Sidiyin laborator analizinin verilmə qaydası

Sidiyin laborator analizinin verilmə qaydasıÜmumi və biokimyəvi analiz üçün sidik
Hazırlıq: Analizi verməzdən əvvəl sidiyin rənginə təsir edən meyvə və tərəvəz (çuğundur, kök və s.) qəbul edilməməlidir. Dərman preparatlarının qəbulu zamanı sidiyin yığılması arzu olunmazdır. Əgər bunu başqa vaxt etmək mümkün deyilsə, o zaman müalicə həkimini bu barədə xəbərdar edin. Qadınlara aybaşı dövründə və sistoskopiyadan sonra 5-7gün ərzində sidik analizi vermək məsləhət görülmür.
Yığılması: Sidik yığılmazdan əvvəl gigyenik qaydalara əməl edin.
Səhər yuxudan qalxan kimi ilkin səhər sidiyinin orta porsiyası yığılmalıdır. Sidik yığıldıqdan sonra konteynerin qapağı kip bağlanılmalıdır. Konteyner 1-2 saat ərzində laboratoriyaya çatdırılmalıdır. əgər sidiyi yuxarıda göstərilən vaxtda çatdırmaq mümkün deyilsə, onda sidiyi 2-8оC saxlamaq lazımdır.
Biokimyəvi analiz üçün sutkalıq sidik
Sidik sutka ərzində yığılmalıdır. Səhərin ilkin sidiyi atılır. Sidiyin porsiyaları kimi gün ərzində, gecə və o biri günün ilkin səhər sidiyi yığılır. Yığılmış bütün sidik yığım vaxtında sərin (+4+8 )yerdə saxlanılan qaba yığılır.
Sidiyin yığılması tamamlandıqdan sonra qabdakı həcm dəqiq ölçülür,yığılmış sidik qarışdırılır və steril konteynerə (50 ml-dən artıq olmayaraq) tökülür. Konteyner tədqiqatlar üçün laboratoriyaya gətirilir.

Neçiparenko sınağı ilə sidik analizi

Yığılması: Sidik yığılmazdan əvvəl, gigyenik qaydalara əməl etmək lazımdır.
Tədqiqatlar yalnız ilkin səhər sidiyində aparılmalıdır. Bunun üçün mütləq ilkin səhər sidiyinin orta porsiyası yığılmalıdır. Orta porsiyanın yığılması üçün sidiyi 1-2 saniyə buraxılır, bundan sonra steril konteynerə 50 ml-dən az olmayaraq sidik yığılır. Sidik yığıldıqdan sonra konteynerin qapağı kip bağlanılmalıdır. Yığılmış sidik sidik yığımına başladıqdan 2 saat gec olmayaraq laboratoriyaya çatdırılmalıdır.
Zimnitski sınağı ilə sidik analizi
Hazırlıq:

- Sidiyi yığarkən normal su və qida rejimini gözləmək lazımdır (qəbul olunan mayenin miqdarı 1,5 litrdən artıq olmamalıdır).
- Müayinə günü sidikqovucu preparatlardan istifadə etmək olmaz.
Bu şərtlərə riayət etmədikdə sidiyin miqdarının süni artımı və nisbi sıxlığının azalması baş verir, bu da həkimə nəticəni düzgün açıqlamağa imkan vermir.
Yığılması:
Səhərin ilkin sidiyi (səhər saat 6:00-da) analizin keçirilməsi üçün lazım deyil
Səhər saat 6:00-da pasiyent sidiyə çıxır, bu porsiya atılır.
Bundan sonra hər 3 saatdan bir (6s.- 9s., 9s.-12s., 12s.-15s., 15s.-18s., 18s.-21s., 21s.-24s., 24s.-3s., 3s.-6s) bu intervalın sidiyi yığılır. Hər 3 saatdan bir yığılmış sidik müvafiq konteynerə yığılmalıdır.
Həmçinin sutka ərzində qəbul olunan mayenin və duru qidanın təqribi həcmi ölçülməlidir.
8 konteynerin qapağı hər sidik yığımından sonra kip bağlanılmalıdır və sərin yerdə saxlanılmalıdır ( soyuducuda 4-8 оC saxlamalı, dondurmaq olmaz!).

Bakterioloji tədqiqat üçün sidik (antibiotiklərə qarşı həssaslığın təyin olunması ilə birgə)
Sidik antibakterial müayinəyə başlamazdan əvvəl və ya 1-2 həftə keçdikdən sonra verilməlidir. Əgər xəstə antibakterial preparat qəbul edirsə, bu zaman onların qəbulunu müvəqqəti dayandırlmalıdır.

