SON DƏQİQƏ! Röyanın keçmiş ailəsinə AĞIR ZƏRBƏ: O da HƏBS EDİLDİ

SON DƏQİQƏ! Röyanın keçmiş ailəsinə AĞIR ZƏRBƏ: O da HƏBS EDİLDİKülli miqdarda kredit vəsaitlərini mənimsəmədə ittiham olunan şirkət rəhbəri həbs edilib.

Baş Prokurorluğun mətbuat xidmətindən Metbuat.az-a verilən məlumata görə, Azərbaycan Respublikasında həyata keçirilən davamlı iqtisadi inkişaf siyasətinin mühüm şərtlərindən biri kimi şəffaflığın və maliyyə intizamının təmin edilməsi, həyata keçirilən iqtisadi islaharların korrupsiyaya qarşı mübarizə tədbirləri ilə dəstəklənməsi prokurorluq orqanları tərəfindən qanunla ona həvalə edilmiş səlahiyyətləri çərçivəsində daim diqqət mərkəzində saxlanılmaqla korrupsiya hüquqpozmaları törətmiş vəzifəli şəxslərə qarşı mübarizədə ardıcıl tədbirlərin icrası davam etdirilir.

Belə ki, müxtəlif hüquqi və fiziki şəxslərin adından bankdan kredit kimi aldığı külli miqdarda vəsaiti bankın vəzifəli şəxsi ilə birgə qulluq mövqeyindən istifadə etməklə təyinatından yayındıraraq şəxsi ehtiyacları üçün mənimsəyən şirkət rəhbərinin qanunsuz əməlləri barədə Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində araşdırma aparılıb.

Keçirilmiş istintaq-əməliyyat tədbirləri ilə müəyyən edilmişdir ki, "Çudo Peçka" və "ÇP Aqro" MMC-lərinin təsisçisi Cəlilov Çingiz Asim oğlu "Bank Standard" QSC Kommersiya Bankının İdarə Heyətinin sədri olmuş Kriman Səlim Eldaroviçlə qabaqcadan razılaşmaqla əlbir olaraq həmin dövrdə banka müxtəlif mənbələrdən, o cümlədən xarici və daxili investorlardan və depozitlərdən daxil olmuş külli miqdarda pul vəsaitləri hesabına 21 milyon 874 min manat məbləğində krediti bankın Müşahidə Şurasının razılığı olmadan dəyəri süni olaraq artıq qiymətləndirilmiş əmlakları girov qoymaqla özünün, yaxın qohumlarının və qohumluq münasibətində olduğu, eləcə də rəhbərlik etdiyi cəmiyyətlərdə işləyən ayrı-ayrı şəxslərin adlarına guya bağ evinin alınması, mənzil təmiri, torpaq alınması və bu kimi digər təyinatlarla rəsmiləşdirilməsinə nail olmuş, daha sonra qeyd olunan kredit müqavilələri əsasında banka guya külli miqdarda kredit borcu olduğu görüntüsünü yaradaraq bir neçə dəfə restrukturizasiya (kreditin və ya onun ödənilməsi şərtlərinin dəyişdirilməsi) etdirməklə mənimsədiyi 13 milyon 962 min manat pul vəsaitini Səlim Krimanla öz aralarında bölüb.

Ç.Cəlilovun qeyd edilən kredit məbləğlərini bankın vəzifəli şəxsləri ilə əlbir olaraq öz qulluq mövqeyindən istifadə etməklə təyinatından yayındırmaqla şəxsi ehtiyaclarına xərcləməsində şübhələr üçün əsaslar yarandığından ona Cinayət Məcəlləsinin 179.3.2 (külli miqdarda mənimsəmə və ya israf etmə, yəni təqsirkara etibar edilmiş özgə əmlakını talama) və 308.2-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə ağır nəticələrə səbəb olduqda) maddələri ilə ittiham elan olunmaqla barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.

Hazırda cinayət işi üzrə qeyd olunan qanunsuz halların tam və hərtərəfli araşdırılmaqla digər təqsirli şəxslərin dairəsinin müəyyənləşdirilərək məsuliyyətə cəlb edilmələri, habelə vurulmuş ziyanın ödənilməsinin təmin edilməsi istiqamətində zəruri istintaq-əməliyyat tədbirləri davam etdirilir.

