Röyanın eks-qayınatasının HƏBSİNİN ŞOK Təfərrüatı: Milyonluq bağlar, evlər...

BiG.AZ xəbər verir ki, bugün həbs olunan sahibkar, müğənni Röyanın eks-qayınatası Çingiz Cəlilovun cinayət işi ilə əlaqədar son günlər baş vermiş əməliyyatların təfərrüatları məlum olub.

BiG.AZ-ın əldə etdiyi məlumata görə, hələ keçən ay Cəlilovun sahibi olduğu "Çudo peçka" dükanlar şəbəkəsinə daxil olan bütün iaşə obyektlə vergi borclarına görə möhürlənərək bağlanıb.

Bundan sonra Cəlilovun adına olan milyonlarla dəyəri olan bağ evləri və Bakıda yerləşən yaşayış evləri müsadirə olaraq əlindən alınıb.

Müsadirə olunan daşınmaz əmlaklar arasında iş adamının guya Röyaya bağışladığı Nabranda tikdirdiyi bir neçə milyon dəyəri olan bağ evi də əlindən alınıb.

Xatırladaq ki, keçirilmiş istintaq-əməliyyat tədbirləri ilə müəyyən edilib ki, Çudo Peçka və ÇP Aqro MMC-lərinin təsisçisi Cəlilov Çingiz Asim oğlu Bank Standard QSC Kommersiya Bankının İdarə Heyətinin sədri olmuş Kriman Səlim Eldaroviçlə qabaqcadan razılaşmaqla əlbir olaraq həmin dövrdə banka müxtəlif mənbələrdən, o cümlədən xarici və daxili investorlardan və depozitlərdən daxil olmuş külli miqdarda pul vəsaitləri hesabına 21 milyon 874 min manat məbləğində krediti bankın Müşahidə Şurasının razılığı olmadan dəyəri süni olaraq artıq qiymətləndirilmiş əmlakları girov qoymaqla özünün, yaxın qohumlarının və qohumluq münasibətində olduğu, eləcə də rəhbərlik etdiyi cəmiyyətlərdə işləyən ayrı-ayrı şəxslərin adlarına guya bağ evinin alınması, mənzil təmiri, torpaq alınması və bu kimi digər təyinatlarla rəsmiləşdirilməsinə nail olmuş, daha sonra qeyd olunan kredit müqavilələri əsasında banka guya külli miqdarda kredit borcu olduğu görüntüsünü yaradaraq bir neçə dəfə restrukturizasiya (kreditin və ya onun ödənilməsi şərtlərinin dəyişdirilməsi) etdirməklə mənimsədiyi 13 milyon 962 min manat pul vəsaitini Səlim Krimanla öz aralarında bölüb.

Ç.Cəlilovun qeyd edilən kredit məbləğlərini bankın vəzifəli şəxsləri ilə əlbir olaraq öz qulluq mövqeyindən istifadə etməklə təyinatından yayındırmaqla şəxsi ehtiyaclarına xərcləməsinə şübhələr üçün əsaslar yarandığından ona Cinayət Məcəlləsinin 179.3.2 (külli miqdarda mənimsəmə və ya israf etmə, yəni təqsirkara etibar edilmiş özgə əmlakını talama) və 308.2-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə ağır nəticələrə səbəb olduqda) maddələri ilə ittiham elan olunmaqla barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.
Röyanın eks-qayınatasının HƏBSİNİN ŞOK Təfərrüatı: Milyonluq bağlar, evlər...Röyanın eks-qayınatasının HƏBSİNİN ŞOK Təfərrüatı: Milyonluq bağlar, evlər...Röyanın eks-qayınatasının HƏBSİNİN ŞOK Təfərrüatı: Milyonluq bağlar, evlər...Röyanın eks-qayınatasının HƏBSİNİN ŞOK Təfərrüatı: Milyonluq bağlar, evlər...Röyanın eks-qayınatasının HƏBSİNİN ŞOK Təfərrüatı: Milyonluq bağlar, evlər...Röyanın eks-qayınatasının HƏBSİNİN ŞOK Təfərrüatı: Milyonluq bağlar, evlər...Röyanın eks-qayınatasının HƏBSİNİN ŞOK Təfərrüatı: Milyonluq bağlar, evlər...

