Sifilis nədir?

Sifilis nədir?Sifilis (Luis)

Sifilis- klassik zöhrəvi xəstəliklər qrupuna aid olub, çox asanlıqla sağlam cinsi partnyora keçərək xəstəliyin ilk etaplarında cinsi orqanlarda xoraların meydana gəlməsilə xarakterizə olunur. Sifilisin səbəbi "treponema pallidum " adlı yüksək kontaginoz bakteriyalardır. 50% hallarda yoluxmuş şəxs ilk cinsi əlaqədə belə tam sağlam cinsi partnyoru yoluxdura bilər.

Adlandırma tarixi 1530 cu ildə C.Frakastronun "Syphilis sive de morbo Gallico" (sifilis və ya fransız xəstəliyi) əsərindəki Sifilis obrazının adı ilə bağlıdır.

Venerologiyada xəstəlik 2 cür klassifikaiya olunur.

Klassik klassifikasiya :

-Birincili sifilis
-İkincili sifilis
-Üçüncülü sifilis
-Anadangəlmə sifilis

Geniş klinik-laborator klassifikasiya:

-Birincili seroneqativ sifilis
-İkincili seropozitiv sifilis
-İkincili təzə sifilis
-İkincili residivləşən sifilis
-Üçüncülü aktiv sifilis
-Üçüncülü gizli sifilis
-Dölün sifilisi
-Erkən anadangəlmə sifilis
-Gecikmiş anadangəlmə sifilis
-Gizli anadangəlmə sifilis
-Visseral sifilis
-Sinir sisteminin sifilisi

Xəstəliyin əsas ötürülmə yolu cinsi hesab olunur, lakin qan (donor qan, şpris və s.) və çox nadir hallarda məişət yolu ilə də yoluxmalar baş verir. Bu hal yalnız üçüncülü sifilisdə baş verir, o halda ki, xəstədə açıq sifilitik xoralar və dağılan sifilitik qummalar olsun.

Sifilisin patogenezi solğun treponemanın orqanizmdə "məskunlaşmasına" qarşı orqanizmin verdiyi reaksiyaya əsasən davam edir.

Yoluxmadan sonra xəstəliyi klassik sistemlə klassifikasiyalşdırsaq aşağıdakı etapları qeyd etmək olar.

Birincili sifilis- Sifilisin ilk etapıdır. İnkubasion dövrdən sonra (yoluxma ilə ilkin simptomların meydana gəlməsi arasındakı dövr ) hansı ki, 10-12 həftə davam edir, kontakt sahəsində ağrısız xora şəklində dəri zədələnmələri meydana çıxır. Xora tünd qırmızı rəngdə, bərk strukturlu olur və buna veneralogiyada bərk şankr deyilir.Xəstənin müalicə alıb-almamağından asılı olaraq 1-1,5 ay ərzində şankırlar itə bilər. Bu dövrdə kontaminasiya risqi yüksəkdir. Birincili sifilisin başlamasından 5-8 gün sonra xəstədə regionar limfa düyünləri böyüyür, spesifik bubonlar formalaşır.

Birincili sifilisin özünü də iki dövrə ayırsaq qeyd edə bilərik ki, birinci periodda standart seroloji reaksiyalar (Vasserman, İFA) "-" nəticə verir. Bu dövr seroneqativ dövr adlanır. İkinci dövrdə isə seroloji reaksiyalar "+" nəticə verir ki, bu da seropozitiv dövr adlanır.

İkincili sifilis- Xəstəliyin ikinci dövrüdür. Yoluxmadan hətta bir həftə sonra belə başlayıb 6 aya qədər davam edə bilər. Əsasən bu dövr bərk şankırın əmələ gəlməsindən 6-7 həftə sonra baş verə bilər. Bu etap sinədə, kürəkdə, əl və ayaqda səpkilərin yaranması, boyun, qoltuqaltı və çanaq nahiyyəsində limfa düyünlərinin böyüməsi ilə xarakterizə olunur. Demək olar ki, bütün orqanlar zədələnir, əsasən də sinir sistemi, sümük, qaraciyər, böyrək və s. Xəstənin hərarəti artır, boğazında ağrılar olur, saçları isə tökülür. Bu dövrdə hər hansı bir təmas belə xəstəliyin zədələnmiş dəridən asanlıqla keçməsinə səbəb olur.

Üçüncülü sifilis- Xəstəliyin üçüncü dövrü hesab olunur.Əsasən adekvat müalicə alınmadığı hallarda yoluxmadan 3 il sonra baş verir. Dəri və daxili orqanlarda xoralar, oynaqlarda isə ağrı və ya hissiyyatın itməsi baş verir. Bu dövrdə xəstədə ağır ürək-damar qüsurları, baş və onurğa beyin zədələnmələri, ifliclər, psixi pozğunluqlar və s inkar edilmir.

