Sosial şəbəkələr ən böyük zərbəni ailə dəyərlərinə vururlar

Sosial şəbəkələr ən böyük zərbəni ailə dəyərlərinə vururlar"Slater and Gordon" hüquq firması "Facebook", "Twitter" və digər sosial şəbəkələrin boşanma hallarının artmasına təsirini öyrənmək məqsədilə araşdırma aparıb.

Nəticə isə xeyli təəccüblüdür. Belə ki, firma müəyyən edib ki, dünyada hər 7-ci nikah sosial şəbəkələr ucbatından pozulur. Cütlüklər boşanma istəmələrinə səbəb kimi daha çox həyat yoldaşlarının sosial şəbəkələrdə paylaşdıqları fotoları, statusları və s.-ni göstəriblər.

"Sosial şəbəkələr nikahlar üçün yeni mina sahəsidir"

Adıçəkilən hüquq firması eyni zamanda müəyyən edib ki, dünyadakı hər 5-ci cütlük sosial şəbəkələrdə həyat yoldaşının ona xəyanət edib-etmədiyini araşdırır. Hər 4-cü cütlük isə həftədə azı bir dəfə öz tərəf-müqabili ilə internetdən istifadəyə görə mübahisə edir. "Slater and Gordon" şirkətinin rəsmisi Endryu Nyuberi boşanmalarda sosial şəbəkələrin rolunun ilbəil artdığını bildirib: "Hər il daha çox müştərimiz boşanmasında "Facebook", "Skype", "Snapchat", "Twitter", "What'sApp" və s. sosial şəbəkələrin rol oynadığını deyir. Sosial şəbəkələr nikahlar üçün yeni mina sahəsidir. Boşanma proseslərində vəkillər sosial şəbəkələrdəki xəyanətə əsas arqument kimi fotoları, video və yazışmaları göstərirlər". Yuxarıda qeyd olunan məsələlərlə bağlı ölkəmizdə vəziyyətin nə yerdə olmasını öyrənməyə çalışdıq.

"Sosial şəbəkələr tərəflər arasında emosional bağı qırdı"

Mövzu ilə bağlı "Zaman-Azərbaycan"ın suallarını cavablandıran Psixologiya və Konsultasiya Mərkəzinin rəhbəri Elnur Rüstəmov bunları dedi: "Bu gün heç kimə sirr deyildir ki, Azərbaycanda ailələrin dağılması səbəblərindən biri də sosial şəbəkələrdir. Bu, artıq sosial-psixoloji problemə çevrilib. Boşanma ilə bağlı verilən ərizələrə baxsaq görərik ki, boşanmaya səbəb kimi tərəflər arasında fikir ayrılığı göstərilir. Fikir ayrılığına səbəb olan amillərdən ən başlıcası isə mobil telefon və sosial şəbəkələrdir".

Müsahibimizin sözlərinə görə, boşanmaların səbəbləri çoxdur: "Misal üçün, tərəflərdən birinin pis vərdişlərə meyilli olması, qayınana-gəlin münasibətlərinin düzgün qurulmaması və s. əsas göstərilir. Amma bu ənənəvi problemlər ailə üçün əksər hallarda ciddi təhlükəyə çevrilmirdi. Son illər mobil telefonların sürətli inkişafı, sosial şəbəkələrin populyarlaşması boşanmaların sayının artmasına, tərəflər arasında münasibətlərin korlanmasına çox böyük mənfi təsir göstərir".

