Sağlam ailə
Sağlam ailə münasibətlərinin təməlləri haqqındakı bu məqalədə ailəni meydana gətirən tərəflər olaraq qadın-kişi reallığına diqqət çəkdikdən sonra, evlənilməyə hazır ideal qadın və kişinin əsas xüsusiyyətlərini Qurani perspektivdən araşdırmağa çalışdıq. "Ailəni ayaqda tutan amillər" bölümündə ər-arvad münasibətlərində əsas olan ailə üzvlərinin bir-birinə güvənməsi olduğuna diqqət çəkdik. Ailənin təməlinin nigah olduğunu ifadə edərək bu məzmunda İslamiyyətin insan təbiətinə nə qədər uyğun olduğunu xatırlatdıq. Ailə hüzurunu təmin edən üç əsas faktora yer verdikdən sonra, ailədə hüzur və sakitliyə mənfi təsir edən digər üç faktordan bəhs etdik. Bu arada da valideyin və övlad münasibətləri haqqında da fikrimizi bildirdik.
Məqaləyə keçməzdən öncə mövzunun Qurani Kərimdə zəkər-ünsa, zövc, sālihat, nigah, təğaşşi, ifżā, sükunət, məvəddət, rəhmət, nüşuz, sülh, talaq, ila, qavvam, infaq, valideyn, övlad, əba' - əbna', zuriyyət, əhl, âl, ‘āil, tərbiyə, haqq, vəzifə və s. kəlmələrin izahı ilə daha aydın araşdırmağın mümkün olduğunu söyləmək istəyirik.
I. Ailənin fərdləri
1.1. Qadın - kişi reallığı
Quran, hər şey kimi insanoğlunun da cüt yaradıldığından danışır. Bu da Allahın bir ayəsi, eləcə də mütləq qüdrətinin sübutu və dəlilidir. Qadın və kişi deyə iki fərqli reallıq olduğuna görə, ‘Dəblə ayaqlaşıram!' deyərək qadın-kişi eyniliyindən söz edə bilmərik. Çünki əsas olan bəşəri xüsusiyyətləri bir tərəfə qoysaq görərik ki, onların birində olan bəzi xüsusiyyətlər digərində yoxdur; kişinin qadından, qadının kişidən bəzi üstün tərəfləri vardır. Kişi və qadın, fərqli yaradılışları ilə insan həqiqətini tamamlayırlar. İlahi iradə "insan"ın bu ‘iki' cütün "bir"ləşməsi ilə meydana gəlməsi istiqamətində təcəlli etmişdir.
Kişi kişiliyini, qadın da qadınlığını bildiyi zaman; yəni, heç kim o birinin əlindəkinə göz dikmədiyi, hər kəs öz rolunu oynadığı zaman həyat daha xoşbəxt, zövcələr daha hüzurlu olacaqlar. Bununla birlikdə, "qol gücü" kişidə olduğundan, fədakarlıq da ona düşür. Təəssüf ki, əksər hallarda kişilər bu fədakarlığı göstərə bilmədiklərinə görə şərtlər hər zaman qadının əleyhinə olur; qadın tarix boyunca bioloji fərqliliyi, gücsüzlüyü, heyz halı və s. səbəblərə görə xor görülmüş, əzilmişdir. Dini, siyasi, iqtisadi; yəni bütün "güc"ü əlində tutan kişilər; lətafəti, cazibə və gözəlliyinə görə qadın üzərində lazım olduğundan çox dayanmış, bəzən onu özündən qorumaq, bəzən isə özünü onun "fitnə"sindən qorumaq məqsədi ilə cəmiyyətdən kənarlaşdırmışdır.
