Sidik kisəsi xərçəngi. Yaranma səbəbləri, əlamətləri və müalicəsi

Sidik kisəsi xərçəngi. Yaranma səbəbləri, əlamətləri və müalicəsiSidik kisəsi sidik yollarının bir hissəsi olan kiçik çanaq boşluğunda yerləşən içiboş bir orqandır. Maddələr mübadiləsinin son məhsulu olan sidik böyrəklər tərəfindən istehsal olunur və sidik axarından keçib sidik kisəsinə düşür.
Sidik kisəsində sidik yığılır və sonra sidik ifrazı zamanı sidik kanalı (uretra) vasitəsilə ifraz olunur.
Sidik kisəsinin divarı üç qatdan ibarətdir:
Daxili qat selikli qişa adlanır. Kisədə yığılmış sidiklə daim təmasda olur, kisənin germetikliyini (kip olmasını) və infeksiyadan qorunmanı təmin edir;
Orta qat əzələ toxumasından ibarətdir. Bu təbəqənin vasitəsilə sidik kisəsi yığılma və sidik ifraz etmə qabiliyyətinə malikdir;
Xarici təbəqəyə fibroz və piy toxuması, həmçinin qan damarları daxildir.
HANSI SİDİK KİSƏSİ ŞİŞLƏRİ OLUR?
Keçid hüceyrəli xərçəng (transitional cell carcinoma), ən çox yayılmış sidik kisəsi xərçəngidir və rast gəlinən bütün sidik kisəsi törəmələrinin 90%-i məhz bu növə aiddir. Keçid hüceyrəli xərçəng hallarının təxminən 70% -i sidik kisəsinin selikli qişa qatı ilə məhdudlaşan səthi şişlərdən ibarətdir. Bu şişlər nadir hallarda metastazlaşır və əksər hallarda həyat üçün təhlükə yaratmır. 30% hallarda, kisənin əzələ qatına böyüyən invaziv xərçəng inkişaf edir. İnvaziv şişlər qonşu orqanlarda yayıla bilər, metastazlaşır və həyat üçün təhlükəlidir.
Yastı hüceyrəli xərçəng (squamous cell carcinoma) - nadir hallarda rast gəlinir və bütün sidik kisəsinin xərçəngi hallarının 1-2%-ni təşkil edir. Sidik kisəsinin xərçənginin bu növü Afrika və Yaxın Şərq ölkələrində yayılıb. 75% hallarda yastı hüceyrəli karsinomaya bu ərazilərdə yayılmış Schistosoma haematobium paraziti səbəb olur.
Adenokarsinoma (adenocarcinoma) - halların təxminən 2%-ni təşkil edir və adətən bətndaxili amniotik mayeyə dölün sidiyini ifraz edən sidik kanalından (uraxusdan) inkişaf edir.
SİDİK KİSƏSİNİN XƏRÇƏNGİNİN YAYILMA TEZLİYİ NƏ QƏDƏRDİR?
Sidik kisəsinin xərçəngi tez-tez rast gəlinən şişlərdən biridir və əsasən 60-80 yaş arasında aşkar edilir. Hər il Azərbaycanda 300-dən çox yeni sidik kisəsinin xərçəngi halları qeydə alınır. Kişilərdə sidik kisəsinin xərçəngi qadınlara nisbətən 4 dəfə daha tez-tez rast gəlinir. Bu fərq, kişilərin xarici kanserogenlərlə (xərçəngin yaranmasına təsir edən amillər) daha tez-tez təmasda olması (bunlar avtomaşın yanacağı və sürtgü materialları, neft emalı məhsulları, ağır metalların emalı və s.), həmçinin prostat vəzinin böyüməsi nəticəsində sidik kisəsindən sidik axınının pozulması ilə izah olunur. Tütünçəkmə də, risk faktoru olaraq, qadınlarla müqayisədə, kişilərdə da çox yayılmışdır.
SİDİK KİSƏSİ XƏRÇƏNGİ HANSI AMİLLƏRDƏN İNKİŞAF EDƏ BİLƏR?
Təəssüf ki, suala cavab vermək heç də həmişə mümkün deyil. Nə üçün bir adamda sidik kisəsi xərçəngi inkişaf edir, digərində isə yox? Lakin, məlumdur ki, müəyyən risk faktorları olan şəxslər bu xəstəliyə daha çox meyllidirlər.
Tədqiqatlar sidik kisəsi xərçənginin inkişafında aşağıdakı risk faktorların rol oynadığını müəyyən edib:
Tütünçəkmə. Tütünün (o cümlədən, siqaretin) sidik kisəsi xərçənginin inkişafına təsir edən ciddi risk faktoru olduğu sübuta yetirilib. Uzun illər siqaret çəkən adamlar siqaret çəkməyənlərə və ya qısa müddət siqaret çəkənlərə nisbətən daha yüksək riskə malikdirlər. Sidik kisəsi xərçəngi ilə xəstələnmə ehtimalının yüksəlməsi gündə çəkilən siqaret sayının artması ilə bir başa bağlıdır;