E. Rüstəmov vurğuladı ki, sosial şəbəkələr tərəflər arasında emosional bağı qırdı: "Hansı ki, emosional bağ tərəflərin bir-birinə bağlanmasında çox böyük rol oynayır. Belə ki, dünənə qədər tərəflər boş vaxtları olan kimi bir-biriləri ilə söhbət edirdilər. İndi isə bu amil aradan qalxıb. Tərəflər bir yerdə olmalarına rəğmən, sosial şəbəkələrə qoşulmağı bir-biriləri ilə ünsiyyət qurmaqdan üstün tuturlar. Nəticədə də bir insanın varlığı ilə yoxluğu hiss olunmur. Hazırda bu işi sürətləndirən amillərdən biri də mobil telefonların danışıq vasitəsi olmaqdan daha çox, sosial şəbəkə cihazına çevrilməsidir. Misal üçün, əvvəllər kişi evə gec gələndə qadının gözü qapıda qalırdısa, indi onun gecikməsi əksər hallarda qadının ürəyincədir. O, telefonu ilə sosial şəbəkələrdə rəfiqələri, qohumları və s. ilə yazışır. Beləliklə də, həmin boşluq başqa formada dolmağa başlayır. "Tərəflər onsuz da yaşaya bilirəm" deyə fikirləşirlər. Nəticədə də problem yaşandığı təqdirdə, çox rahat şəkildə ayrılmağa qərar verirlər".

"Boşananların 70%-inin ailəsi sosial şəbəkələr ucbatından dağılıb"
"Sosial şəbəkələr ən böyük zərbəni ailə dəyərlərinə vurdular", - deyən E. Rüstəmov bunları söylədi: "İnsanlarımız ifrat dərəcədə sosial şəbəkələrə meyilləniblər. Mənə müraciət edənlərə əsasən statistik təhlil aparası olsaq, görərik ki, bu gün boşananların 70%-nin ailəsi sosial şəbəkələr ucbatından dağılıb. Bütün bu və ya digər səbəblərə görə boşanma az qala bir normaya çevrilib. Hesab edirəm ki, bir müddətdən sonra vətəndaşlarımızın sosial şəbəkələrə marağı azalacaqdır. Çünki hər bir insanın doyum nöqtəsi var. Müşahidələr göstərir ki, son vaxtlar ölkəmizdə "Facebook" istifadəçilərinin sayı azalıb".

"İnsanlarımız sosial şəbəkələrdən təyinatına görə istifadə etmirlər"

Sosioloq Əhməd Qəşəmoğlu da bildirdi ki, sosial şəbəkələr ailələr üçün real təhlükəyə çevrilib: "Sosial şəbəkələr ilan zəhəri kimidir. Ondan doğru istifadə etdikdə, dərdlərə dərmandır, yanlış istifadə etdikdə isə öldürücü mayedir. İnsanlarımız sosial şəbəkələrdən təyinatına görə istifadə etmirlər. Sosial şəbəkələr insanlara əlahiddə imkanlar verirlər. Ondan imtina etmək doğru deyil. Sadəcə olaraq, sosial şəbəkələr, onların faydaları, təhlükələri barədə ciddi maariflənmə işlərinin aparılmasına, izahatların verilməsinə ehtiyac var". Müsahibimiz sosial şəbəkələrin nikahların pozulmasına təsirləri barədə bunları dedi: "Sosial şəbəkələr xəyanət riskini çoxaldır. Bundan başqa, sosial şəbəkələrə ifrat həvəs, tərəflərin bir-birinə marağının, qayğısının azalmasına gətirib çıxarır. Biz müəyyənləşdirmişdik ki, gənc analardan bəzilərinin başı sosial şəbəkələrə o qədər qarışır ki, yemək hazırlamağa, övladlarının dərsləri ilə maraqlanmağa vaxtları qalmır. Bu da ailədaxili ziddiyyətlərin başlanmasına təkan verir".

Çox təhlükəli tendensiya...

"Sosial şəbəkələrdən istifadə edən adam gərək təcrübəli olsun", - deyən Ə. Qəşəmoğlu fikirlərini belə əsaslandırdı: "Azərbaycanda işləməyən həyat yoldaşı üçün başını qatsın deyə evə internet çəkdirmək kimi çox təhlükəli tendensiya hökm sürür. Hansı ki, internetin təhlükələrindən, tələlərindən xəbəri olmayanlar çox rahat şəkildə hansısa mənfi maraqlar güdən cinayətkarların qurbanlarına çevrilə bilirlər".