1.2. İdeal qadın - ideal kişi
"Evlənilməyə hazır (sāleh) bir yoldaş kimdir?" sualı, əsas xüsusiyyətləri çərçivəsində araşdırılmalıdır. Allahın sevdiyi, razı olduğu, Cənnətinə qoyacağını vəd etdiyi möminlər eyni zamanda yaxşı bir zövcədirlər... Lakin Quranda sualımıza daha özəl cavablar da tapa bilərik: Nisa Surəsinin 34- cü ayəsində bu xüsusiyyətlərin ikisindən danışılır: Birincisi evlənilməyə əlverişli olan qadın; namuslu və itaətkar qadındır. İkinci isə; Qurandakı Cənnət misallarının ayrılmaz parçası olan hurilərin təsvir edildiyi xüsusiyyətlər də ideal qadın portreti çərçivəsində düşünülməlidir. Haqqında danışdığımız ayələrə görə, huri; bir qadında olması lazım olan maddi - mənəvi bütün gözəlliklərə sahib olan qızlardır; əlinə kişi əli dəyməmiş, - sadəcə, - öz yoldaşına baxan, sevgi dolu, namuslu, bakirə, son dərəcə gözəl, yaşıd yoldaşlar… Son olaraq; Hz. Peyğəmbəri təsəlli etmək mahiyyətində, yoldaşları Aişə və Hafsaya xitab edilərək; "Əgər o sizi boşasa, Rəbbi ona sizin ikinizin yerinə qeyri şərtsiz təslimiyyət göstərən, inanıb güvənən, könüldən bağlı, tövbəkar, ibadətə çox meyilli [istər cihad, istərsə də hicrət üçün], səfərə çıxan dul və bakirə zövcələr verə bilər." (Tahrim 66/5) buyurulmuşdur. Ona görə ideal bir qadının əsas altı özəlliyi var; Allaha təslimiyyət, iman, itaət, tövbə, ibadət və məşəqqətlərə sinə gərməyi bacarmaq [bu qənaətkarlığı da ehtiva edir].
Təbii ki, Quranın üslubu anlaşılarsa yuxarıda saydıqlarımızın eyni zamanda kişinin özəllikləri olduğu həqiqəti də aydın olar. Bir qadın üçün ideal ər; Allaha könüldən bağlı olub, Ona təslim olan, ibadət edən, günahında israr etməyən (tövbəkar), namuslu bir mömindir. Çünki Allah Qurani Kərimdə cənnətlik möminlərin keyfiyyətlərini sayarkən (Muminun, 1-11) bu söylədiklərimizi vurğulamışdır.
Bu keyfiyyətləri daşıyan qadın və kişi tərəfindən qurulan bir ailədə şübhəsiz ki, eyni keyfiyyətlərə sahib insanlar yetişəcək. Gələcək həyat yoldaşını sadəcə malına-mülkünə, gücünə-qüvvətinə, nüfuzuna, gözəllik və yaraşığına görə seçən bir qadın ya da kişi çox keçmədən həyatını özünə zindan etdiyini anlayacaq. Çünki Dünyanın nə zəngini bitər, nə də gözəli...
2. Ailənin təməli
Ailəni quran qadın və kişidirsə onları bir yerdə tutan nigahdır. Yəni evli cütlərin bir-birilərini "mən"imsəməsi; sağlam bir şəkildə "söz"ləşməsi və bunu üçüncü şəxslərə duyurub qanuniləşdirməsidir.
Bildiyimiz kimi Xristianlar, - bir az da Hz. İsaya baxaraq, - insan təbiətinə tamamən zidd rahiblik deyə bir şey çıxarmış, sonra da onun haqqını verə bilməmişdilər. Verə bilməkləri də mümkün deyildir. Fitrət dini olan İslamiyyət isə möminlərə nigahı məsləhət bilməklə kifayətlənmədi, bunu Allahın bir ayəsi olaraq xarakterizə edib müqəddəsləşdirdi. Çünki qadın ilə kişi insan "tək"ini iki cütdür; insan nəsli bu"cift"ləşmə ilə davam edəcəkdir.
Nigah sayəsində cütlər üç mənəvi rabitə ilə bir-birinə bağlanmış olur; belə ki, bir-birinə ər və arvad qədər "yaxın" olan başqa iki insan təsəvvür etmək mümkün deyil. (Maraqlıdır ki, bu bağlar qopduğunda da ər-arvad qədər bir-birinə yad/yabançı, düşmən olan iki insan yoxdur!!!) Sadəcə nigah, qadınla kişini bir-birinə bağlamaz. Nə qədər yaxın olsalar da bu uzun müddətli olmaya bilər; Allah qatında ən sevilməyən halal boşanmaqdır.
Təbii ki, boşanmaq kəlməsini davamlı olaraq dilə gətirməmək, bu işi uşaq oyuncağı halına gətirməmək şərti ilə... Ailə qrumu kişinin ağzından "elə-belə" çıxan "söz"lərlə yıxılacaq qədər bəsit bir qruluş olmadığına görə, bu mənəvi rabitələrin yalnız iki şahid hüzurunda gerçəkləşən şüurlu bir boşanmaqla bitdiyi (Talaq, 2) düşünülməlidir.