Xəbərlər     Baxılıb: 1924   Tarix: 26 iyul 2017
f Paylaş


Kurslar.az kurslar

Oxşar xəbərlər

.

DİQQƏT ! Yuxuda pişik görmüsüzsə ..Ağır xəstəlik gözləyir

Yuxusunda pişik görən adamın, qadın və kişi cinsiyyətinə malik olmasına görə yuxunun təbirləri dəyişir. Əgər bu yuxunu görən adam bir kişisə, bu kişinin normal həyatında diqqətsiz bir şəxsiyyətə sahib olduğu, ətrafındak

.

Yayda buzlu su içmək həmişə faydalıdırmı?

İsti havalarda buz kimi soyuq su içmək insanı dərhal rahatlaşdırsa da, mütəxəssislər bunun hər zaman ən yaxşı seçim olmadığını bildirirlər. xəbər verir ki, çox soyuq su susuzluq hissini tez azaldır və insanın kifayət qədə

.

Xərçəng əlaməti ola biləcək 3 simptom - Tez-tez nəzərdən qaçırılır

Dünya miqyasında xərçəng hallarının sayının artması bir daha erkən diaqnozun və bədənin incə xəbərdarlıq əlamətlərinin düzgün şərh edilməsinin vacibliyini vurğulayır. Məşhur inancın əksinə olaraq, xərçəng növləri həmişə ağı

.

Çətin yuxuya gedənlərdə insult riski çox artır - Diqqət

Yuxu problemləri insult riskini 16% artırır. xəbər verir ki, nevroloq Aleksandra Alekhina beş və ya daha çox yuxu pozğunluğu simptomundan əziyyət çəkən insanlarda insult riskinin ikiqat artdığını deyib. İnsult ciddi və həyat

.

10 dəqiqə içində yuxuya gedirsinizsə, sağlamsınız

Yuxuya getmə müddəti insanın sağlamlığı haqqında vacib məlumat verə bilər. Mütəxəssislərin fikrincə, ideal vaxt 10-20 dəqiqədir. xəbər verir ki, davranış yönümlü yuxu təbabəti üzrə mütəxəssis Mişel Drerupun sözlərinə görə

.

Bu bitki yağı bədəndə iltihabı azaldır

İltihabı azalda və ürək və bağırsaq sağlamlığını yaxşılaşdıra bilən yağlar az da olsa var. xəbər verir ki, kətan yağı ənənəvi olaraq işlədici və yara sağalması üçün istifadə edilən üyüdülmüş və preslənmiş kətan toxumlarında

.

İsti havalarda nə yeməli, nə içməli?

Yüksək temperatur və rütubət orqanizmdə maye və mineral itkisini artırır. xəbər verir ki, güclü tərləmə nəticəsində yaranan su və mineral çatışmazlığı huşun itirilməsinə, başgicəllənmə və ürəkbulanma kimi hallara səbəb ol

.

Kişi beyni 32 yaşına qədər inkişaf edə bilər – Yeni araşdırma

"Nature Communications" jurnalında dərc olunan yeni araşdırma kişilərdə qərarvermə, impulsların idarə olunması və risk qiymətləndirilməsinə cavabdeh olan beyin nahiyələrinin orta hesabla 32 yaşına qədər inkişa

.

İsti hava 4 xəstəliyi ağırlaşdıra bilər

Bir sıra ölkələri əhatə edən güclü isti hava dalğası insanların səhhətinin qəfil pisləşməsinə və bəzi xəstəliklərin ağırlaşmasına səbəb ola bilər. Yüksək temperatur yalnız susuzlaşma və günvurma riski yaratmır.  xarici mediay

turlar.az

həkim məsləhəti yay geyimləri 2026 yaz geyimleri 2026 münasibətlər zaur ve gunay şeirlər geyim şəkilləri kosmetika faydalı maskalar novruza aid hakisdalar sevgi hədəfi olmayan gəmiyə heç bir külək kömək edə bilməz bayraq