Saçlara olduqca xeyirli olan at şampunu

Saçlara olduqca xeyirli olan at şampunuYəqin ki, hər biriniz şampun seçərkən yanılmısız.Düzgün seçilməyən şampunun saçlarınız üçün nə qədər ziyanlı olduğunu bilirsiz.Bu problemlə qarşılaşmamaq üçün sizlər üçün olduqca faydalı bir xəbər hazırlamışıq.Buyurub faydalana bilərsiz.

Bu şampun həm də rəngli saçlar üçün yaxşıdır ki, saçları gücləndirdiyinə görə saç tökülməsinə və qırılmasına imkan vermir.

At üçün şampunun müsbət cəhətləri:
– Saçlar sağlam görünüş qazanır.
– Ən əsası tərkibi təbii komponentlərdən ibarət olduğu üçün dəridə allergiyaya səbəb olmur.
– Saçları uzun müddət təmiz saxlayır. Əgər əvvəl saçlarınızı hər gün yuyurdunuzsa, bu şampunu istifadə etdikdə buna ehtiyac qalmır.
– Saçların uzanmasını sürətləndirir.
– Saçlar gur və həcmli olur.
– Saçlar əvvəlkindən daha "sözəbaxan" olur.
– Saçlarınızı kəpəkdən xilas edir.
– Saçlarınızın ucu iki hissəyə bölünmür, yəni haçalanmır.
– Saçları daha parlaq edir.

Bəs bu şampunları necə seçmək olar?
Əvvəlcə saçınızın strukturunu və problemlərini bilməlisiniz. Əgər saçlarınız kəpəkli və ya yağlıdırsa, saç itkisi varsa, arı yapışqanı, qətran qatışığı olan şampun seçin. Yox əgər saçlarınız qırılırsa, lanol və kollagen tərkiblisini seçin. Allergiyaya meyllisinizsə, qətran və keratin tərkibli at şampunu seçin.
Saçlarınızın uzanması üçün istifadə edəcəyiniz at şampununu düzgün istifadə etməlisiniz:
Bu ancaq yağlı və normal saçlar üçündür, quru saçlara məsləhət görülmür.
Daxildə heç bir ciddi xəstəliyiniz və dəridə probleminiz olmamalıdır.
Saçı yuduğunuz zaman mümkün qədər az miqdarda istifadə etməlisiniz.
Hər dəfə bu şampunla saçınızı yuduqdan sonra, keyfiyyətli balzam istifadə edin.
Yaxşı olardı ki, bununla birgə həftədə bir dəfə təbii komponent tərkibli, bərpaedici saç maskası istifadə edəsiniz.
Adət etmədiyiniz hava şəraitində, yəni yayda çox isti olduqda, xaricdə və cənubda olduqda bu şampunu işlətməyin.
Saçınızın vəziyyətinə fikir verin. Saçınızda narahatlıq, qaşınma, yanma hiss etdiyiniz an, bu şampundan istifadəni dayandırın və əvvəl istifadə etdiyiniz adi, saçınıza uyğun şampun işlədin.

Bəs at üçün şampunların çatışmayan cəhətləri varmı?
Bəzi xanımlar at üçün şampunu istifadə etdikdən sonra saç diblərinin qaşındığını, saç dərisinin yapışqan kimi olduğunu qeyd ediblər. Ancaq onlar şampundan istifadəni dayandırmayıblar, bir neçə həftədən sonra bu əlamətlər yox olub. İstifadə edənlərin fikrincə, bu şampunlar istifadədən iki həftə sonra öz təsirini göstərir. Saç dibinin qaşınması isə şampunun təsiri ilə yeni tüklərin çıxması ilə izah olunur.

Bəzi xanımlar söyləyirlər ki, istifadədən sonra saçlarında heç bir dəyişiklik hiss etməyiblər. Bu isə o deməkdir ki, onların saçları onsuz da sağlam və gözəldir. Bəzilərinin dediyinə görə isə at şampunun daimi istifadəsi tədricən saçda proteinin parçalanmasına səbəb olur.
Bu şampunlar qışda, saçlar zəiflədiyi zaman istifadə edildikdə daha faydalı olur. At üçün şampunun tərkibi də adi isdifadə etdiyimiz şampunun tərkibi ilə eynidir. Tərkibinə natrium sulfat, qliserin oleat, qlikol destearat, və s daxildir. Ancaq bu maddələr at şampunlarında miqdarca daha çoxdur və onları təşkil edən faydalı maddələr də daha yüksəkdir.

