Sağlamlığımızın YENİ DÜŞMƏNİ aşkarlanıb. Sən demə, yağ deyilmiş

Sağlamlığımızın YENİ DÜŞMƏNİ aşkarlanıb. Sən demə, yağ deyilmişUzun illər ərzində mütəxəssislər ürək xəstəliklərinin və piylənmənin əsas səbəbini yağlı qidalarda görürdü.
Belə hesab olunurdu ki, yağlı qidalar orqanizmdə "pis" xolesterinin səviyyəsini artırır ki, bu xolesterin də damarlarda toplanaraq damarların daralmasına, daha kövrək və zəif olmasına, tez partlamasına səbəb olur. Bu isə ürək-damar sistemi xəstəliklərinin, insult və infarkt kimi ağır pozulmaların riskini artırır.
Bu səbəbdən mütəxəssislər insanlara qidalanmada yağları mümkün qədər məhdudlaşdırmağı  tövsiyə edirdilər. Bu illər ərzində davam etsə də heç bir müsbət nəticə verməyib. Əksində bu qidalanma prinsipi xüsusilə populyar olan ölkələrdə (xüsusilə ABŞ-da) ürək-damar sistemi xəstəliklərinin və bu xəstəliklərdən ölüm hallarının sayı daha da artıb.
2011-2012-ci illərdə alimlər yeni araşdırmalar nəticəsində belə qərara gəliblər ki, yağlı qidalardan imtina heç də ürək-damar sistemi xəstəliklərdən qorumur. Dünyada ürək-damar sistemi xəstəliklərinin artmasının əsas səbəbi yağlar deyil, şəkər və tütündür.
"Komsomolskaya pravda" xəbər verir ki, Kaliforniya Universiteti alimi professor Henrix Şmidt sübut edib  ki, məhz şəkərin çoxlu miqdarda qəbulu  ciddi damar problemlərinə və nəticədə insulta səbəb olur. Orqanizmdə şəkər (fruktoza və ya qlükoza) molekulları zülallar və piylərlə birləşir ki, bunun nəticəsində "fruktozamin" maddəsi əmələ gəlir. Bu maddə hüceyrələrdə toplanaraq damar divarlarını zədələyir və həmçinin dərinin kollagen və elastan liflərinin dağılmasına səbəb olur. Nəticədə insanın damarları və dərisi qocalır, zəifləyir. Zəif damarlar daha tez partlayır ki, bu da insulta səbəb olur.
Digər araşdırmalar göstərib ki, şəkər həmçinin sümüklərin sağlamlığına mənfi təsir edir və immun sistemini zəiflədir.
Beləliklə, özünüzü ürək-damar sistemi xəstəliklərindən, piylənmədən və tez qocalmaqdan sığortalamaq istəyirsinizsə şəkərin qəbulunu məhdudlaşdırın. Alimlər gün ərzində 4-6 çay qaşığından artıq şəkəri qəbul etməyi tövsiyə etmir. Söhbət tək təmiz şəkərdən getmir. Şəkər bir çox hazır məhsulların, qazlı içkilərin və s. tərkibinə daxildir.
Milli.Az /news.milli.az

Xəbərlər     Baxılıb: 979   Tarix: 30 dekabr 2021
f Paylaş

Oxşar xəbərlər

.

Bu qidalar beyin damarlarına zərər verə bilər

Çox emal olunmuş qidaların qəbulu orta yaşlı insanlarda beyin damarlarının zədələnməsinə səbəb ola bilər. . xəbər verir ki, Kanadada aparılan və "JAMA Network Open" jurnalında dərc olunan araşdırmada 35-69 yaş aras

.

Nahardan sonra yuxunuz gəlirsə, səbəb təkcə yorğunluq deyil

Nahardan sonra güclü yuxululuq hissi bir çox insana tanışdır. Bəzən bu, orqanizmin təbii bioloji ritmləri ilə bağlı olur. -a istinadən bildirir ki, ancaq gündüz yuxululuğu davamlı və çox güclüdürsə, bəzi sağlamlıq problemlərini

.

Çox öskürənlər bunu oxusun

Uzun müddət davam edən öskürək bir çox insanın qarşılaşdığı problemlərdən biridir. Bəzən adi soyuqdəymədən sonra yaranan öskürək həftələrlə davam edə bilər. Lakin öskürəyin səbəbi hər zaman tənəffüs yolu infeksiyası olmur

.

Qəhvə sevənlər bunu mütləq oxusun

Kofeinin orqanizmə təsiri ilə bağlı yeni araşdırma aparılıb. London Kral Mariya Universitetinin alimləri müəyyən ediblər ki, kofein hüceyrələrin enerji çatışmazlığına cavab verən qədim mexanizmini aktivləşdirə bilər. Alimlə

.

Göz linzası ilə bağlı ən çox verilən sual cavablandı

"Göz içi linza (İOL) katarakt əməliyyatı zamanı bulanıqlaşmış təbii büllurun yerinə yerləşdirilən süni linzadır". xəbər verir ki, bu fikirləri Səhiyyə Nazirliyinin rəsmi "Instagram" hesabında keçirilə

.

Bu giləmeyvələr hipertoniyanın yaranmasının qarşısını alır

Quşüzümü və mərcangilə hipertoniya və aterosklerozun yaranmasının qarşısını almağa kömək edir, eləcə də sidik yolu infeksiyalarına qarşı profilaktik vasitə kimi xidmət edir. -a istinadən xəbər verir ki, bu barədə rusiyal

.

Üzünüzdəki bu əlamətlər dəmir çatışmazlığından xəbər verir - (Foto)

Sosial şəbəkələrdə aşağı ferritin səviyyəsinin insanın xarici görünüşünə təsiri ilə bağlı paylaşımlar geniş yayılıb. İstifadəçilər solğun dəri, gözaltı tünd dairələr, saç tökülməsi və kövrək dırnaqları "ferritin üzü"

.

Öd kisəsi ağrıyanda nə etməli? - 5 MƏSLƏHƏT

Öd kisəsi ağrı hiss edən, ağrı siqnalı verən orqandır. Çox zaman kisədə daş olanda və iltihabi xəstəliklərdə ağrıyır. Kəskin pristuplarda ilk işiniz təcili yardım çağırıb, xəstəxanaya çatmaqdır, bu zaman hətta ağrıkəsic

.

Ətir istifadə edənlərə xəbərdarlıq

Ətirin dəriyə çəkilməsi xərçəngin yaranması riskini artırmır. -a istinadən xəbər verir ki, bu barədə rusiyalı onkoloq Basir Bammatov -ya müsahibəsində danışıb. Lakin o, ətirlərin allergik reaksiyalara və ya dəri qıcıqlanmasın

turlar.az

hamilelikde qidalanma gözəllik məhsulları qaşların formalari səfər duası masaj edirem 2026 ci ilin debi donlar yay ucun kosmetika banan novruz hakısdası veten haqqinda bayatilar prostat zencefil