Sellülitdən xilas olmağın ən effektli üsulları

Sellülitdən xilas olmağın ən effektli üsullarıSellülitdən xilas olmağın ən effektli üsulları

Sellülit 20 yaşlı cavan qadının bədənində də yarana bilər. Sellülitə qalib gəlmək və qadınların nifrət etdiyi bu qüsurdan tamamilə azad olmaq mümkündür!

Son illər qadınlar nəinki sifət, ümumilikdə bədən quruluşlarına, dərilərinə daha çox diqqət göstərirlər. Sellülit qadın dərisinin toyuq dərisinə və ya portağal qabığına oxşaması deməkdir.

Lakin bunun üçün təkcə antisellülit kremlərlə kifayətlənmək olmaz. Sellülitdən yaxa qurtarmaq istəyən xanımlar gərək həm qidalanmalarına fikir versinlər, həm də fiziki işlə məşğul olsunlar. Ciddi pəhrizlərə riayət etməklə, qısa zamanda 5 - 10 kilo çəkidən azad olmağa həvəs göstərməyin. Unutmayın ki, artıq çəkinin itirilməsi sellülitdən yaxa qurtarmaq üçün kifayət deyil. Bunun üçün idman, pəhriz, ətirli yağlarla masaj və vannalar qəbul etmək gərəkdir.

Son dövrlər bu problemdən o qədər çox söhbət açılır ki, xanımlar onun həllini mümkünsüz hesab etməyə başlayıblar. Təbii ki, sellülitin qarşısını almaq üçün əvvəlcə qida rejiminə diqqət yetirilməlidir. Əgər sellülitə qarşı mübarizə aparmaq istəyirsinizsə, onda menyunuzu kalium, kalsium, sink, selen, bal və vitaminlərlə bol edin. Dietoloqlar bildirirlər ki, qidalanma rejiminə riayət etməklə sellülitə qarşı hücuma keçə bilərsiniz.

Əvvəla, soyuq və isti yeməklərin ardıcıllığını qoruyun. Qəlyanaltı zamanı banan, avokado, müxtəlif meyvələr yeyin. İsti xörəkləri axşama saxlasanız, yaxşı olardı. Soyuq xörəklərdən isə nahar zamanı istifadə edin. Yağlı və qızardılmış xörəklərdən imtina etməyə çalışın.

Çiy halda yeyilməsi mümkün olan ərzaqları bişirmədən yeyin. Pomidor, xiyar, bibər, göyərtilər, kök, bir sözlə, meyvə-tərəvəzləri çiy şəkildə yeyin. İnsan orqanizmi vitamin və mineral maddələri nə qədər çox qəbul edərsə, daha sağlam olar. Tərəvəzlər qidalandırıcı maddələrlə zəngin olmaqla yanaşı, həm də onların kalorisi azdır.

Eyni zamanda, qısa vaxt çərçivəsində hamar dəriyə malik olmaq üçün ətirli yağların köməyi ilə bu problemi dəf etməyin sirlərini sizlərə açırıq. Ətirli yağlarla masaj sizin dərinizə əvvəlki hamarlığını qaytarmağa qadirdir. Qeyd edək ki, ətirli yağlarla masaj toxumaların mübadilə prosesini tezləşdirir, qanın və limfaların işini sürətləndirir. Ətirli yağlarla masaj qanın toxumalara axmasına kömək edir, maddələr mübadiləsini stimullaşdırır və regenerasiya prosesinə təkan verir. Həmçinin birləşdirici toxumalardan əsəbi və soyuqdəyməni götürməyə kömək edir. Adi masaj da eyni məqsədə xidmət etsə də, ətirli yağlarla bu proses 2-3 dəfə sürətli gedir.

Ev şəraitində sellülit əleyhinə ətirli yağ hazırlamaq üçün resepti təqdim edirik: 10 damcı qreypfrut, 8 damcı ətirşah, 10 damcı berqamot, 3 damcı darçın, 5 damcı muskat yağını qarışdırın. Reseptin əsasında badam yağı dayanır. Bir çay qaşığı şirin badam yağı ətirli reseptinizi mükəmməl edəcək. Çünki badam yağının zərif tərkibi digər efir yağlarının həllini tezləşdirir.

Təsadüfi deyil ki, ətirli yağların və kosmetik məhsulların hazırlanmasında badam yağından geniş istifadə edilir. Badam yağının tərkibinin zərifliyi onun kosmetologiyada geniş istifadəsinə səbəb olub.

Məlumat üçün bildirək ki, badam yağı tərkibində yüngül yağ turşuları 78 faiz, azotlu maddələr 11 faiz olmaqla yanaşı, amin turşuları, vitaminlər, karotin, mineral maddələrlə zəngindir.

Yeri gəlmişkən, qədim mənbələrə görə, əsrarəngiz Kleopatra badam yağını bədəninin dərisinə sürtməyi xoşlayırmış.

Ətirli yağların tərkibinin bu zənginliyi sizin dərinizi hamarlaşdırmağa, zərifləşdirməyə qadirdir. Əgər sizə masaj üçün daha çox ətirli yağ lazım olarsa, yuxarıda göstərilən ölçüləri artırmaqla buna nail ola bilərsiniz. Sellülit olan nahiyələrin masaj edilməsi üçün peşəkar masajçılara müraciət etməyiniz məsləhətdir. Amma eyni zamanda, problemli nahiyələri özünüz də gün ərzində iki dəfə masaj edə bilərsiniz.