Kimyəvi maddələr. Boya və lak, kimya, metallurgiya, toxuculuq və dəri sənayesində çalışanlarda sidik kisəsi xərçəngi inkişafı riski daha yüksəkdir. Bundan əlavə, bərbərlər, maşinistlər, çapçılar, rəssamlar və yük maşını sürücüləri yüksək risk altındadır;
Xərçəngin bəzi müalicə metodları. Digər bədxassəli yenitörəmələrlə bağlı müalicə alan xəstələrdə (məsələn, siklofosfamidlə müalicə və ya qarın və ya çanaq nahiyəsinə şua terapiyasından sonra) sidik kisəsi xərcənginin inkişaf riski yüksəkdir.
SİDİK KİSƏSİ XƏRÇƏNGİNİN ƏLAMƏTLƏRİ HANSILARDIR?
Sidik kisəsi xərçənginin əsas simptomları:
- Sidikdə qanın olması (hematuriya), xüsusilə də, qan olub ağrı hissinin olmaması, ən tipik, adətən ilk və vacib simptomdur (sidik pas və ya tünd qırmızı rəngdə ola bilər);
- Təkidlə, təcili sidik kisəsini boşaltmağa ehtiyac hissi
- Sidik ifrazı zamanı gücənməyə ehtiyac
- Sidik ifrazı (sidik kisəsinin boşaldılması) zamanı ağrı hissi.
SİDİK KİSƏSİ ŞİŞLƏRİ NECƏ AŞKAR EDİLİR?
- Ultrasəs müayinəsi
- Sistoskopiya, biopsiya
- Kompüter tomoqrafiyası (KT)
- Maqnit rezonans tomoqrafiya (MRT)
SİDİK KİSƏSİ XƏRÇƏNGİNİN MÜALİCƏSİ
İstifadə olunan müalicə növü aşağıdakılardan asılıdır.
- şişin sidik kisəsinin divarına nüfuz etməsinin dərinliyi;
- xəstənin yaşı və ümumi sağlamlıq vəziyyəti;
- şişin sidik kisəsinin daxilində yerləşməsi;
- şişin histoloji növü;
- uzaq metastazların olması.
SİDİK KİSƏSİ XƏRÇƏNGİNİN CƏRRAHİ MÜALİCƏSİ
Sidik kisəsi xərçənginin müalicəsi üçün istifadə olunan bir neçə növ cərrahi əməliyyat var. Erkən mərhələlərdə, yalnız şişi və şişin yaxınlığında yerləşən kisənin divarının bir hissəsini çıxarmaqla sidik kisəsinin özünü saxlamaq olar.
Kisənin transuretral rezeksiyası (TUR). Bu əməliyyat endoskopik (kəsiksiz) aparılır. Sidik kisəsinin TUR əməliyyatı sidik kisəsi xərçənginin erkən formalarının müalicəsində istifadə olunur. Bu zaman, bədəndə kəsik aparılmır və əməliyyat sidik kanalı (uretra) vasitəsilə sidik kisəsinə daxil olan xüsusi alətlə (rezektoskop) ilə aparılır:
Resektoskopun kanalı vasitəsilə kisənin boşluğuna xüsusi optik cihaz daxil edilir və görüntü monitorun ekranında göstərilir.
Resektoskopun sonundakı güclü elektrik cərəyanı keçən ilgəkdən istifadə edərək şiş xaric edilir.
Sidik kisəsinin açıq rezeksiyası - böyük bir səthi şiş və ya tək kiçik invaziv şiş olduqda aparıla bilər:
Açıq əməliyyat qarının aşağı hissəsindəki kəsiyin aparılmasını nəzərdə tutur. Əməliyyat zamanı şişlə bərabər sidik kisəsinin bir hissəsi və yaxınlıqda yerləşən limfa düyünlər çıxarılır.
Bəzən sidik kisəsi ilə uretranın (sidik kanalının) birləşdiyi sahə rezeksiya olunmalıdır. Bu zaman ureteranın sidik kisənin başqa bir hissəsinə köçürülməsi (ureterosistoneoanastomoz) tələb olunur.
Radikal sistektomiya. İnvaziv xərçəngdə yeganə müalicə metodu sidik kisəsinin bütöv çıxarılmasıdır - radikal sistektomiya. Radikal sistektomiya yalnız kisənin deyil, bitişik toxumaların da çıxarılmasını nəzərdə tutur. Qadınlarda, adətən uşaqlıq, yumurtalıqlar, uşaqlıq boruları, uşaqlıq yolunun bir hissəsi və uretra (sidik kanalı) çıxarılır. Kişilərdə prostat vəzi və bəzən sidik kanalı (uretra) çıxarılır. Sidik kisəsi çıxarıldıqdan sonra cərrah orqanizmdə sidiyin toplanması və ifrazı üçün yeni yollar yaratmalıdır. Sidiyin bədəndən xaric edilməsi üçün yeni bir yolun yaradılması əməliyyatı "sidiyin yönləndirilməsi" adlanır. Sidiyin yönləndirilməsinin bir neçə yolu var:
"Təbii" sidik ifrazı funksiyasını bərpa etmək baxımından sidiyin yönləndirilməsi üçün ən çox üstünlük verilən metodlarından biridir və özündə sidik kanalı və sidik axarları ilə birləşən nazik bağırsağın bir hissəsindən yeni sidik kisəsi (ileosistoplastika) funksiyasını daşıyan rezervuarın yaradılmasını ehtiva edir;