Sifilisə yoluxmuş hamilə qadın uşağı da asanlıqla yoluxdura bilər. Döldə də xəstəliyin gedişatı böyüklərdəki kimi olur ki, bu da ya hamiləliyin pozulmasına, ya da yenidoğulmuşlarda anomaliyalara səbəb olur.

Xəstəliyin diaqnozu kliniki əlamətlərə və serodiaqnostikaya əsasən qoyulur. PZR birincili və ikincili sifilisdə törədicini tapmağın ən effektiv üsulu hesab olunur.

Müalicə aparılmadığı hallarda letallıq 25 % təşkil edir.

Sağlamlıq     Baxılıb: 5135   Tarix: 26 noyabr 2013
f Paylaş

Oxşar xəbərlər

.

Kakos yağının - 5 UNİKAL FAYDASI

Kakos yağı xüsusilə son beş ildə populyarlıqda böyük artım müşahidə edən bitki mənşəli məhsullardan biridir. Həm supermarketlərdə, həm də kosmetika mağazalarında bankalarda kokos yağı tapmaq mümkündür. Bundan əlavə, qablaşdırıla

.

Cinsi zəifliyi aradan qaldıran möcüzəvi QARIŞIQ

Son dövrlər stres, əsəb və digər səbəblər kişilərdə cavan yaşlardan cinsi zəifliyi və impotensiyaya səbəb olur. Ölkə.az bildirir ki, bu yaxınlarda alimlər cinsi zəifliyi aradan qaldıran maraqlı qarışıq barədə məlumat yayıblar

.

Cinsi asıllıq: satiriasis və nimfomaniya nə deməkdi? - Maraqlı araşdırma

Cinsi ə . laqəyə girmək istəyinə qarşı dura bilməmək və bunu müxtəlif insanlarla təsadüfi şəkildə həyata keçirmək kimi təyin olunan bir problemdir. bu barədə araşdırıb. "Səhər, günorta və axşam başqa bir qadın/kişi il

.

Özünü Masaj Etmənin Faydaları Nələrdir ?

Özünü masaj etmək sadə, amma olduqca faydalı bir vərdişdir. Günümüzdə insanların çoxu stress, yorğunluq və gərginlikdən şikayət edir. Bu halları aradan qaldırmaq üçün xüsusi ustaya müraciət etməyə ehtiyac olmadan özünü masa

.

3 təbii çarə ilə cinsi istəksizliyə - SON

Bu vasitələr potensiyanızda olan problemləri aradan qaldırmaqla yanaşı həm də orqanizminizə ümumi şəkildə müsbət təsir göstərəcək. Bal və qoz.  . Mütəxəssislər tərəfindən bu qarışığın "Viaqra"dan da güçlü olmas

.

Vaginizm nədir və kişilərdə ilk gecə qorxusu - ARAŞDIRMA

Cəmiyyətimizdə "ilk gecə" adlanan ilk vaginal əlaqə hər bir cütlük üçün çox vacibdir. Qızlıq pərdəsi ilə bağlı mənalar və ilk gecə ilə bağlı yanlış təsəvvürlər bir çox narahatlıqlara səbəb olduğu üçün ümumiyyətl

.

Bu 3 qadın xüsusiyyəti kişiləri uzaqlaşdırır

Bəzən kişi qadının malik ola biləcəyi keyfiyyətlərə heyran olur. Ancaq zaman keçdikcə bir çox xarakter ortaya çıxır ki, bunlar ayrılmağa aparan yolun başlanğıcı hesab edilir. Yəni bir növ kişilər qadınlardan soyuyur. . Kişilər

.

Ağrı və əzabları aradan qaldırdan yağ - Qızılgül yağı cinsi həvəsi artırır

Bu günə qədər mövcud olduğunu bildiyimiz qızılgül yağı qədim dövrlərdə sağlamlıqda və bir çox xəstəliklərin müalicəsində istifadə edilən əsas yağdır. Osmanlı təbabətində "ağrı kəsici" olaraq xatırlanan qızılgü

.

Cinsi fəallığı, intim həvəsi artıran vasitələr – AFRODİZİAKLAR HAQQINDA BİLMƏDİKLƏRİMİZ

Afrodiziak intim istək, eşq həzzi deməkdir. Bu söz qədim yunanların sevgi ilahəsi olan Afrodita adından götürülüb. Bəs, hələ qədim zamanlardan bu günə qədər insanların böyük maraq göstərdiyi afrodiziak vasitələr nə üçündür

turlar.az

kosmetoloq reseptler qis geyimləri 2026 soz ehtiyati artirmaq vətənə aid bayatılar haqista hamiləlik və doğuş kosmetika oglaq englishdilində qulaq vətən haqqında atalar sözləri kökəlmək üçün 8 mart