SN: Bel çevrəsinin ölçüsünün təzyiq, infarkt və insult xəstəlikləri ilə sıx bağlılığı var

SN: Bel çevrəsinin ölçüsünün təzyiq, infarkt və insult xəstəlikləri ilə sıx bağlılığı varGenetika piylənmənin əsas faktorlarından biridir. İnsanların artıq çəkiyə meyli çox vaxt onların yaxın qohumları və ailə üzvləri arasında müşahidə olunur.
Milli.Az APA-ya istinadən bildirir ki, bunu Səhiyyə Nazirliyinin mütəxəssis-eksperti, qastroenteroloq Emin Məmmədov bildirib.
Onun sözlərinə görə, tiroid vəzinin disfunksiyası metabolizmi zəiflədərək, maddələr mübadiləsini pozur və artıq bədən çəkisinə səbəb olur:
"Piylənmə dedikdə, əsas da qarın nahiyəsinə diqqət yetirmək lazımdır. Normalda kişilər üçün bel 94 sm, qadınlar üçün 80 sm-dən çox olmamalıdır. Bundan əlavə, yuxu pozuntusu da çox ciddi amillərdən hesab olunur. Tədqiqatlar müəyyən edib ki, insanlar nə qədər az yatsa, onların artıq çəki və ya piylənmə ehtimalı bir o qədər yüksək olur. Bu qismən ona görədir ki, yuxu zamanı ifraz olunan hormonlar iştahı və bədənin enerji istifadəsini idarə etməyə kömək edir. Həmçinin, stress və depressiya zamanı da bəzi insanlar daha çox nəzarətsiz qida qəbuluna meyilli olurlar.
İkinci tipli diabetli xəstələrin demək olar ki, əksəriyyəti artıq çəki və ya piylənmədən əziyyət çəkir. Piylənmə yağ turşularının səviyyəsini artırır və nəticədə diabetə səbəb ola biləcək iltihablı prosesləri təhrik edir. Bel çevrəsinin ölçüsünün təzyiq, infarkt və insult xəstəlikləri ilə sıx bağlılığı var. İnsult, infarkt, hipertoniya, xərçəng kimi xəstəlikləri birbaşa artıq bədən çəkisi ilə bağlılığı danılmaz faktdır.
Ultrasəs müayinəsində istənilən orta bədən çəkili bir insanı müayinə etdikdə bəzən qaraciyər yağlanması diaqnozu aşkarlanır.
Bundan əlavə, piylənmə alkoqol asılılığının nəticəsi də ola bilər".
O qeyd edib ki, sağlam qidalanma insanın həyat tərzinin ən mühüm aspektlərindən və onun sağlamlığına təsir edən amillərdəndir:
"O, insanın normal inkişafını və həyat fəaliyyətini təmin və xəstəliklərin qarşısının alınmasına kömək edən faktordur. Təbii qidalar, mövsümü meyvə və tərəvəzlər xüsusilə faydalı hesab olunur. Qeyri-bitki yağları zərərli xolesterini artıraraq, damarların kirəcləşməsinə ateroskleroz dediyimiz tıxanmaya səbəb ola bilir. Vətəndaşlar arasında yüksək şəkərli un məhsullarına daha az meyli təbliğ etmək lazımdır. Şəkər bəlkə də insan orqanizmi üçün ən arzuolunmaz məhsuldur. Ona görə də təbii, emala məruz qalmayan qidalara üstünlük verilməsi tövsiyə olunur. Həmçinin, düzgün yuxu rejiminə riayət etmək vacibdir".
Milli.Az

Xəbərlər     Baxılıb: 1188   Tarix: 05 mart 2024
f Paylaş


Kurslar.az kurslar

Oxşar xəbərlər

.

Alimlər xərçəngi xəstəliyinin müdafiəsi üsulunu kəşf ediblər

Mayami Universitetinin Silvester Kompleks Onkoloji Mərkəzinin alimləri IL1RAP reseptorunu bloklamaqla mədəaltı vəzi şişinin mikro mühitini dəyişdirməyin üsulunu kəşf ediblər. report-a istinadən xəbər verir ki, tədqiqatı

.

İnfarkt gəlməzdən əvvəl bədən bu siqnalları verir

Ürək-damar xəstəliklərindən qorunmaq üçün gündəlik vərdişlərə diqqət etmək vacibdir. Mütəxəssislər siqaretdən uzaq durmaq, sağlam qidalanmaq və mütəmadi fiziki aktivliyin ürək sağlamlığında mühüm rol oynadığını bildirirlər

.

Yuxuda nar görmək görün nələrə işarə edirmiş?! İNANILMAZ!

Yuxuda nar görmək qadın üçün ziyarət və mücevherata, kişi üçün də övlada, dövlət məmurları üçün terfie, zabitlər üçün əmrlərinin keçməsinə, kəndli üçün oktyabr bərəkətinə, tacir üçün çox quru, xalq üçün yaxşı bir idarəy

.

Yeməkdən sonra bunu etmək çox faydalıdır - 10 dəqiqə bəs edir

Yeməkdən sonra qısa müddətli gəzinti qan şəkərinin yüksəlməsini məhdudlaşdırmağa və sağlamlığa müsbət təsir göstərməyə kömək edə bilər. xəbər verir ki, mütəxəssislərin tövsiyəsinə görə, yeməkdən sonra ilk 15 dəqiqə ərzind

.

Ofisdə "qocalma" qorxusu - Çətirlə işləməyə başladılar

Çində ofis işçiləri arasında "ofis qocalması" adı ilə yeni bir trend yayılıb. İşçilər ofis işıqlarının və kompüter ekranlarının yaydığı ultrabənövşəyi şüalardan qorunmaq üçün iş masalarının üzərində günəş çətirlər

.

Qəhvənin təsiri niyə insandan insana dəyişir?

Qəhvə içdikdən sonra gecə yuxuya gedə bilməyənlər olduğu kimi, yatmazdan əvvəl bir fincan qəhvə içsə belə rahat yatan insanlar da var. xəbər verir ki, mütəxəssislər bunun səbəblərindən birinin genetik xüsusiyyətlərlə bağl

.

Çoxlarının etdiyi bu səhvlər ciddi problemlərə yol aça bilər

Gün ərzində saatlarla telefon və kompüter ekranına baxmaq, yanlış oturmaq və uzun müddət hərəkətsiz qalmaq boyun sağlamlığına mənfi təsir göstərə bilər. xəbər verir ki, türkiyəli həkim İdris Avcı boyun onurğasını yükləyə

.

Yuxuda sevişmək nəyə yozulur?

Yuxular hələ də sirri açılmayan qaranlıqla dolu dünyadır. Yuxu əsrlərdən bəri araşdırılan, həm alimlərin, həm də mistika ilə məşğul olanların cavabını tapmaq istədiyi tapmacadır. Fərqli və rəngarəng yuxular bəzən də cinsəlikl

.

Göz quruluğunun səbəbi bəlli oldu

Smartfon, planşet və kompüterdən uzun müddət istifadə göz quruluğu şikayətlərini artırır. xəbər verir ki, mütəxəssislər gözlərdə yanma, batma, qızartı və görmənin bulanması kimi əlamətlərin diqqətdən kənarda saxlanılmamasın

turlar.az

makiyaj etmek qaydalari maskalar sade makiyaj sekilleri fotoqaleriya dəri xəstəlikləri xinayaxdi bayatilari 2026 cu ilin modasi kosmetika qogal rus dili klitor arxadan olmaq vetene aid bayati