Sağlamlığınız üçün bu qidaları alarkən diqqətli olun

Sağlamlığınız üçün bu qidaları alarkən diqqətli olunSağlamlığınız üçün bu qidaları alarkən diqqətli olun

Həyatımızın davamı üçün əhəmiyyət daşıyan qida maddələrini alarkən, ya da saxlayarkən lazım olan diqqəti göstəririkmi? Qidaların alınmasından hazırlanmasına və bişirilməsinə qədər keçən hər mərhələdə məqsədin həm qidanın gigiyenasını təmin etmək, həm də qida dəyərini qorumaq lazım olduğunu bilirsinizmi? Bütün qidaları alarkən əvvəlcə son istifadə tarixlərinə və qabının zərər görməmiş olmasına diqqət yetirmək lazımdır.

Nələrə diqqət vermək lazımdır?

• Pastorizə olmayan süddən hazırlanmış pendir istehlak edilməməlidir. Bu səbəblə açıq pendirlər yerinə bağlı qutularda almaq daha etibarlı olacaq.

• Süd, hazır meyvə şirəsi alarkən UHT (Ultra High Temperature) üsulu ilə qablaşdırılan Tetra Pak qutuda olanlar seçilməlidir. Bu məhsullar qida dəyərini daha az itirmiş olanlardır və istifadə edilən üsul gigiyenik olaraq ən etibarlı texnologiyayla hazırlanıb qablaşdırılan üsuldur.

• Bütün qidaları alarkən son istifadə tarixi, qabının zərər görməmiş olması kimi xüsusiyyətlərinə baxılaraq alınmalıdır.

• Çörək və bənzəri qidaları alarkən qab içində olanları seçmək daha etibarlıdır. • Kartof alarkən yaşıllanmamış, yarıq və çatlaqları olmayanların seçilməsi lazımdır.

• Yaxşı bişməmiş ət məhsullarının istehlakı bəzi mikroorqanizmlərin bulaşması baxımından olduqca riskli və təhlükəlidir.

• Plastik qablarda saxlanan turşulu qidalar, içində olduqları qablarla təmas edərək zərərli maddələrin qidanın içinə keçməsinə səbəb ola bilər. Məsələn, turşu və portağal suyu kimi qidalar plastik qablarda saxlanmamalıdır. Pəhriz məhsulların alınmasında nələrə diqqət yetirmək lazımdır?

Bütün dünyada olduğu kimi Azərbaycanda da köklüyün və buna bağlı olaraq yaranan xəstəliklərin gedərək artmasıyla aşağı kalorili məhsullara olan tələb artmışdır. İstehlakçılar bu məhsulları istifadə edərkən üzərində "light", "%0 yağlı", "pəhriz", "şəkərsiz"" kimi sözlərə rast gəlirlər. Bir məhsulun "light" olması və ya şəkərsiz olması o məhsulun kalorisinin aşağı olduğunu göstərmir. Bir məhsulun "light" olması bu məhsulun yağının və ya kalorisinin azaldılmış olduğu mənasına gəlir. Ancaq yağı azaldılmış məhsul mütləq aşağı kalorili olmaq məcburiyyətində deyil. Çünki məhsulun yağının azaldılması əməliyyatı əsnasında yağı azaldılarkən digər qida elementlərinin məzmunu arta bilər. Qarışdırılan digər bir məsələ üzərində "pəhriz" yazılan məhsulların kalorisiz olub istənildiyi qədər yeyilə biləcəyi düşüncəsidir. Halbuki bu mümkün deyil, pəhriz biskvit olaraq satılan məhsullar markasına görə fərqlilik göstərməklə birlikdə ortalama 2-3 ədəd pəhriz biskvitin kalorisi 1 dilim çörəkdəki kaloriyə bərabərdir.

Şəkər xəstələri üçün bazarda "dietik" etiketi ilə satılan məhsullarda şəkər yerinə süni dadlandırıcılar istifadə edilir. Bunların yağ miqdarları azaldılmış olmaya bilər. Bu vəziyyətdə zəifləmə pəhrizlərində istifadəsi uyğun olmayacaq.