Xarici cinsiyyət orqanların gigyenasından sonra sidiyi 1-2 saniyə buraxmaq və orta porsiyanı 5-10 ml həcmdə ağzı kip bağlanması şərti ilə steril konteynerə yığıb 1 saat ərzində laboratoriyaya çatdırmaq lazımdır. Yuxarıda göstərilən sidiyin çatdırılması qaydasını yerinə yetirə bilmədikdə yığılmış sidik 1 sutka ərzində soyuducuda saxlanıla bilər. Materialı dondurmaq olmaz

Sağlamlıq     Baxılıb: 15021   Tarix: 30 noyabr 2013
f Paylaş

Oxşar xəbərlər

.

Masaj müalicəvi faydaları

Masaj xidməti müalicəvi xüsusiyyəti tarix boyu tanınmışdır. Dünyada icra edilən masajların nəzərdən keçirilən zaman göstərir ki, bunların çoxu, təxminən 90%-i, sağlamlığın bərpası məqsədilə tibbi masaj xidməti kimi icra edilir

.

Balqabağın UNİKAL MÜALİCƏVİ XÜSUSİYYƏTLƏRİ

Balqabaq ən faydalı tərəvəzlərdən biridir. Azkalorili, dadlı, vitamin və minerallarla zəngin olan bu tərəvəzin sağlamlıq üçün xeyirli xüsusiyyətləri saymaqla bitməz.  sizi balqabağın faydaları ilə tanış edir. 1. Karotinlərl

.

3 təbii çarə ilə cinsi istəksizliyə - SON

Bu vasitələr potensiyanızda olan problemləri aradan qaldırmaqla yanaşı həm də orqanizminizə ümumi şəkildə müsbət təsir göstərəcək. Bal və qoz.  . Mütəxəssislər tərəfindən bu qarışığın "Viaqra"dan da güçlü olmas

.

Giləmeyvə çaylarının faydaları nələrdir?

Sağlamlığımız üçün bitki çayları qədər giləmeyvə çayları da çox faydalıdır. Sağlamolun.az orqanizmimizə faydalı olan bitki, çiçək və giləmeyvə çaylarını təqdim edir:. Şüyüd - Həzm çayıdır. Həzmi yaxşılaşdırır. Şişkinliy

.

DİQQƏT: Hansı meyvənin tumu botoks effekti verir?

Dəri və saç problemlərini aradan qaldırmaq üçün çoxlu müxtəlif kosmetik məhsullardan istifadə olunur. Ancaq ekspertlər avokadonun tumunun təbii faydalarının onlardan daha təsirli ola biləcəyini bildirirlər. xəbər verir ki

.

Səhərlər acqarına 3 ədəd qoz yeməyin inanılmaz faydaları

Qoz beyinə faydaları ilə məşhur olsa da, başqa faydaları da var. Qozda A, E və B vitaminləri, həmçinin dəmir, sink, mis və maqnezium kimi minerallar mövcuddur. Acqarına qoz yeməyin faydaları bunlardır:. Enerji verir: Qozd

.

Hansı halda seks insanı xoşbəxt edir?

ABŞ alimləri müntəzəm intim münasibətin xoşbəxtlik üçün vacib olduğunu sübut edib. "Medicina" xəbər verir ki, sorğuda 300 könüllünün intim həyatı və razılıq hissi araşdırılıb. Məlum olub ki, həyatlarında mütəmad

.

Partladılmış Qarğıdalının xeyri və zərəri haqqında

Partladılmış Qarğıdalının faydaları və zərərləri haqqında məlumat olduqca azdır.Maraqlı haldır ki, bağlama halında satılan bu qidalar üzərində olan reklam mətnləri isə insanı haradasa bu qidanın hava, su qədər vacibiyyətin

.

Qadınların intim gigiyenası. 4 VACİB QAYDA

Həkim-ginekoloqlar qadınlar tərəfindən intim gigiyenaya riayət edilməsini qadın reproduktiv sistemi xəstəliklərinin profilaktikasının vacib hissəsi hesab edirlər.  bildirir ki, intim gigiyena qaydalarını bilməmək və ya onlar

turlar.az

kosmetoloq reseptler qis geyimləri 2026 soz ehtiyati artirmaq vətənə aid bayatılar haqista hamiləlik və doğuş kosmetika oglaq englishdilində qulaq vətən haqqında atalar sözləri kökəlmək üçün 8 mart