Süd məhsullarının faydası

Süd məhsullarının faydasıSüd məhsullarının faydası çoxdan təsdiq olunmuş bir faktdır. Süd məhsulları mədə şirəsinin ifraz olunmasını stimullaşdırır, bağırsaqların fəaliyyətini və maddələr mübadiləsini yaxşılaşdırır, orqanizm tərəfindən çox tez və asan mənimsənilir.

Bundan əlavə, insan orqanizminə düşdükdə südturşulu bakteriyalar S, B1, B2, B12, D vitaminlərini və hətta təbii antibiotikləri istehsal edir ki, onlar xəstəlikləri törədən mikrobların (o cümlədən, mədə-bağırsaq və vərəm xəstəlikləri törədən mikrobların) inkişafını dayandırır və ya onları məhv edir.

Süd məhsullarının tərkibində orqanizm üçün vacib olan çoxlu miqdarda kalsium və fosfor mikroelementləri var ki, bu da insanın dişləri və sümükləri tərkibinə daxildir.
Bundan əlavə, kalsium insanın ürək əzələsinin, gözlərin, sinir sisteminin sağlamlığında böyük rol oynayır. Digər süd məhsulları ilə müqayisədə, kalsium daha çox miqdarda bərk pendirlərin tərkibində olur.

Lakin süd məhsullarının, bəlkə də, ən əsas dəyəri ondan ibarətdir ki, onlar bağırsaq mikroflorasını yaxşılaşdırırlar. Pis ekologiya, stresslər, antibiotik və s. dərmanlarının tez-tez qəbul edilməsi, düzgün olmayan qidalanma bağırsaqların mikroflorasına güclü zərbə vurur.
Nəticədə, orada "yaşayan" xeyirli mikroorqanizmlərin sayı kəskin surətdə azalır və əksinə zərərli mikroorqanizmlərin sayı artır. Bu balans pozulduqda disbakterioz inkişaf edir, nəticədə isə insanın immun sistemi zəifləyir. İmmun sistemin zəiflənməsi isə orqanizmdə müxtəlif xəstəliklərin və pozğunluqların əmələ gəlməsinə yol açır.

Qatıq və yoqurt mədə şirəsinin ifrazını çoxaldır, mədəaltı vəzin fəaliyyətini yaxşılaşdırır. Onlar qəbizlik, kolit, qastrit, qara ciyər və öd yollarının xəstəlikləri, piylənmə, ateroskleroz, hipertoniya, qanazlığı, miokard infarktı zamanı çox xeyirlidir.
Kefirin vətəni Şimali Osetiya sayılır. Bu xeyirli süd məhsulunun istehsalında xüsusi kefir gobələyi "iştirak edir". Uzun illər ərzində osetiyalılar kefir hazırlanmasının üsulunu gizli saxlayırdılar. Rəvayətə görə, XX əsrin əvvəllərində ruslar detektivlərin köməyi ilə kefirin acıtmasını əldə edə bildilər və kefirin istehsalına başladılar.
O vaxtlar kefir əsl dərman hesab olunurdu və bu səbəbdən onun ilk buraxıldığı partiyası Moskva şəhərinin böyük bir xəstəxanasına göndərilmişdir.

Kefirin tərkibində süd turşusundan əlavə spirt (təxminən 0,6%) və karbon qazı var. Kefir qanazlığı və iştahasızlıq, yaşlı adamlarda tez-tez təsadüf edilən bağırsaqların zəif işlənməsi zamanı xüsusi xeyirlidir. Kefir sidikqovucu xüsusiyyətinə malikdır və bu səbəbdən çəkisi artıq olan insanlara, şəkərli diabet, böyrək və ürək xəstəliklərindən əziyyət çəkən insanlar üçün çox xeyirlidir. Bu xəstəliklər şişkinliklərlə müşayiət olunur. Kefir isə öz sidikqovucu təsirinə görə bu şişkinliklərlə mübarizədə yaxşı effekt verir.

Kefir kolit, qastrit, qara ciyər, ağ ciyər, bronxit, ateroskleroz, hipertoniya və s. xəstəlikləri zamanı çox xeyirlidir. Lakin mədə şirəsinin ifrazı artıq dərəcədə olduğu zaman həkimlər kefiri qəbul etməyi tövsiyyə etmirlər.

Yaponiyalı alimlər aşkar ediblər ki, kefir hətta xərçəng hüceyrələrinin yayılmasının sürətini azaldır və immun sistemini aktivləşdirir. Həkimlər onu xroniki infeksiyaları (məsələn, herpes) olan xəstələrə tövsiyə edirlər. Səkitləşdirici təsirinə görə kefir yuxusuzluq və nevrozlarda kömək edir. Bu səbəbdən həkimlər yatmamışdan əvvəl 1 stəkan yağı az olan kefir içməyi məsləhət görürlər.

Daha bir süd məhsulu olan asidofilin mədə-bağırsaq, qara ciyər xəstəlikləri, zəhərlənmələr və dizenteriya zamanı gözəl müalicəvi effekt verir.

