Soyuq havalarda hansı qidalar immuniteti viruslardan qorumağa kömək edir?
Soyuq fəsildə viruslardan qorunmaq və immuniteti gücləndirmək xüsusən aktualdır.
Publika.az xəbər verir ki, rusiyalı həkim və qastroenteroloq Nikita Xarlov heyvan yağlarının istifadəsinin payız fəslində bədənə kömək edə biləcəyini söyləyib. Mütəxəssis yağların immuniteti gücləndirməyə kömək edəcəyini qeyd edib, çünki selikli qişa onlardan qurulur və bu da infeksiyanın ilk müdafiə qapısıdır.
"Qaz, mal əti, hətta ayı və qunduz yağı da yeyə bilərsiniz. Hansı birini tapsanız, istifadə edin", - Xarlov "Sputnik" radiosuna verdiyi müsahibədə bildirib.
Həkim heyvan yağlarının faydalı olduğunu, ikinci yerdə Omeqa-3 çox doymamış yağ turşularının gəldiyini qeyd edib. Zeytun və günəbaxan yağlarına isə bədən daha az uyğunlaşır. Ən zərərlisi "iyrənc" trans yağlardır.
Xarlov xatırladıb ki, bu maddələrin istifadəsində nə vaxt dayanacağınızı da bilməlisiniz, çünki yağların həddən artıq istifadəsi xeyirdən daha çox zərərli olacaq. Mütəxəssis əlavə edib ki, norma rasionun 20 faizini təşkil etməlidir, eyni zamanda karbohidratlar da tənzimlənməlidir. Daha çox yağ qəbul edirsinizsə, karbohidrat nisbətini azaltmalısınız və ya əksinə.
Aytən Məftun









Azərbaycan toylarında yengə nə üçün lazımdır?
Cinsi əlaqə zamanı nə etmək lazımdır?
Arzuolunmaz hamiləlik
Yuxuda sevişmək nəyə yozulur?
Xalq artisti Naibə Allahverdiyeva xəstəxanaya yerləşdirildi
"Eşref Tek" nə vaxt yayımlanacaq?
"Qızım babası kimi siyasətçi olacaq
Xərçəngə qarşı mübarizədə böyük ümid: Yeni peyvənd hazırlandı
Nev vəfat etdi
Rafet El Romanın azərbaycanlı nişanlısı - Foto
Həkimlər ən zərərli qəhvə növünü açıqladılar - Ürək üçün təhlükəlidir