Bəzən sidiyin yönləndirilməsi üçün nazik bağırsağın bir hissəsini istifadə edərək bir ucu sidik axarı ilə birləşdirilir, digəri isə stoma şəklində ön qarın divarının dərisinə çıxarılır, ətrafına paltar altında daşımaq məqsədilə xüsusi yastı sidik qəbuledici torbalar taxılır - Brikker əməliyyatı (ileum conduit);
Borular sidik axarları daxilində saxlanmaqla, qarın divarına çıxarıla bilər. Bu zaman sidik boruların vasitəsilə xüsusi torbaya (sidik qəbuledici) yığılır - ureterokutanostomiyaya. Borular selik və qan laxtaları ilə tıxana bilər, buna görə onların vəziyyətini diqqətlə monitorinq etmək və vaxtaşırı yuyaraq təmizləmək lazımdır. Həmçinin, borular sidik axarlarından düşə bilər. Bu halda təcili olaraq uroloqa müraciət etmək lazımdır.
Immunoterapiya (BCG terapiyası). Səthi sidik kisəsi xərçəngi zamanı immunoterapiya adlı bir müalicə aparılır. Müalicənin mahiyyəti, xüsusi olaraq hazırlanmış BCG peyvəndinin sidik kisəsinə yeridilməsidir. BCG vaksini əvvəlcə vərəm əleyhinə bir peyvənd kimi hazırlanmışdı, lakin sonradan sidik kisəsi şişlərinə qarşı onun aktivliyi müəyyən olundu. Vaksini meydana gətirən zəifləmiş bakteriyalar bədənin öz immunitetini stimullaşdırır, bu da şiş hüceyrələrini məhv edir. BCG peyvəndinin istifadəsi şişin yenidən yaranma ehtimalını iki dəfə azaldır.
Kimyəvi terapiya xərçəng hüceyrələrini öldürən dərmanların istifadəsidir. Sidik kisəsi xərçəngi zamanı kimyəvi terapiyanın bir neçə fərqli üsulundan istifadə olunur - dərman birbaşa kisəyə daxil edilən intravesikal kimyəvi terapiya və venadaxili yeridilən sistem kimyəvi terapiya:
İnstavesikal kimyəvi terapiya kisədə yerləşən xərçəng hüceyrələrinə təsir göstərir və şişin yenidən əmələ gəlməsinin qarşısını almaq üçün səthi şişlər hallarında aparılır. Sidik kisəsinin daxilinə kimyəvi terapiya aparıldıqda dərmanların yan təsirləri adətən az olur. Müalicə başlandıqdan sonra bir neçə gün ərzində sidikdə qan, tezləşmiş və ağrılı sidik ifrazı ola bilər. Bu simptomlar adətən müalicədən sonra yox olur.
Sistemli kimyəvi terapiya yalnız sidik kisəsində deyil, bütün bədəndə xərçəng hüceyrələrini məhv etməyə imkan verir və invaziv xərçəng və ya metastazlar olduqda həyata keçirilir. Kimyəvi terapiya adətən dövrü aparılır. Hər dövrdə müalicə və istirahət müddəti var. Yan təsirlər dərman vasitəsindən və fərdin tolerantlığından (dözümlülüyündən) asılıdır.
Şüa terapiyası. Şüa terapiyasından xərçəng hüceyrələrini məhv etmək və şişi kiçiltmək üçün yüksək dozada rentgen və ya digər şua növlərindən istifadə edilir. Bu müalicə üsulu invaziv sidik kisəsi xərçəngi zamanı istifadə olunur. Şüalanma seansları xüsusi qurğularda, adətən gündə bir dəfə, həftə sonları istisna olmaqla həftədə beş gün aparılır. Müalicə, ümumiyyətlə, 6-7 həftə davam edir. Şüa terapiyası tək və ya kimyəvi terapiya ilə birlikdə də istifadə edilə bilər.
MÜALİCƏDƏN SONRA MÜŞAHİDƏ NECƏ APARILIR?
Müalicədən sonra, şişin yenidən ortaya çıxması (resediv) baş verə bilər. Səthi formalar zamanı bu ehtimal 70%-ə çatır. Yeni şiş ilk törəmə olduğu yerdə əmələ gələ bilər, lakin adətən sidik kisəsinin selikli gişasının digər bir hissəsində resediv inkişaf edir. Buna görə sidik kisəsi xərçəngi ilə müalicə olunan xəstələr əməliyyatdan sonrakı ilk il ərzində hər 3 aydan bir müayinə olunmalıdır. Müayinənin ən vacib komponentlərindən biri sistoskopiyadır. Müayinəyə, həmçinin baxış, qan və sidik analizləri daxildir, ultrasəs və ya kompüter tomoqrafiyası da təyin edilə bilər.
Milli.Az /news.milli.az