Bu məhsulların bazardakı yeri qaçınılmazdır. Ayrıca artan xəstəliklərlə birlikdə bu məhsul növləri həyatımızda iştirak etməlidir. Ancaq məhsulun üzərində məhsul haqqında daha detallı məlumatlar ehtiva edən etiketlər olmalıdır. Bu, həm məhsulun daha etibarlı olmasını, həm də məhsuldan daha məhsuldar bir şəkildə faydalanmağı təmin edəcək.

Bununla birlikdə bu məhsulların qida mühəndisləri kimi mütəxəssislərin iştirak etdiyi müəyyən təşkilatlar tərəfindən nəzarət edilməsi lazımdır.

Etiketlərin mənaları

Dietik: Şəkər yerinə dadlandırıcı ilə hazırlanmış məhsullardır. Məhsulun yağı və kalorisində azalma olmaya bilər.

Light:Yağı 40 faiz azaldılmış məhsul və ya kalorisi 25 faiz azaldılmış mənasını verir.

Pəhriz: Kalorisi azaldılmışdır, ancaq içində şəkər ola bilər.

Bazarda olan bu cür məhsulların bəziləri ölkəmizə idxal edilir. Xaricdə bu məhsulların istehsal mərhələsindən etiketlənilməsi və istifadəyə verilməsinə qədər keçən bütün müddətlər peşəkarcasına icra edilir və yoxlamalar müəyyən təşkilatlar tərəfindən həyata keçirilir. Bu məhsullarda olan etiketlərdə istehlakçını məlumatlandıran və qidanın məzmunu ilə əlaqədar hər cür məlumat var. Ancaq ölkəmizə girişi əsnasında bu etiketlərin bəziləri Azərbaycan dilinə tərcümə edilmir. Bu isə istehlakçıların məlumat əldə etmələrini çətinləşdirir.

Qidaları saxlayarkən nələrə diqqət verilməlidir?

• Bişmiş qidalar soyuducuda saxlanarkən rəfin ən üstündə saxlanmalıdır. Bunun sayəsində çiy və mikrob saxlaya biləcək olan qidalardan bişmiş qidanın içinə axmasının qarşısı alınır. Xüsusilə çiy ət və toyuq kimi qidalar rəfdə saxlanarkən, rəfin ən alt hissəsində saxlanılmalıdır.

• Yağlar sərin, işıqsız mühitdə saxlanmalıdır.

• Yumurta soyuducuda yumadan saxlansa, qida dəyərini qorumuş olar. Ancaq istifadədən dərhal əvvəl xarici səthi yaxşıca yuyunmalıdır.

• Qidaları açıqda saxlayarkən istilik və nəmə diqqət yetirilməlidir. Məsələn, kartof işıqlıqda yaşıllaşır. Bu səbəblə sərin, quru və işıqsız bir rəfdə saxlanmalıdır. Çörək iki gündən çox saxlanacaqsa, açıq havada deyil, soyuducuda saxlanmalıdır. Hazırlama və bişirmədə qida dəyərini artıran bəzi təkliflər

• Xəmiri mayalandırmaq qida dəyərini artırar

• Ağ un yerinə tam buğda unu qida dəyəri olaraq daha yüksəkdir

• Şəkər yerinə bəkməz istifadəsi hazırlanan qidanın qida dəyərini artırar

• Çörək çox qızardılsa, qida dəyəri azalar

• Tərəvəzlər qovruldub və ya qaynadılıb suyu süzülərsə, qida dəyəri azalar

• Qatığın yaşıl suyu atılmamalıdır. Çünki riboflavinlə (B2 vitamini) zəngindir. Qatıq istehlak edilmədən dərhal əvvəl qarışdırıla bilər, ya da keks, qoğal kimi qidalar hazırlanarkən istifadə edilə bilər.

• Təzə meyvə suları və doğranmış tərəvəzlər açıqda buraxılsa və ya dərhal istehlak edilməzsə, qida dəyəri azalar.

• Qidaların təməl olaraq ən yaxşı bişirmə forması qovrulmadan və kövrək atəşdə bişirilməsidir. Qida dəyərini itirməməsi üçün qovrulmaması, qızardılmaması lazımdır.