Kəsmikdə xeyli miqdarda zülal, kalsium və fosfor var. Bu səbəbdən kəsmik, xüsusən yağsız, osteoporoz (sümüklərin sıxlığının azalması), ürək xəstəlikləri, vərəmin profilaktikasında mühüm rol oynayır. Kəsmik uşaq, yeniyetmələrin və yaşlı insanların gündəlik rasionunda olmalıdır.

Yaxın zamanlarda bifidobakteriyalarla zənginləşdirilmiş süd məhsulları istehsal etməyə başladılar. Bifidobakteriyalar insan orqanizmi üçün çox faydalıdır. Onlar disbakteriozu müalicə edir, zəhərli maddələri neytrallaşdırır, B qruppasına aid olan vitaminləri (o cümlədən, fol turşusunu) istehsal edir. Lakin bifidobakteriyalar çox zəifdilər və tez məhv olurlar. Məhz bu səbəbdən tərkibində bifidobakteriyaları olan süd məhsullarının saxlanma müddəti qısa olur.

Sağlamlıq     Baxılıb: 1629   Tarix: 08 yanvar 2014
f Paylaş

Oxşar xəbərlər

.

Masaj müalicəvi faydaları

Masaj xidməti müalicəvi xüsusiyyəti tarix boyu tanınmışdır. Dünyada icra edilən masajların nəzərdən keçirilən zaman göstərir ki, bunların çoxu, təxminən 90%-i, sağlamlığın bərpası məqsədilə tibbi masaj xidməti kimi icra edilir

.

Balqabağın UNİKAL MÜALİCƏVİ XÜSUSİYYƏTLƏRİ

Balqabaq ən faydalı tərəvəzlərdən biridir. Azkalorili, dadlı, vitamin və minerallarla zəngin olan bu tərəvəzin sağlamlıq üçün xeyirli xüsusiyyətləri saymaqla bitməz.  sizi balqabağın faydaları ilə tanış edir. 1. Karotinlərl

.

3 təbii çarə ilə cinsi istəksizliyə - SON

Bu vasitələr potensiyanızda olan problemləri aradan qaldırmaqla yanaşı həm də orqanizminizə ümumi şəkildə müsbət təsir göstərəcək. Bal və qoz.  . Mütəxəssislər tərəfindən bu qarışığın "Viaqra"dan da güçlü olmas

.

Giləmeyvə çaylarının faydaları nələrdir?

Sağlamlığımız üçün bitki çayları qədər giləmeyvə çayları da çox faydalıdır. Sağlamolun.az orqanizmimizə faydalı olan bitki, çiçək və giləmeyvə çaylarını təqdim edir:. Şüyüd - Həzm çayıdır. Həzmi yaxşılaşdırır. Şişkinliy

.

DİQQƏT: Hansı meyvənin tumu botoks effekti verir?

Dəri və saç problemlərini aradan qaldırmaq üçün çoxlu müxtəlif kosmetik məhsullardan istifadə olunur. Ancaq ekspertlər avokadonun tumunun təbii faydalarının onlardan daha təsirli ola biləcəyini bildirirlər. xəbər verir ki

.

Səhərlər acqarına 3 ədəd qoz yeməyin inanılmaz faydaları

Qoz beyinə faydaları ilə məşhur olsa da, başqa faydaları da var. Qozda A, E və B vitaminləri, həmçinin dəmir, sink, mis və maqnezium kimi minerallar mövcuddur. Acqarına qoz yeməyin faydaları bunlardır:. Enerji verir: Qozd

.

Hansı halda seks insanı xoşbəxt edir?

ABŞ alimləri müntəzəm intim münasibətin xoşbəxtlik üçün vacib olduğunu sübut edib. "Medicina" xəbər verir ki, sorğuda 300 könüllünün intim həyatı və razılıq hissi araşdırılıb. Məlum olub ki, həyatlarında mütəmad

.

Partladılmış Qarğıdalının xeyri və zərəri haqqında

Partladılmış Qarğıdalının faydaları və zərərləri haqqında məlumat olduqca azdır.Maraqlı haldır ki, bağlama halında satılan bu qidalar üzərində olan reklam mətnləri isə insanı haradasa bu qidanın hava, su qədər vacibiyyətin

.

Qadınların intim gigiyenası. 4 VACİB QAYDA

Həkim-ginekoloqlar qadınlar tərəfindən intim gigiyenaya riayət edilməsini qadın reproduktiv sistemi xəstəliklərinin profilaktikasının vacib hissəsi hesab edirlər.  bildirir ki, intim gigiyena qaydalarını bilməmək və ya onlar

turlar.az

kosmetoloq reseptler qis geyimləri 2026 soz ehtiyati artirmaq vətənə aid bayatılar haqista hamiləlik və doğuş kosmetika oglaq englishdilində qulaq vətən haqqında atalar sözləri kökəlmək üçün 8 mart