Səhiyyə Nazirliyinin mütəxəssisi saç tökülməsinin səbəblərini AÇIQLADI

Səhiyyə Nazirliyinin mütəxəssisi saç tökülməsinin səbəblərini AÇIQLADISaçların tökülməsi əksər hallarda streslə əlaqədardır. Bunu Səhiyyə Nazirliyinin mütəxəssis-eksperti Mir-Riad Cavadzadə deyib. 
Publika.az Mir-Riad Cavadzadə ilə müsahibəni təqdim edir
- Mir-Riad müəllim, dermotoloji xəstəliklərin əsas yaranma səbəbləri nələrdir?
- Dəri insanın ən böyük və eyni zamanda ən həssas orqanıdır. Ürək, qaraciyər və mədə kimi mürəkkəb bir quruluşa malikdir və həyati vacib funksiyaları yerinə yetirir. Təsadüfi deyil ki, dəri bir çox orqana (saç, dırnaq, selikli qişaların vəziyyətinə) müəyyən bir şəkildə təsir edir. Məsələn, qaraciyər xəstəlikləri halında dəri sarımtıl rəngə çevrilir, qızılca, məhmərək, suçiçəyi kimi ümumi viral xəstəliklər olan təqdirdə dəri səpgilərlə örtülür. Bundan əlavə, uzun müddət olan furunkulyoz diabetin inkişafını göstərə bilər və s.
Daxili (endogen) amillər bir çox dəri xəstəliklərinin (metabolik xəstəliklər, daxili organların, sinir sisteminin xəstəlikləri, hipo- və hipervitaminoz (orqanizmdə müəyyən vitamin çatışmazlığı) və s.) əmələ gəlməsində böyük rol oynayır.
Bu amillər dərinin funksionallığının və quruluşunun dəyişməsinin səbəbi ola bilər.
- Əhali arasında daha çox hansı dəri xəstəlikləri geniş yayılıb?
- Dəri xəstəlikləri tez-tez baş verir və hər yaşda görünə bilər. Ən çox qarşılaşdığımız dəri xəstəliklərə akne (piy vəzlərinin tıxanması nəticəsində yaranan uzunmüddətli iltihablı dəri xəstəliyi), atopik dermatit (xronik qaşıntılı iltihabi dəri xəstəliyi), övrə (dərinin allergik mənşəli xroniki xəstəliyi) və s.
Dəri xəstəliklərindən əziyyət çəkən insanlar fiziki narahatlıq hiss edirlər, təsirlənmiş əraziləri sıx paltar altında gizlədirlər və ya çatışmazlıqları gizlətmək üçün kosmetikadan istifadə edirlər.
Xoşbəxtlikdən, müasir dermatologiya dəri xəstəlikləri ilə uğurla mübarizə aparır.
- Saç tökülməsi və dırnaqların tez-tez qırılmasının səbəbi nədir?
- Saç tökülməsinin və dırnaqların qırılmasının səbəbləri çoxdur. Qeyri-sağlam qidalanma, stres və psixo-emosional zərbələr, doğuşdan sonrakı dövrlərdə qadınların orqanizminin zəifləməsi, yanlış pəhrizlər, vitamin, zülal və mikroelementlərin çatışmamazlığını ilkin səbəb kimi qeyd edə bilərik. Həmçinin antibiotiklərin həkim məsləhəti olmadan qəbulu saç və dırnaqların kök sisteminin zəifləməsinə səbəb ola bilər. Bundan başqa, bədənin daxilində iltihablı proseslər, immunitetin zəifləməsi, hormonal dəyişikliklər yalnız saç, dəri, dırnaqların vəziyyətinə deyil, ümumiyyətlə bütün orqanizmə mənfi təsir göstərir.
- Nazirliyin sosial şəbəkələrdəki hesablarına vətəndaşlar tərəfindən mövsümi dəri xəstəlikləri ilə bağlı çoxsaylı suallar daxil olur. Stres səbəbiylə yaranan dəri xəstəlikləri hansılardır?
- Payızda, qışda və yazda müxtəlif xroniki dəri xəstəliklərinin (atopik dermatit, ekzema, neyrodermit, psoriaz, herpes, övrə və s.) kəskinləşməsi müşahidə oluna bilər. Yaz aylarında günəşin və dənizin faydalı təsiri sayəsində bu xəstəliklər heç bir narahatlığa səbəb ola bilməz. Lakin payız-qış fəslində dermatozların mövsümi kəskinləşməsi başlayır.
