Soyuq hava koronavirusu sürətlə yayır? - Virusoloq açıqladı
Havaların kəskin soyuması yeni növ koronavirusun yayılma riskini daha da artıra bilər. Bir çox dünya alimləri bu qənaətə gəliblər.
Ümumdünya Səhiyyə Təşkilatından verilən açıqlamalarda isə qeyd edilir ki, koronavirus soyuq və quru mühitlə müqayisədə yüksək temperatur və yüksək nəmlik şəraitində sağ qalır.
İnsan bədəninin normal temperaturu xarici hərarət və havadan asılı olmayaraq 36,5-37°C arasında qalır. Yeni növ virusdan qorunmağın ən optimal yolu mütəmadi olaraq əlləri sabun və su ilə yumaq, yaxud 60-70% spirt tərkibli məhlullarla təmizləməkdir.
Son günlər Azərbaycanda da soyuq hava şəraiti hökm sürür. Bu, COVID-19-un sürətlə yayılmasına səbəb ola bilərmi?
Virusoloq Tərlan Məmmədov Publika.az-a açıqlamasında söyləyib ki, soyuq havalardan fərqli olaraq isti havalarda virusların təsiri azalır və ya tamamilə yox olur:
"Çünki isti hava virusların quruluşuna təsir göstərir. Onların quruluşu pozulur. Amma soyuq hava virusların quruluşuna heç bir təsir etmir. Yəni, soyuq havada virusların quruluşunu pozacaq hər hansı uyğun şərait yoxdur. Ona görə də viruslar soyuq havada daha yaxşı qala bilirlər. Məhz bu səbəbdən də soyuq havada virusların həm qalması, həm də yayıla bilməsi mümkündür. Buna virusun çoxalması yox, yayılması desək, daha doğru olar, yəni bir insandan o biri insana keçməsi soyuq havalarda daha çox ola bilər".
Həkim qeyd edib ki, virusların dəmir və plastik materialların üzərində, hər hansı cismin səthində, havada olması mümkündür:
"Ona görə də insanlar ehtiyatlı olmalıdırlar. Əsasən 35 dərəcədən yuxarı havada viruslar məhv olur. Bunun da səbəbi qeyd etdiyim kimi, onların quruluşunun pozulması ilə əlaqədardır".
Gəlinən nəticə ondan ibarətdir ki, soyuq havalarda virusun quruluşu pozulmadığı üçün onun insandan insana keçərək yayılması mümkündür. Hətta bu, əhalinin sıxlığından asılı olaraq sürətlə baş verə bilər. Bir sözlə, soyuq havalarda evdən bayıra çıxmamaq daha məqsədəuyğundur.
Tural Turan









Uşağın cinsiyyətini Çin təqvimi ilə hesablayın! - 95% DOĞRU
İdeal Dieta: 1 həftəyə 5 kq arıqla!
Azərbaycan toylarında yengə nə üçün lazımdır?
Cinsi əlaqə zamanı nə etmək lazımdır?
Qarazirə hər dərdin çarəsi olan bitki
Ən güclü təbii antibiotik: Udi hindi bitkisinin faydaları
Yuxuda sevişmək nəyə yozulur?
Muraddan oğulları ilə bağlı paylaşım - FOTO
Aparıcı Elgiz Əkbər qayıdır - Burada veriliş aparacaq
Yeni boşanan aktrisa məşhur serialda
"Survivor" dördüncüsü ailə qurdu
Stress bu xəstəliyini kəskinləşdirə bilər
Maşında ürəkbulanma niyə yaranır? - Səbəb
4 saatdan çox yol gedirsinizsə, bu təhlükə sizi gözləyir - Ölə bilərsiniz