Xəbərlər     Baxılıb: 1799   Tarix: 09 aprel 2022
f Paylaş

Oxşar xəbərlər

.

Xərçəngə qarşı mübarizədə böyük ümid: Yeni peyvənd hazırlandı

"Merck" və "Moderna" şirkətlərinin birgə hazırladığı eksperimental peyvənd dəri xərçənginin təkrarlanması və ya ölüm riskini 42 faiz azaldıb. xəbər verir ki, "İntismeran autogene" adlanan peyvən

.

Hər gün üzüm yesək, nə olar?

Üzüm həm dadı, həm də zəngin qida tərkibi ilə seçilən meyvələrdəndir. -ın məlumatına görə, tərkibində vitaminlər, minerallar, lif və antioksidantlar olan bu meyvənin müntəzəm, ölçülü miqdarda istehlakı sağlam qidalanmay

.

Mixək çayının yaddaşa faydası

Mixəkdə olan "eugenol" adlı maddə antioksidant və iltihabəleyhinə xüsusiyyətləri ilə araşdırılır. -a istinadən xəbər verir ki, bəzi heyvan tədqiqatlarında mixək tərkibli maddələrin yaddaş göstəricilərinə və stressl

.

Avtomobil sürənlər üçün vacib xəbərdarlıq

Uzun müddət avtomobil idarə etmək boyun sağlamlığına mənfi təsir göstərə bilər. xəbər verir ki, türkiyəli həkim Burak Orhan Boranın sözlərinə görə, xüsusilə tıxaclarda tez-tez dayanıb-hərəkət etmək, yanlış oturuş vəziyyət

.

Gecələr ayaqlarda qıcolmaların təhlükəli səbəbləri

Gecə yuxu zamanı ayaq əzələlərində qəfil və ağrılı qıcolmalar bir çox insanda müşahidə olunur. xəbər verir ki, bu hal bəzən sadə səbəblərlə bağlı olsa da, tez-tez təkrarlanması müəyyən sağlamlıq problemlərinin əlaməti ol

.

Göz quruluğunun səbəbi bəlli oldu

Smartfon, planşet və kompüterdən uzun müddət istifadə göz quruluğu şikayətlərini artırır. xəbər verir ki, mütəxəssislər gözlərdə yanma, batma, qızartı və görmənin bulanması kimi əlamətlərin diqqətdən kənarda saxlanılmamasın

.

Gözə linza taxdırmazdan əvvəl bunu mütləq bilməlisiniz

"Yeni nəsil göz içi linzalar üçün ciddi yaş məhdudiyyəti yoxdur. Linza seçimində əsas meyar yaş deyil, gözün ümumi vəziyyəti və pasiyentin gündəlik görmə ehtiyaclarıdır". xəbər verir ki, bu fikirləri Səhiyyə Nazirliyini

.

Qəhvəni bu saatda için

Kardioloq və terapevtlər qəhvə qəbulunda təkcə miqdarın deyil, içkinin hazırlanma üsulu və qəbul edildiyi saatın da vacib olduğunu bildiriblər. xəbər verir ki, mütəxəssislərin sözlərinə görə, kofein qəbulunu 15:00-16:00 radələrind

.

Dünyada nadir rast gəlinir: "Vampir xəstəliyi" nədir?

Ektodermal displaziya nadir rast gəlinən genetik xəstəliklər qrupuna daxildir. xəbər verir ki, xalq arasında bəzi əlamətlərinə görə "vampir xəstəliyi" kimi tanınan bu vəziyyət dəri, saç, dırnaq, diş və tər vəzilərini

turlar.az

aksessuarlar geyim dəbləri kosmetika mehsullari daban agrisi cinsiyyet veremum reseptler kosmetika həsən bəy zərdabi novruz masturbasiya nedir atalar sözü vətənə aid bayatı