Ardıcıl olaraq at şampunu işlətməyin. Bir flakon şampun istifadəsindən sonra 2-3 ay fasilə edin, sonra yenisini almağa qərar verin. Yaxşısı budur ki, saçınıza təsirinə fikir verəsiniz.

Gözəllik və Moda     Baxılıb: 17407   Tarix: 23 dekabr 2014
f Paylaş


xidmetler

Oxşar xəbərlər

.

Qadınların gözəllik uğrunda fədakarlıqları: azadlıq, yoxsa təzyiq?

Qədim zamanlardan bu günədək qadın gözəlliyi müxtəlif dövrlərdə fərqli anlayışlarla qiymətləndirilib. Zaman keçdikcə dəyişən gözəllik standartları qadınların öz bədənlərinə, zahiri görünüşlərinə və şəxsi seçimlərinə münasibətin

.

Keçəlləşən kişilər üçün çarə - QƏHVƏ MASKALARI

Yena Universitetinin (Almaniya) alimləri bir sıra eksperimentlər zamanı aşkar ediblər ki, qəhvənin tərkibində olan kofein saç follikullarına təsir edərək saçların tökülməsini 37% dayandırır və yeni saçların əmələ gəlməs

.

50 yaşdan yuxarı qadınlara əlavə yaş qatır: bu 3 saç düzümünü etməyin

Saç düzümü insanı həm cavan göstərə, həm də əksinə – yaşlı göstərə bilər. Stilistlərin fikrincə, düzgün seçilməmiş saç modeli qadının xarici görünüşünə mənfi təsir edə bilər. Buna görə də saç kəsimi seçərkən diqqətli olma

.

Üzünüzün daha gənc görünməsi üçün dodaq boyası necə seçilməlidir?

Makiyaj, xüsusilə də dodaq boyası, üz cizgilərini vurğulamaqla yanaşı, vizual olaraq yaşı daha cavan göstərə bilər. Ekspertlərə görə, düzgün seçilmiş çalarlar dodaqlara təravət, dolğunluq və gənclik effekti qatır. Yaş artdıqc

.

Qədim dövrlərdən bu günə kimi gələn GÖZƏLLİK SİRLƏRİ

Qadınların üz dərilərinə qulluq etməsi təkcə müasir dövrdə yox, ta qədim zamanlarda da olub. Həmin vaxtlar da xanımlar müxtəliv bitkilər və digər təbii vasitələrlə dərilərinə qulluq ediblər. Belə ki, gül suyu ən çox üstünlü

.

Hər qadının bilməli olduğu 3 saç düzümü

Bəzən yaz havası xoşagəlməz sürprizlər edə bilər, məsələn, qəfil başlayan yağış. Belə havalarda bir çox qadın saçlarının formasını qoruyacaq və dağılmayacaq düzgün saç düzümünün hansılar olduğunu bilmir. Beləliklə, "Instagram"

.

Gözəllik və moda: Qış mövsümünə uyğun gözəllik məsləhətləri

Qış mövsümü, soyuq hava və quru iqlim şəraiti ilə yanaşı, bədənin və dərinin xüsusi baxıma ehtiyacı olduğu bir dövrdür. Bu mövsümdə qadınlar üçün gözəllik rutinini doğru qurmaq, həm fiziki baxım, həm də sağlamlıq baxımında

.

Anatomiya ilə tərs mütənasib GÖZƏLLİK…

İnsan anatomiyası onun zahiri görünüşünü, orqanizmin quruluşunu, formasını və onu təşkil edən toxumaların, orqanların bir-biri ilə və eyni zamanda xarici mühitlə orqanizmin qarşılıqlı əlaqəsini öyrənir. Anatomiya morfoloj

.

Təbii üsullarla dodaqları daha dolğun və baxımlı göstərmək mümkündürmü?

Dolğun və hamar dodaqlar uzun illərdir gözəllik anlayışının əsas elementlərindən biri hesab olunur. Xüsusilə son illərdə daha həcmli dodaq görünüşünə marağın artması bir çox insanı inyeksiya və kosmetoloji prosedurlarda

turlar.az

kosmetika mehsullari qaşların formalari qadin dunyasi fransiz qadinlari elme aid atalar sozleri yay donları 2026 maraqli sitatlar kosmetika sanama novruz bayramı vətən haqqında atalar sözləri vətənə aid atalar sözləri arxadan olmag