Sağlamlıq     Baxılıb: 2140   Tarix: 19 oktyabr 2021
f Paylaş


Kurslar.az kurslar

Oxşar xəbərlər

.

DİQQƏT: Hansı meyvənin tumu botoks effekti verir?

Dəri və saç problemlərini aradan qaldırmaq üçün çoxlu müxtəlif kosmetik məhsullardan istifadə olunur. Ancaq ekspertlər avokadonun tumunun təbii faydalarının onlardan daha təsirli ola biləcəyini bildirirlər. xəbər verir ki

.

Qara zirə (Çörək otunun) faydaları

1.Qara zirənin üyüdülmuş dənələrini balla qarişdirilmiş halda istifadə etmək öd kisəsindəki və böyrəklərdəki daşları əritməyə kömək edir. 2.Qara zirə orqanizmin iş qabiliyyətini və həyat tonusunu yüksəldir. 3.Qara zirəni

.

Qadınlar və kişilər üçün faydalı olan ÇƏRƏZLƏR - TÖVSİYƏ

Rasionunuza müəyyən növ çərəzlərin daxil edilməsi sağlamlığınızı əhəmiyyətli dərəcədə yaxşılaşdıra bilər. Diyetoloqlar qadınlara qoz, badam, fındıq yeməyi məsləhət görür. Şam fıstığı və badam dəri üçün faydalı olan çoxl

.

İsti hava kişilərin ata olmaq şansını azaldır - SƏBƏB?

Son araşdırmalar göstərib ki, həddindən artıq isti hava kişilərdə spermanın kəmiyyətinə və keyfiyyətinə mənfi təsir göstərir. Sinqapur Milli Universitetində aparılan araşdırmada 818 kişidən alınan sperma nümunələri sayəsind

.

Babasili, mədə xorasını sağaldan qanqal - Qaraciyərin dərmanı

200 il bundan əvvəl qanqalın adı Qədim Romanın tibbi elmi əsərlərində çəkilirdi. Bitki qara ciyər xəstəliklərində istifadə olunurdu. Uzaq keçmişdə qanqalı Avropa həkimləri də qara ciyər xəstəlikləri zamanı istifadə edirdilər

.

Bu 3 qadın xüsusiyyəti kişiləri uzaqlaşdırır

Bəzən kişi qadının malik ola biləcəyi keyfiyyətlərə heyran olur. Ancaq zaman keçdikcə bir çox xarakter ortaya çıxır ki, bunlar ayrılmağa aparan yolun başlanğıcı hesab edilir. Yəni bir növ kişilər qadınlardan soyuyur. . Kişilər

.

Özünü Masaj Etmənin Faydaları Nələrdir ?

Özünü masaj etmək sadə, amma olduqca faydalı bir vərdişdir. Günümüzdə insanların çoxu stress, yorğunluq və gərginlikdən şikayət edir. Bu halları aradan qaldırmaq üçün xüsusi ustaya müraciət etməyə ehtiyac olmadan özünü masa

.

Dəri niyə qaşınır? 15 ƏN YAYILMIŞ SƏBƏB

Dərinin qaşınması bir çox xəstəliklərin və pozulmaların əlaməti ola bilər. Bəzən bu simptom çox ciddi xəstəliyin ilk simptomu kimi meydana çıxır. Bu səbəbdən əgər sizi "səbəbsiz" qaşınma narahat edirsə, mütləq həkim

.

Cavan və gözəl qalmaq üçün - Möhtəşəm ƏDVİYYAT

Sarıkökün sağlamlıq üçün misilsiz faydaları elmdə çoxdan sübut olunub. Bu ədviyyat mikrob və virus əleyhinə təsir edir, orqanizmdə iltihabları azaldır, güclü antioksidant olduğundan xərçəngin riskini azaldır, qaraciyər üçü

turlar.az

hamilelikde qidalanma həkim məsləhəti geymler 2026 parfümeriya pehriz saxlamaq qaydalari gözəl xanım badam kosmetika şəhid janrlar qiz evi haxista nagillar novruza aid hakışda