Neyrodermatoz bir qrup dermatozlardır, sinir sistemindəki dəyişikliklərinin patogenezlərində əhəmiyyətli bir rol oynayır. Qaşınan səpgiləri və nevrotik pozğunluqlar ilə xarakterizə olunur.
- Mir-Riad müəllim, dəri xəstəliklərindən əziyyət çəkənlərdə adətən hansı vitamin çatışmazlığı olur?
- Demək olar ki, orqanizmdə müəyyən vitamin çatışmazlığı zamanı dəridə, dırnaqlarda, saçlarda və selikli qışalarda dəyişikliklər müşayiət olunur. Dermatovenerologiyada vitaminlər və onların müxtəlif kompleksləri, xəstəliklərin müalicəsinə tətbiq olunan dərmanlar etiopatogenetik amillər və bədən arasındakı əlaqəni dəyişdirən qeyri-spesifik immunomodulyasiya terapiya üçün istifadə olunur. Məsələn, B qrup vitaminlərin (B1-B6, B9 və B12) çatışmazlığı ekzema, psoriaz, neyrodermit, cüzam, seboreya, atopik dermatit və s, C vitaminin çatışmazlığı allergik dermatozlar, xroniki atrofik akrodermatit və s, A vitaminin çatışmazlığı akne, psoriaz, saçların və dirnaqlarin distrofiyası və s, D vitaminin çatışmazlığı dəri vərəmi, psoriaz və s, E vitaminin çatışmazlığı isə ixtioz, dermatomiozit, seboreya və s. kimi dəri xəstəliklərini yarada bilər.
- Dəridə ala-ağ ləkələr hansı xəstəliklərin nəticəsində yaranır və müalicəsi varmı?
- Uşaqlarda görülən ağ ləkələrin bir qisminin əsas səbəbi vitiliqo xəstəliyidir. Elmi adı vitiliqo, el arasında ala xəstəliyi adlandırılan bu xəstəlik avtoimmun dəri patologiyasıdır. Bu pozğunluqlar melanositlərin - piqment hüceyrələrinin - lezyon mərkəzlərində məhv olunması və ya kəskin azalması səbəbindən yaranır .
Xəstəlik hər yaşda görülə bilər. 50 faiz hallarda xəstəlik 20 yaşadək, xəstələrin üçdə birində - 12 yaşa qədər müşahidə olunur. Bundan əlavə, yaş artdıqca xəstəliyin yayılması tədricən artır.
Vitiliqo ən çox qadınlarda rast gəlinir. Buna səbəb keyfiyyətsiz kosmetik məhsullardan istifadədir. 15-20 faiz hallarda vitiliqo ailənin üzvlərində baş verir. Belə ki, valideynlər və uşaqlar arasında yayılması 7 faiz, eyni əkizlər arasında isə 23 faiz təşkil edir. Bu, xəstəliyin inkişafında genlərin rolu birmənalıdır.
Vitiligonun müalicəsində sistemli, yerli, foto və lazer terapiya aparılır.
Vitiligonun inkişafını dayandırmaq üçün stresdən uzaq olmaq, dəriyə xəsarət yetirməmək və günəşli havada təsirlənmiş dərini qorumaq məsləhətdir.
- Ocaqlı alopesiya xəstəliyinin yaranmasına stres nə dərəcədə təsir edir?
- Ocaqlı dazlıq və ya ocaqlı alopesiya tala-tala saç tökülməsi ilə müşahidə olunan xroniki saç xəstəliyidir. Elmi adı "aloepcia areata" olan bu xəstəlik sadəcə başın saçlı hissəsində deyil, bədənin başqa nahiyyələrində də tük tökülməsinə səbəb olur. Bir qayda olaraq, tam sağlamlıq fonunda kortəbii olaraq ortaya çıxır. Xəstəlik hər iki cinslərində eyni faizda olur.
Qeyd edim ki, ocaqlı alopesiya əksər hallarda streslə əlaqədardır. Mütəxəssislər saçların qeyri-kafi həcmi və onların tökülməsinin əsas səbəbini kimi hormonal dəyişikliklər, ümumi xəstəliklər, yaş və ya dərmanların qəbulu yox, stresi əsas amil kimi qəbul edirlər.

