsi hesab edirlər.  bildirir ki, intim gigiyena qaydalarını bilməmək və ya onlar

turlar.az

kosmetoloq reseptler qis geyimləri 2026 soz ehtiyati artirmaq vətənə aid bayatılar haqista hamiləlik və doğuş kosmetika oglaq englishdilində qulaq vətən haqqında atalar sözləri kökəlmək üçün 8 mart