Saçın tökülməsinin qarşısını almağın bir yolu var!

Saçın tökülməsinin qarşısını almağın bir yolu var!Dünyanın ən sağlam saça malik qadınları hindlilərdir. Çünki gur və tünd saçların qadınlığın tacı olduğuna inanan hind qadınları müntəzəm olaraq saçlarının yağlarla masaj edirlər və təbii tərkibli şampunlardan istifadə edirlər. Hindli qadınlar saçlarını yuduqdan sonra mütləq masaj edirlər. Masajın iki mühüm funksiyası var: Hüceyrə və toxumanın qidalanmasını təmin etmək, bədəni toksinlərdən təmizləmək. Baş bölgəsinə edilən masaj qan dövranını sürətləndirir və bu sayədə qidalandırıcı maddələr saç köklərinə daha yaxşı nüfuz edir.

Amma danılmaz bir faktdır ki, müasir dövrdə qadınların saçları daha çox tökülür. Çünki şəhər həyatı, stress və havanın həddindən ziyadə çirklənməsi qadınların saçının tökülməsini sürətləndirib. Sağlam və gur saçlara qoruşmağın yollarını bölüşürük.

Müasir dövrün qadınları bir çox işi eyni anda görmək məcburiyyətindədirlər. Ən yaxşı ana, ən yaxşı həyat yoldaşı, ən yaxşı iş qadını... Məhz bu qaçaqaç, stress əvvəlki illərlə müqayisədə qadın və kişilərdə saç tökülməsinin artmasına yol açıb. Stressin təkan verdiyi saç tökülməsini nəzarət altına almaq daha çətindir və çox vaxt da tibbi müdaxilə tələb edir.

Harvardlı saç mütəxəssisi Teo Kim Teik havanın çirkləndirilməsi ilə əlaqədar qadınların hər gün saçlarını yumasını təklif edib. O, hər gün saçları yumağın saçları zəiflətdiyi kimi fikirlərin yanlış olduğunu bildirib:

"Havanın çox çirkli olduğu şəhərlərdə yaşayanların hər gün saçlarını yuması lazımdır. Havanın çirklənməsi məsamələri bağlayır. Saçın hər gün yuyulmasının heç bir zərəri yoxdur. Hətta əgər hava çirklənməsi yüksək səviyyədədirsə, hər gün saçlarınızı yuyun. Çünki ekoloji vəziyyət saç məsamələrinin nəfəs almasını çətinləşdirir. Nəfəs almayan dəliklər saç tökülməsi, qaşıntı, qızartı, kəpək kimi saç problemlərinə zəmin hazırlayır".

Saç baxımında doğruları və tez-tez edilən səhvləri izah edən məşhur mütəxəssisə görə, gözəl saçların formulu belədir: Günəş, masaj və taxta daraqr. Amerikalı mütəxəssisin saçla bağlı inancları darmadağın edəcək fikirlərini təqdim edirik:

* Saçları tökən səbəblər şampun və ya saç kremi deyil! Çünki şampunun komponentləri dəri altına düşməz. Bu mənada şampun dəridə yalnız təmizləyici təsirə malikdir. Yuma və darama zamanı əlimizə gələn saçlar ən az 3 ay əvvəl böyüməsi dayanmış və qida mənbəyindən ayrılmış olan saçlardır.

* Saçları qırxdırmaq saçları çoxaldır, gurlaşdırır. Saçla bağlı ən səhv inanclardan biri də onları qırxdırmaqdır. Guya bu üsul saçları möhkəmləndirir. Bu, tamamilə yanlışdır. Saçları qırxdırmağın heç bir faydası yoxdur.

* Boya, jele, şampun, saç kremi saç tökülməsinə təkan verə bilməz! Saçın xarici hissəsi ölüdür. Saç xarici hissəsinə görülən bütün işlər adı üstündə saçın xaricdədir. Boya kimi proseslər saçın köhnəlməsinə, tez-tez təkrarlanarsa, qırılmasına səbəb ola bilər, ancaq tökülməsinə təsiri yoxdur. Jele istifadə edən insanların bəzən gün sonunda saçlarını yaxalaması tələb olunur. Ancaq jele, köpük, vosk kimi forma verən məhsullar saç dərisinin altına keçmədiyi üçün saç itkisinə səbəb olmaz.

Saçlarınızın gur, sağlam olmasını arzulayırsınızsa, balanslı qidalanın.

Menyunuzdan zülal tərkibli qidalar - qırmızı ət, balıq, yumurta, pendir, qatıq əksik olmasın.

Saç dərinizi təmiz saxlayın.

Saç dərinizə kəpək, qaşıntı varsa, dərhal daha peşəkar şampunlar istifadə edin.