Sağlamlıq     Baxılıb: 2157   Tarix: 07 aprel 2022
f Paylaş

Oxşar xəbərlər

.

Masaj müalicəvi faydaları

Masaj xidməti müalicəvi xüsusiyyəti tarix boyu tanınmışdır. Dünyada icra edilən masajların nəzərdən keçirilən zaman göstərir ki, bunların çoxu, təxminən 90%-i, sağlamlığın bərpası məqsədilə tibbi masaj xidməti kimi icra edilir

.

Xalq təbabətinin əvəzedilməzi Nanə

Bir çox in . san mədə xəstəliklərindən əziyyət çəkir. Xalq təbabətində mədə ağrıları zamanı ən yaxşı bitki kimi nanənin adı çəkilir. Mütəxəssislər iştaha və qaz problemi olanlara, mədə ağrısından əziyyət çəkənlərə yaban

.

Giləmeyvə çaylarının faydaları nələrdir?

Sağlamlığımız üçün bitki çayları qədər giləmeyvə çayları da çox faydalıdır. Sağlamolun.az orqanizmimizə faydalı olan bitki, çiçək və giləmeyvə çaylarını təqdim edir:. Şüyüd - Həzm çayıdır. Həzmi yaxşılaşdırır. Şişkinliy

.

Siqareti tərgitməyə kömək edən bitki

Siqaret cəkməyə insanı sovq edən nikotindir. Nikotin insanı siqaretdən asılı eden kimyəvi maddədir. Məhz bu asılılığa görə siqareti tərgitmək bir çox hallarda çox çətin olur. Bəzi bitkilər bu işdə kömək edə bilər. Belə bitkilərdə

.

Qadınların intim gigiyenası. 4 VACİB QAYDA

Həkim-ginekoloqlar qadınlar tərəfindən intim gigiyenaya riayət edilməsini qadın reproduktiv sistemi xəstəliklərinin profilaktikasının vacib hissəsi hesab edirlər.  bildirir ki, intim gigiyena qaydalarını bilməmək və ya onlar

.

Cəfərinin insan orqanizminə inanılmaz faydaları

Cəfərinin insan orqanizminə inanılmaz faydaları. Cəfəri bədəni təmizləmək üçün çox gözəl qidadır. 15-16 dənə cəfərini saplağı ilə birlikdə havanda(blender)yaxşıca əzirik, üzərinə, yarım limon sıxırıq yaxşıca qarışdırırıq

.

Qadınlarda tez-tez ayaq ağrılarının - 11 ƏSAS SƏBƏBİ

Ayaqlar müxtəlif səbəblərə görə ağrıya bilər. İnsan uzun müddət ərzində ayaq üstə olduqda, gəzdikdə, fiziki işlə və ya idmanla məşhul olduqda, ayaqlar güclü yükləmələrə məruz qalır. Lakin insan dincələndən sonra bu ağrıla

.

Bu 3 qadın xüsusiyyəti kişiləri uzaqlaşdırır

Bəzən kişi qadının malik ola biləcəyi keyfiyyətlərə heyran olur. Ancaq zaman keçdikcə bir çox xarakter ortaya çıxır ki, bunlar ayrılmağa aparan yolun başlanğıcı hesab edilir. Yəni bir növ kişilər qadınlardan soyuyur. . Kişilər

.

Cinsi asıllıq: satiriasis və nimfomaniya nə deməkdi? - Maraqlı araşdırma

Cinsi ə . laqəyə girmək istəyinə qarşı dura bilməmək və bunu müxtəlif insanlarla təsadüfi şəkildə həyata keçirmək kimi təyin olunan bir problemdir. bu barədə araşdırıb. "Səhər, günorta və axşam başqa bir qadın/kişi il

turlar.az

geyim və ayaqqabılar gözəllik məhsulları hamiləlik qozlu toyuq salati qadın kostyumları yemək bişirmək kesmikli blincik kosmetika veten seirleri vətən olumu toy gecesı rus dili 2ci ders