3. Ailəni qoruyan
3.1. Güvən (ər-arvadın hər bir şeydə bir-birinə güvənməsi)
İsəyir iman, istəyisə Quranın məqsədi baxımından güvənin əhəmiyyəti aydındır. Güvən bütün ikili əlaqələrdə olduğundan daha çox ər-arvad münasibətlərində əhəmiyyət kəsb edir. Ər-arvadın bir-birinə güvənmədiyi ya da güvənlərinin azaldığı ailə gec-tez zindana çevrilir. Bugüvənsizliyin mütləq aradan qaldırılması lazımdır. Bu mövzuda əsl iş də kişiyə düşməkdədir; nə olursa olsun yuvasını qurtarmalıdır.
Qurani Kərimdə sözü güdən ayə (واللاتي تخافون نُشُوزَهن... ; Nisa 4/34) Quranın mütəşabih (çətin anlaşılan) ayələrindən biridir "Nüşuz"undan şübhələnilən bir qadın; döyüləcəkmi və ya ona daha gözəl örnəklərmi göstəriləcək, yoxsa evdənmi çıxarılacaq? Bu, hərəkətə görə dəyişir. Sözü gedən cəzanın qadının hansı hərəkəti qarşılığında verildiyi təsbit və təyin edilmədiyi üçün, "Hansı çağda yaşayırıq canım!"çılar, "Quran"ın cəzasının çox böyük olduğunu başırıb-çağırılar.
Halbuki baxın, "Nüşuz nədir ki buna qarşı ən son çarə olaraq döymək kimi belə ağır cəza nəzərdə tutulmuşdur?" sualına cavab axtararkən, Allahdan, eyni surənin bir başqa ayətində bu dəfə də kişinin ‘nüşuz"undan bəhs edildiyini görürük: (Nisa 4/128). Ragıb İsfahaninin ifadə etdiyi kimi, nüşuz; qadının, yoldaşından nifrət edərək gözünü başqasına dikməsi; bir başqa kişiyə könül verməsidir. Kişinin ‘nüşuzu da əksinə; arvadından nifrət edib yad bir qadına könül verməsidir. Kişinin yoldaşına itaətsizlik ya ədəbsizlik etməsi mümkün olmadığı üçün bu kəlməni itaətsizlik və ya ədəbsizlik olaraq anlaya bilmərik. O halda, ölkəmizdəki namus cinayətlərini də diqqətə alaraq düşünək; belə bir şeyə qarşı ‘ən son çarə olaraq öncədən görülən "döymək" ağırdır yoxsa yüngül?
Burada "problem" olan başqa bir xüsusiyyət də; eyni vəziyyət qarşısında, kişiyə yoldaşını "döyməsi" (əziyyət etməsi) tövsiyə edilərkən, qadına "sülh"ün təklif edilmiş olmasıdır. Bunun səbəbi; ailəni ayaqda tutan (qavvam) insan olaraq kişidən, - öğüt verərək, yatağını ayıraraq ya da döyərək, - arvadını ailə daxilindəki həyata razı etməsini arzuladığı üçündür; eyni şeyi qadından istəmək nə qədər real olduğunu düşünək... Kişi başqa bir qadınla evlənməyə qərar vermişdirsə həyat yoldaşının ondan gələcəyini təmin etmək şərti ilə, haqqlarını qoruyaraq ərindən sülh ilə boşanmaqdan başqa çarəsi yoxdur.
3.2. Hüzur
3.2.1. Ailənin hüzurunu təmin edən faktorlar
a) Cinsi razılıq
Quranda kişi ilə qadın ‘bir-birinin zirehi' olaraq tanıdılır [Bəqərə 2/187 (هن لباس لكم وأنتم لباس لهن)]. Evliliyin ən fundamental funksiyası hər iki fərdin razı qala biləcəyi bir cinsəlliyi yaşamasıdır. Tərəflərdən biri narazı qaldığı təqdirdə ailə bağları uzun müddət davam edə bilmir. Cinsəl funksiya pozulduğu təqdirdə fiqhin təklif etdiyi yollara baş vurulmalıdır. Təbi ki, əgər hər iki tərəfin də cinsi həyatı bitmiş və "Oğulum! Biz ananla qardaş olduq artıq!" deməkdən başqa çarə qalmışsa...