Sağlamlıq     Baxılıb: 2076   Tarix: 12 fevral 2015
f Paylaş


Ustalar.az ustalar sayti

Oxşar xəbərlər

.

Cinsi həyatınızı yüksəltmək üçün sirli hiylələr

Hər bir adam seks yaşamağı və bu zaman alınacaq ləzzəti sevir. Ona görə də, bu mövzular daima maraqla oxunur, tətbiq etmək üçün istifadə edilir. Həyəcanın dozasını yüksəltmək, zövq dünyasında uçmaq, hər hüceyrəsi ilə zövq

.

Cinsi gücü artırmaq üçün - 10 TƏBİİ VASİTƏ

Bitki çayları:. Bədəndə maye axını sürətləndirən bitki çayları içdiyiniz zaman qan dövranı sürətlənir, ehtiras və həyəcan artır. Enerji səviyyəsini də artıran bitki çayları cinsi həyatı canlandırır. Jenşen:. Ginseng min illərdi

.

Giləmeyvə çaylarının faydaları nələrdir?

Sağlamlığımız üçün bitki çayları qədər giləmeyvə çayları da çox faydalıdır. Sağlamolun.az orqanizmimizə faydalı olan bitki, çiçək və giləmeyvə çaylarını təqdim edir:. Şüyüd - Həzm çayıdır. Həzmi yaxşılaşdırır. Şişkinliy

.

Cəfərinin insan orqanizminə inanılmaz faydaları

Cəfərinin insan orqanizminə inanılmaz faydaları. Cəfəri bədəni təmizləmək üçün çox gözəl qidadır. 15-16 dənə cəfərini saplağı ilə birlikdə havanda(blender)yaxşıca əzirik, üzərinə, yarım limon sıxırıq yaxşıca qarışdırırıq

.

Bəzi şeylər var ki, cinsi əlaqə zamanı gərək onları edəsən - SƏBƏB

Gündəlik qayğılar, problemlər, əsəb, stress, yorğunluq, gərgin iş rejimi, sağlam  qidalanmamaq, normal yuxu rejiminin olmaması bir çox xəstəlikləri tətikləyir. Kişilərdə isə həm də cinsi zəifliyə gətirib çıxara bilir. Cins

.

3 təbii çarə ilə cinsi istəksizliyə - SON

Bu vasitələr potensiyanızda olan problemləri aradan qaldırmaqla yanaşı həm də orqanizminizə ümumi şəkildə müsbət təsir göstərəcək. Bal və qoz.  . Mütəxəssislər tərəfindən bu qarışığın "Viaqra"dan da güçlü olmas

.

Seksoloq Ləman Telmanqızıdan qadınlar və kişilərə məsləhət - Cinsi istək bitibsə

"Cinsi arzunun itirilməsi həm kişilərdə, həm də qadınlarda cinsi istəyin azalması kimi müəyyən edilir. Fiziki və psixoloji yorğunluq, həyat keyfiyyətindəki dəyişikliklər də cinsi istəyin dəyişməsinə səbəb ola bilər"

.

Qarazirə hər dərdin çarəsi olan bitki

Ölümdən başqa hər dərdin çarəsi sayılan çörək otu toxumu və qara zirə son 10 ildə daha çox məşhur olmuşdur. Məşhurluğun səbəbi isə hər kəsin real şəkildə faydalana bilməsidir. Çprkotu toxumu və yağını kimlər istifadə ed

.

Dəri niyə qaşınır? 15 ƏN YAYILMIŞ SƏBƏB

Dərinin qaşınması bir çox xəstəliklərin və pozulmaların əlaməti ola bilər. Bəzən bu simptom çox ciddi xəstəliyin ilk simptomu kimi meydana çıxır. Bu səbəbdən əgər sizi "səbəbsiz" qaşınma narahat edirsə, mütləq həkim

turlar.az

hamiləlik geyim və ayaqqabılar qadin dunyasi gözəllik zirincin faydalari ud hindi faydalari sandal ayaqqabilar kosmetika banan sanamalar gozde olar hakista sozler novruz bayramına aid hakışta