Saçın inkişafını sürətləndirmək üçün saç dərisi üçün losyonlar alın.

Stressdən uzaq olmağa çalışın. Yoqa, açıq havada gəzinti sizə kömək edə bilər.

D vitamininin saç və saç dərisi sağlığında çox əhəmiyyəti var. Odur ki, günəşli, gözəl günlərdə evdə qalmayın, gəzintiyə çıxın.

Hər yuma sonrası rütubəti həbs etməsi, daha asan daranması üçün mütləq saç kremi istifadə edin.

Həftədə 1-2 dəfə intensiv saçlara qulluq maskası çəkin.

Yumadan sonra saçlara yuyulmayan, saçları bəsləyən kremlər çəkin.

Plastik yerinə taxta daraq istifadə etməyə diqqət yetirin.

Gözəllik və Moda     Baxılıb: 4289   Tarix: 04 oktyabr 2014
f Paylaş

Oxşar xəbərlər

.

40 yaşından sonra necə düzgün makiyaj etmək olar?

Zamanla dərimiz dəyişir, parlaqlığını itirir və göz ətrafında incə qırışlar görünməyə başlayır. Mütəxəssislər 40 yaşdan yuxarı qadınların təravətli və gənc görünüşünü necə qoruya biləcəyinin sirlərini bölüşüblər. Parıltısı

.

Gözəllik və moda: Qış mövsümünə uyğun gözəllik məsləhətləri

Qış mövsümü, soyuq hava və quru iqlim şəraiti ilə yanaşı, bədənin və dərinin xüsusi baxıma ehtiyacı olduğu bir dövrdür. Bu mövsümdə qadınlar üçün gözəllik rutinini doğru qurmaq, həm fiziki baxım, həm də sağlamlıq baxımında

.

Moda dünyasının qadın gözəlliyinə təsiri

Moda dünyası, yalnız geyimlərin və aksesuarların dəyişməsi ilə məhdudlaşmır; o, həmçinin qadın gözəlliyi və cəmiyyətin gözəllik standartlarına olan baxışını dərin şəkildə təsir edir. Bu məqalə, moda dünyasının qadın gözəlliyin

.

Qadınlar və ideal gözəllik standartları

İdeal gözəllik standartları zamanla dəyişsə də, hər dövrdə qadınların gözəlliklərinə dair müəyyən gözləntilər mövcud olub. Bu gözləntilər, cəmiyyətin və mədəniyyətin tələbləri, media təsiri və sosial strukturların yaratdığ

.

Təbii üsullarla dodaqları daha dolğun və baxımlı göstərmək mümkündürmü?

Dolğun və hamar dodaqlar uzun illərdir gözəllik anlayışının əsas elementlərindən biri hesab olunur. Xüsusilə son illərdə daha həcmli dodaq görünüşünə marağın artması bir çox insanı inyeksiya və kosmetoloji prosedurlarda

.

Bu yağdan istifadə etməklə saç və kirpiklərinizi uzada bilərsiniz

Əgər sizin saçlarınız zəif görünür, tökülür və parlaqlığını itiribsə o zaman aşğıdakıları diqqətlə oxuyun. Siz saçlarınızın itirilmiş sağlamlığını bərpa etmək üçün bahalı kosmetik vasitələrdən və kimyəvi dərmanlardan ço

.

Makiyajda sizi 10 il qocalda biləcək SƏHVLƏR

Vizajist hər hansı bir üzü qocalda biləcək üç tipik makiyaj səhvini açıqlayıb. Makiyajda hansı səhvlərdən yaınmaq lazımdır. " saytının xarici mediaya istinadla xəbərinə görə, 4 milyondan çox "YouTube" izləyicis

.

Saçınız nazikdirsə, heç vaxt belə kəsdirməyin

Hansı saç düzümləri incə saçları daha az həcmli göstərir: niyə stilistlər gündəlik görünüşlərdə bu formalardan çəkinməyi məsləhət görürlər. Beləliklə, bu modelləri təqdim edirik:. İncə saçlar üçün hansı saç kəsimləri uyğu

.

Təbii gözəllik və onun qadın həyatına təsiri

Müasir dövrün inkişafı ilə birlikdə gözəllik anlayışları da sürətlə dəyişir. Texnologiyanın və media vasitələrinin təsiri altında, gözəllik standartları da daha çox süni tələblərə əsaslanmağa başlayıb. Lakin, son zamanla

turlar.az

maskalar geyim necə seçməli sac duzumleri bürclər və illər romantik pozalar gavali haqqinda müxtəlif kosmetika hekaye janri rus dili 8 mart klitor novruz hakısdası