Bundan başqa tərəflərin; "Necə olursa olsun, axır ki, birini tapıb evlənmişik!' deyərək özlərini çarəsizliyə məhkum etmələri doğru deyil. Ailə fərdləri; düzənlərinə, təmizliklərinə diqqət yetirməli; yemək və içməkdə israf etməməli, hərəkətsiz bir həyatı seçməməlidirlər; xülasə özlərinə diqqət yetirməli, cazibələrini itirməməyə çalışmalıdırlar. Çünki bəlli yaşa qədər fərqinə varılsa da varılmasa da ailə səadəti buna istinad edir.
b) Ruhi rahatlıq
Əlbətdə sadəcə cinsi razılıq hər şey demək deyil; sözü gedən ayənin davamında, yoldaşlar arasında sevgi (məhəbbət) və mərhəmətin olması də vurğulanmışdır ki, bu da qadın ilə kişi arasındakı əlaqənin tamamilə cinsəlliyə bağlana bilməyəcəyini göstərir. İnsanlar təxminən 80 il yaşayırlar; cinsəllik keçicidirsə də sevgi və mərhəmət əbədidir.
Ər-arvadın zidd strukturlarda olması qan uyğunsuzluğu yaradır; birinin bəyəndiyini o biri bəyənməz, birinin səhv dediyinə o biri doğru deyər. O halda, ər-arvadın Quranın işığında bir elm almaları ailə səadəti baxımından əhəmiyyətlidir. Ailə hüzurunda tərbiyə/təhsil fərqinin olması da əhəmiyyətli bir faktordur; inanışı, düşüncəsi, yaşayışı bir-birindən fərqli insanların 3-4 il keçdikdən sonra bir-birlərinə dözə biləcəkləri ehtimalı çox zəifdir. Başqa sözlə maddi qan uyğunsuzluqlarında necə tədbir görülürsə, mənəvi qan uyğunsuzluğunda da eləcə tədbir görülməlidir. Yəni ailə quracağınız insanın xarakterini, təhsilini, hətta anasını-atasını, qohumunu hələ evlənməmişdən öncə yaxşıca araşdırmanız lazımdır. "Armud dibinə düşər", "Anasına bax qızını al", "Kişi dayıya, qız bibiyə çəkər" kimi atalar sözləri əlbəttə böyük təcrübələrin məhsuludur.
c) Bərabərlik
Ər və arvadın fikirlərinin bir-birilərinə uyğun olmaları (din-dil-mədəniyyət birliyi), mal, mülk və s. imkanlar baxımından da təxminən bir-birlərinə bərabər olmaları evliliyin davamında əhəmiyyətli bir faktordur. Ər və arvad arasında birinin lehinə böyük bir ‘zənginlik' fərqindən söz gedərsə o zaman ailə daxilində sakitlik olmaya bilər; əgər bu fərq qadının lehinə olarsa o zaman kişinin halı ürək ağrıdan olacaq.
3.2.2. Ailə hüzurunu pozan faktorlar
Yuxarıdakı faktorların olmadığı ya da qeyri-kafi olduğu ailələrdə işlərin yolunda getməyəcəyini ifadə etmiş olduq. Bunlara əlavə olaraq isə…
a) Kişinin ailə rəisi (başçısı) olmağı tələb edən xüsusiyyətlərdən məhrum olması (شرك)
Ailə (عائله) sözündə, "öz-özünə yetə bilməyib başqasının üstündə yük olmaq" mənası vardır. Belə ki, Hz. Peyğəmbərə; "O səni "āil" olaraq tapıb da zəngin etmədimi?" (Duha, 8) buyurularkən bu mənada istifadə edilmişdir. İndiki vaxtda bir az dəyişmiş olsa da bütün ailə fərdləri hələ də kişinin əlinə baxırlar; bunu bir az da ənənəvi anlayış belə zərurət halına gətirə bilər… Şəhərlərdə 20 yaşdakı uşaqlar belə hələ atalarından cibxərcliyi alırlar; təhsil həyatlarını başqa cür davam etdirmələri də mümkün deyil.
İstər ata olaraq, istərsə də ər olaraq kişi güclü olduğu və maddi zərurəti təmin edə bildiyi qədər "kişi"dir. Kişinin; ailəsinin dolanışığını təmin edə bilməməsi ya da "güc"süz olduğu üçün ailə üzvlərinə söz keçirə bilmədiyi təqdirdə hər başdan bir səs çıxacağı üçün o ailədə hüzur tapmaq mümkün deyil. Belə ailələrin dağılma ehtimalı böyükdür.