Sellülitə əleyhinə vanna qəbul etmək də köməyinizə gələ bilər. Bunun üçün 1 stəkan südə bir neçə damcı sitrus meyvələrin (portağal, limon, qreypfrut) yağından damızdırın. Yaxşı qarışdırdıqdan sonra südə istənilən duzdan bir ovuc əlavə edin. Vannanı yarıya qədər isti su ilə doldurun və hazırladığınız məhlulu bu suya tökün. 15-20 dəqiqədən sonra su bir qədər soyuyacaq. Artıq vannaya daxil olmaq olar. Belə vanna qəbul edərkən problemli nahiyələrinizi masaj edə bilərsiniz.

Həftədə bir dəfə belə vanna qəbul etmək, dərinizin xeyli zərifləşməsinə səbəb ola bilər.

Efir yağları ilə vanna qəbul etmək istəyirsinizsə, onda aşağıdakı reseptə əməl edin. İsti su vannasına iki damcı sərv ağacının, rozmarinin, raziyanənin, ətirşahın və limonun yağını əlavə edin.

Ətirli terapiya ilə məşğul olan mütəxəssislər yazırlar ki, raziyanə yağı digər yağlara nisbətən daha çox çəkinin itirilməsinə təkan verə bilər. Qədim mənbələrin yazdıqlarına görə, yunanlar və romalılar bu yağdan aclığa tab gətirmək məqsədilə istifadə edirmişlər. Qadınlar isə kökəlməmək üçün bu bitkini xörəyə əlavə edirmişlər. Bu bitki sidikqovucu təsirə malik olduğundan, orqanizmin əlavə maye ifraz etməsində əhəmiyyətli rola malikdir.

Gözəllik və Moda     Baxılıb: 3043   Tarix: 17 yanvar 2015
f Paylaş

Oxşar xəbərlər

.

Dairəvi üzlü xanımlar üçün ən yaxşı saç kəsimləri

Dairəvi üz üçün ən uyğun saç kəsimləri hər zaman qadınların ən çox maraqlandığı mövzulardan biridir. Güzgüyə baxarkən yanaqların daha dolğun görünməsi bir çoxuna tanış hissdir və çoxları üz formasını daha uzunsov və zəri

.

Təbii gözəllik və onun qadın həyatına təsiri

Müasir dövrün inkişafı ilə birlikdə gözəllik anlayışları da sürətlə dəyişir. Texnologiyanın və media vasitələrinin təsiri altında, gözəllik standartları da daha çox süni tələblərə əsaslanmağa başlayıb. Lakin, son zamanla

.

Baxımlı qadın görüntüsü yaradan 10 sadə detal

Baxımlı görünmək hər zaman bahalı geyimlər, çoxsaylı kosmetik vasitələr və ya hər gün gözəllik salonuna getmək demək deyil. Bəzən qadının ümumi görünüşünü dəyişən çox kiçik detallar olur. Təmiz və səliqəli saç, baxımlı əllər

.

Anatomiya ilə tərs mütənasib GÖZƏLLİK…

İnsan anatomiyası onun zahiri görünüşünü, orqanizmin quruluşunu, formasını və onu təşkil edən toxumaların, orqanların bir-biri ilə və eyni zamanda xarici mühitlə orqanizmin qarşılıqlı əlaqəsini öyrənir. Anatomiya morfoloj

.

Dünyanın ən bahalı beş dodaq boyası

Dodaq boyası uzun illərdir ki, qadınlar üçün ayrılmaz və ən əsası əlverişli gözəllik aksessuarına çevrilib. Pomadaların qiymətinə gəldikdə isə onlar hər qiymətdə olur. Ancaq bununla belə kifayət qədər imkanınız varsa, burad

.

"TikTok"un diktə etdiyi 5 makiyaj trendi

Artıq demək olar ki, hər bir xanım sosial şəbəkələrdən ilham mənbəyi kimi istifadə edir. Tətbiqlərə hər dəfə daxil olanda biz müxtəlif istedadlı və yaradıcı blogerlərin paylaşdığı videolara heyran qalırıq, həmçinin yeni makiya

.

Təbii üsullarla dodaqları daha dolğun və baxımlı göstərmək mümkündürmü?

Dolğun və hamar dodaqlar uzun illərdir gözəllik anlayışının əsas elementlərindən biri hesab olunur. Xüsusilə son illərdə daha həcmli dodaq görünüşünə marağın artması bir çox insanı inyeksiya və kosmetoloji prosedurlarda

.

50 yaşdan yuxarı qadınlara yaraşmayan saç kəsimləri

Uğursuz saç kəsimi ən düşünülmüş obrazı belə poza bilər. Yetkin yaşda çox qısa, ağır və həcmiz (yəni yastı) saç modellərindən uzaq durmaq tövsiyə olunur. Əvəzində düzgün seçilmiş saç düzümü təbii gözəlliyi vurğulayır və insanı

.

Yaş artdıqca hansı estetik prosedurlar daha uyğundur?

Estetik prosedurlar fərqli yaş qruplarına və dəri ehtiyaclarına görə dəyişiklik göstərir. 20 yaşlarında tətbiq olunan yanaşma ilə 40 və ya 60 yaşdan sonra aparılan müdaxilələr eyni olmamalıdır. Yaş artdıqca dərinin elastikliy

turlar.az

gözəllik məhsulları geyim necə seçməli hamilelikde qidalanma oxsamalar əkizlər bürcü bizim məşhurlar yay donlari 2026 kosmetika sevgi kurtlar vadisi sirin qogal yumurta bayati