Qeyd edək ki, həbs olunan Çingiz Cəlilov tanınmış müğənni Röyanın keçmiş həyat yoldaşı Anar Cəlilovun atasıdır.
SON DƏQİQƏ! Röyanın keçmiş ailəsinə AĞIR ZƏRBƏ: O da HƏBS EDİLDİ

Xəbərlər     Baxılıb: 3295   Tarix: 26 iyul 2017
f Paylaş


xidmetler

Oxşar xəbərlər

.

Hovuz suyunun gözlərə zərəri

Hovuz və açıq su hövzələrindəki su gözlərdə qıcıqlanma, quruluq və hətta konyunktivitə səbəb ola bilər. axşam.az-a istinadən bildirir ki,  oftalmoloqların sözlərinə görə, xüsusilə xlor və sudakı bakteriyalar göz sağlamlığın

.

Ürək üçün ən faydalı 10 QİDA

Bəzi meyvə və içkilərin damar sağlamlığına daha əhəmiyyətli təsir göstərə bilir. xəbər verir ki, tədqiqatçılar tək bir qidaya diqqət yetirmək əvəzinə, balanslı və müxtəlif pəhrizin hələ də ən etibarlı yanaşma olduğunu vurğulayırlar

.

Cistka trendinə aldanmayın: Prosedurun riskləri də az deyil

Son illərdə kosmetoloji xidmətlər arasında dəriyə təmizləmə (cistka) proseduru xüsusilə populyarlaşıb. Bir çox insan bu üsuldan sızanaqların azaldılması, məsamələrin təmizlənməsi və daha "təmiz görünən" dəri əld

.

Yuxuda sevişmək nəyə yozulur?

Yuxular hələ də sirri açılmayan qaranlıqla dolu dünyadır. Yuxu əsrlərdən bəri araşdırılan, həm alimlərin, həm də mistika ilə məşğul olanların cavabını tapmaq istədiyi tapmacadır. Fərqli və rəngarəng yuxular bəzən də cinsəlikl

.

Qulaqdakı bu xətt infarkt riskini göstərir

Ürək sağlamlığı ilə qulaqda görünən xətt arasında əlaqə aşkar edilib. xəbər verir ki, tədqiqatçılar qulaqda əmələ gələn və "Frank əlaməti" kimi tanınan bu xəttin ürək tutması riskinin artması ilə yüksək dərəcəd

.

DİQQƏT ! Yuxuda pişik görmüsüzsə ..Ağır xəstəlik gözləyir

Yuxusunda pişik görən adamın, qadın və kişi cinsiyyətinə malik olmasına görə yuxunun təbirləri dəyişir. Əgər bu yuxunu görən adam bir kişisə, bu kişinin normal həyatında diqqətsiz bir şəxsiyyətə sahib olduğu, ətrafındak

.

İnsanlar 150 ​​ilə qədər yaşaya biləcəklər

Yaxın gələcəkdə insan ömrü 150 ilə qədər uzadıla bilər və bu prosesdə bioloji saatların öyrənilməsi və cavanlaşma sahəsində əldə edilən elmi irəliləyişlər həlledici rol oynayacaq. xəbər verir ki, bu proqnozu qocalma tədqiqatlar

.

Neçə dəqiqəyə günəş yanığı yaranır?

Araşdırmalara əsasən, dəri günəşin təsirindən cəmi 15 dəqiqə sonra zədələnməyə başlaya bilər. . -a istinadən bildirir ki, mütəxəssislərin sözlərinə görə, açıq rəngli dəriyə sahib insanlar tünd dərili şəxslərlə müqayisəd

.

Alma sirkəsi şəkər xəstələrini sağaldır?

Elmi sübutlar göstərir ki, alma sirkəsi qan şəkəri səviyyəsi üçün faydalı ola bilər. -a istinadən xəbər verir ki, tədqiqatçılar 15 sağlam insanı altı sınaq yeməyinə məruz qoyublar. Təsadüfi olaraq təyin olunmuş yeməklər zeytu

turlar.az

qadın geyimi geyim şəkilləri yemek reseptleri cennet almasinin hazirlanmasi milli yemek atalar sözləri elm haqqinda psixoloq meslehetleri kosmetika məsəllər irem derici baldiz qaynana veten haqqinda bayatilar