Əgər qadın güc və infaq baxımından kişiyə ortaq olsa o zaman vəziyyət necə olacaq?
Maddi baxımdan üstünlük olan bu bərabərlik mənəvi, hissi tərəflərdən də üstünlükdürmü? Bunu müzakirə etmək mümkündür. Belə ki, işləyən qadının şəxsi qazancının əhəmiyyətli bir qisimini ailəsinə deyil, öz "ehtiyac"larına; əyin-başına, saçına-dırnağına xərclədiyini görürük.
Digər tərəfdən qadının ailə iqtisadiyyatına kömək etməsi kişinin ev işlərində ona yardım etməsini tələb edir. Bəzi bölgələr qadın tarlada, bağçada əri ilə bərabər, - hətta bəzi bölgələrdə kişi işsiz-gücsüz çayxanada oturarkən, - qadın tək başına işləyir. Axşam evə gəldiyində də süfrə hazırlamaq, yemək bişirmək və s. kimi işləri də yenə o etməli olur. Niyə? Çünki güc o kişidədir! Halbuki İslamiyyət, gücü deyil haqqı əsas götürür. Haqlar və vəzifələr qarşılıqlıdır; bir tərəfə həmişə haqq, o biri tərəfə həmişə vəzifə düşürsə, orada ciddi bir zülm vardır…
b) Kəmiyyət deyil keyfiyyət.
Hər kəs nəsilinin davam etməsini istəyir. Çünki uşaq dünya həyatının zinəti, evlilik ağacının meyvəsidir. Amma daha da əhəmiyyətlisi; uşaqlar insanın gələcəyi, aqibəti və axirətidir; insanlar uşaqları ilə davam etməkdədirlər. Aqibətini düşünən, uşaqlarını yaxşı yetişdirmək məcbiriyyətindədir.
Quranın bildirdiyinə görə, Rəhmanın xas qulları; digər istəkləri arasında "göz nuru, könül sevinci övladlar" da istəyərlər. Aydındır ki, valideyinin övladına aid duası mütləq qəbul olar. Lakin bu istəyi həyata keçirmək çox vaxt valideyinlərin əlində olur. Onlar övladını istədikləri kimi böyüdə bilərlər... Dünyadan xəbərsiz ‘boş bir kaset' ya da ‘xəmir' olaraq əlinə verilən övladını lazım olduğu şəkildə təchiz edərək ya da yoğuraraq formalandıracaq, ‘gözünün nuru' edəcək olan özüdür.
Təbii ki, "bir insanın göz nuru, könül sevinci olması" üçün nələr lazım olduğu; necə öyrədilməsi, hansı növ tərbiyə verilməsinin zəruriliyi haqqında məlumat/təcrübəsi olmayan valideyinin "dualarının qəbul edilməsi" ehtimalı aşağıdır. Uşağına qıya bilməyən, onu heç bir çətinliyə alışdırmayan, bir dediyini iki etməyən, sanki özü onun uşağı imiş kimi davranan valideynlərin yaxşı bir övlad yetişdirmələri çətindir. Halbuki övladın yaxşı (saleh) olmaması vəziyyətində, uşaqlarla valideyin bir-birlərinə yadlaşır. Belə ki, Quran, Hz. Nuhun kafir oğulunu onun ailəsindən saymamışdır. Çünki saleh deyildir. Atası ilə eyni imanı, eyni həyat tərzini paylaşmamışdır; peyğəmbər oğulu olsa da Nuha yaddır. Bu böyük peyğəmbərin çəkdiyi acı, - valideyin övlad ixtilafı, - cahanşümül bir dərddir. İndiki vaxtda da nəsillər arası ünsiyyət pozuqluğundan; uşaqların valideynlərindən uzaqlaşması bir problem halını alıb və bu xəstəliyə çarələr axtarılır. Sözü gedən anlaşılmazlığın səbəbi, uşaqların valideyinləri tərəfindən deyil, radio - TV, İnternet, dostları... tərəfindən tərbiyələndirilməsidir. Buna görə Hz. İbrahim Rəbbinə dua edərkən "salatı iqamə edən" nəsillər istəmişdir (Baxın. İbrahim 14/37, 40). Bu ifadə sadəcə "namazı doğru şəkildə qılmaq" kimi anlaşılmamalıdır. Əsl məqsəd "Yaradıb Yaşadan ilə möhkəm və düzgün bir əlaqə quraraq hər kəsin qibtə edəcəyi bir şəkildə təslim ola bilmək" mənasındadır ki, saleh olmaq da budur. Bu məqamda Hz. Loğmanın oğuluna verdiyi nəsihətdəki qanunlar əhəmiyyətli olur. Xülasə; iman və əməldə yanlış məcralara yönəlməmək, yalnız Allahdan qorxmaq, Allahdan başqasından yardım istəməmək, Allahın mütləq idarəsi altında olduğunu dərk edərək yaşamaq, namaz qılıb, zəkat vermək, yaxşını əmr edib pisə mane olmaq, başa gələn müsibətlərə səbr etmək, insanlara qarşı lovğalanmamaq, özünü başqalarından üstün hesab etməmək, təmkin və təvazökarlıq... (Baxın. Loğman 30/13-19).
O halda, aqibətini düşünən ağılı başında bir insan; uşaqlarını yaxşı yetişdirməli, onları tanımadığı "təlimçi"lərin insafına buraxmamalıdır. Əks halda, ciyərparəsini öz əlləri ilə özünə yadlaşdırmış olacaq. Bu haqdakı fikirlər burda söylədiklərimizlə bitmir. Və bu o qədər də sadə məsələ deyil. Bir çox alimin, fazılin, salehin, müttəqi şəxsiyyətin övladı atalarının yolunu tutmamışlar. Çünki tərbiyə; uşağın təbiəti, genləri, hormonları, ətraf mühiti, qonşusu, qohumu, oxuduqları, seyr etdikləri və s. faktorlardan hansılarının uşağa daha çox təsir etdiyi ilə əlaqədar kompleks bir nəticədir. Amma bunun cəriməsini ən çox valideyinlər çəkir. Çünki kim nə deyərsə desin, məsuliyyətin böyüyü onlardadır...
c) Çox evlilik
Birdən çox qadınla evlənmək kişinin üçüncü şəxslərin nəzərində etibarını zədələməklə qalmaz; ər-arvad münasibətini də korlayar. Hz. Peyğəmbər sevimli qızı Fatiməyə üstünə arvad gətirmək təşəbbüsündə olan Əli b. Əbu Talibə buna görə icazə verməmişdi.
Döyüş və s. səbəblərlə yaranan kişi qıtlığı səbəbiylə sahibsiz qadın və yetim qızların artması kimi səbəblərlə olsa bu başqa… Quran buna icazə vermişdir. Amma diqqət yetirilsə, icazə vermişdir deyirik; tövsiyə etmiş/əmr etmişdir, demirik.
Nəticə olaraq; ‘Haqq' Təala insan nəsilinin, iki nəfərin "bir"ləşməsi ilə davam etməsini nəzərdə tutmuşdur. "Realist" bir fitrət dini olan İslamiyyət insan təbiətinə zidd həyat tərzi olan rahibliyə icazə verməmiş; qadın - kişi əlaqələrini sağlam bir təmələ oturtmuşdur. Fədakarlıq əsaslarına söykənən ailə; razılıq, güvən, hüzur, sevgi və şəfqət deməkdir. Ailə bunun üçün qurulur. Bunlardan birinin olmadığı bir ailədə probləmlər var. Hüzur və sükunət, insanların həyat yoldaşlarından razı olmalarından asılıdır. Qadın kişinin, kişi də qadının zirehidir. Hər ikisi də özünə yaxşı baxaraq; özünü inkişaf etdirərək, israf etməyərək bu funksiyasını ən yaxşı şəkildə icra etməli; yoldaşını qorumalıdır. Ailə qurularkən həyat yoldaşları doğru seçilməli; gözəllik/yaraşıqlılıq, zənginlik kimi keçici maddi xüsusiyyətlər əsas götürülməməli, qalıcı xüsusiyyətlər əsas götürülməlidir; həyat quracağınız insanla aranızda fikir uyğunluğunun olub olmadığı, onunla "yaşamağın" mümkünlüyü araşdırılmalıdır. Saleh bir möminin xüsusiyyətləri, yaxşı bir həyat yoldaşının da xüsusiyyətləridir; namuslu, dürüst, etibarlı, öz ayaqları üzərində dayana biləcək, ailə yükünü qaldıra biləcək, anlayışlı, qənaətkar və nəzakətli insanların qurduğu ailələrdə böyük bir ehtimalla eyni xüsusiyyətləri daşıyan nəsillər yetişəcək.
azerislam.com
f Paylaş