Təkcə bu vitaminin azlığı insanı dəli edir - Yorğunluq, qorxu, depressiya, gücsüzlük...

Təkcə bu vitaminin azlığı insanı dəli edir - Yorğunluq, qorxu, depressiya, gücsüzlük...Fol turşusu - vitamin B9 təkcə hamiləlikdən öncə və hamiləlik zamanı qadınlara təyin olunmur. O bizim hər birimizə vacib olan vitamindir və çatışmazlığı dəhşətli fəsadlar yarada bilər.

1941-ci ildə qaraciyərdən və ispanaq yarpaqlarından ayrılıb əldə olunan fol turşusu daha çox dölün normal inkişafı və hamilələri qan azlığından qorumaq üçün hamilələrə təyin olunurdu.

Vitamin B9 orqanizmdə çox həyati vacib kimyəvi-bioloji reaksiyalarda iştirak edir. O, uşaqlı, qadınlı kişili hər kəsə lazımdır.

-B12 ilə birgə o qan yaranması, qırmızı qan hissəciklərinin yaranması və dövranında iştirak edir.

-Baş və onurğa beyin işinin, sinir sistemi üçün vacibdir. Çünki fol turşusu onurğa beyin mayesinin bir hissəsidir.

-Neukleon turşularının sintezində iştirak edir, hansı ki, onlar genetik informasiyanı ötürür, zülal yaranmasında lazımlıdır.

-Mədə şirəsinin normal ifrazını təmin edir

-Serotoninin və neyroadrenalinin sintezində vacibdir, bu da psixoemosional durumumuzu təyin edir

-Hüceyrə nüvəsinin yaranması üçün tikinti materialı rolundadır.

İnsan sutka ərzində 1-2 qr dol turşusu dozası almalıdır. Müalicə üçünsə sutkada 10-20 mq fol turşusu təyin olunur.

Orqanizmdə fol turşusu çatışmazlığımı necə bilmək olar.

Əlamətləri:

-Dəridə avazıma, ağarma, periferik toxuma və orqanlara qan və oksigenin normal çatmaması səbəbindən hemoqlobinin aşağı düşməsi, halsızlıq, zəiflik

-Saçların tökülməsi, zəifliyi, dırnaqların qırılması

-İştahanın olmaması

-Mədədə aşağı dərəcəli turşuluq
-Qida intoksikasiyaları, həzmin yaxşı getməməsi

-Yuxu pozulması, depressiya, apatiya, yorğunluq, pis əhval-ruhiyyə

-Nevritlər, sinir mənşəli ağrılar, iltihab

-Meqoblast anemiya - qanazlığı

-Hamiləlikdə çoxsaylı problemlər, düşüklər, dölün inkişafdan qalması

-Hər iki tərəfdə sonsuzluq

-Yaddaşın pozulması

Fol turşusu defisitini necə aradan qaldırmalı?

Normal halda bu turşu orqanizmə qida yeməklə daxil olmalıdır. Qidanızda ət, ciyər, balıq, yumurta olmasına nəzarət edin.

Hər gün ispanaq, yaşıl salat, ərik, şüyüd-cəfəri, pomidor, kəsmik, pendir, qatıq, yaşıl tərəvəz və meyvələrdən heç olmasa birini yeyin.

Uşaq və yeniyetmələr, qanazlığı olanlar, hamilələrdə fol turşusuna tələbat ikiqat olur. Ona görə onlar bu qidaları daha çox qəbul etməlidirlər.

Əgər qida ilə fol turşusunu ödəyə bilmirsizsə, həkim məsləhəti ilə sintetik Fol turşusu qəbul etməyə başlayın. Sintetik analoq təbii turşudan da yaxşıdır və yaxşı mənimsənilir.

Sağlamlıq     Baxılıb: 2034   Tarix: 26 avqust 2021
f Paylaş

Oxşar xəbərlər

.

İsti hava kişilərin ata olmaq şansını azaldır - SƏBƏB?

Son araşdırmalar göstərib ki, həddindən artıq isti hava kişilərdə spermanın kəmiyyətinə və keyfiyyətinə mənfi təsir göstərir. Sinqapur Milli Universitetində aparılan araşdırmada 818 kişidən alınan sperma nümunələri sayəsind

.

Cavan və gözəl qalmaq üçün - Möhtəşəm ƏDVİYYAT

Sarıkökün sağlamlıq üçün misilsiz faydaları elmdə çoxdan sübut olunub. Bu ədviyyat mikrob və virus əleyhinə təsir edir, orqanizmdə iltihabları azaldır, güclü antioksidant olduğundan xərçəngin riskini azaldır, qaraciyər üçü

.

Səhərlər acqarına 3 ədəd qoz yeməyin inanılmaz faydaları

Qoz beyinə faydaları ilə məşhur olsa da, başqa faydaları da var. Qozda A, E və B vitaminləri, həmçinin dəmir, sink, mis və maqnezium kimi minerallar mövcuddur. Acqarına qoz yeməyin faydaları bunlardır:. Enerji verir: Qozd

.

Cinsi fəallığı, intim həvəsi artıran vasitələr – AFRODİZİAKLAR HAQQINDA BİLMƏDİKLƏRİMİZ

Afrodiziak intim istək, eşq həzzi deməkdir. Bu söz qədim yunanların sevgi ilahəsi olan Afrodita adından götürülüb. Bəs, hələ qədim zamanlardan bu günə qədər insanların böyük maraq göstərdiyi afrodiziak vasitələr nə üçündür

.

Cəfərinin insan orqanizminə inanılmaz faydaları

Cəfərinin insan orqanizminə inanılmaz faydaları. Cəfəri bədəni təmizləmək üçün çox gözəl qidadır. 15-16 dənə cəfərini saplağı ilə birlikdə havanda(blender)yaxşıca əzirik, üzərinə, yarım limon sıxırıq yaxşıca qarışdırırıq

.

Babasili, mədə xorasını sağaldan qanqal - Qaraciyərin dərmanı

200 il bundan əvvəl qanqalın adı Qədim Romanın tibbi elmi əsərlərində çəkilirdi. Bitki qara ciyər xəstəliklərində istifadə olunurdu. Uzaq keçmişdə qanqalı Avropa həkimləri də qara ciyər xəstəlikləri zamanı istifadə edirdilər

.

Masaj müalicəvi faydaları

Masaj xidməti müalicəvi xüsusiyyəti tarix boyu tanınmışdır. Dünyada icra edilən masajların nəzərdən keçirilən zaman göstərir ki, bunların çoxu, təxminən 90%-i, sağlamlığın bərpası məqsədilə tibbi masaj xidməti kimi icra edilir

.

Cinsi həyatı pis olan kişiləri gözləyən təhlükə: beynində

Cinsi həyatı pis olan kişilərin beynində zədə aşkarlanıb. Mütəxəssislərin fikrincə, cinsi həyatımızla idrakımız arasında birbaşa əlaqə var. Pis bir cinsi həyat gələcək illərdə yaddaş problemlərinin xəbərçisi ola bilər. ABŞ-ı

.

Bu 3 qadın xüsusiyyəti kişiləri uzaqlaşdırır

Bəzən kişi qadının malik ola biləcəyi keyfiyyətlərə heyran olur. Ancaq zaman keçdikcə bir çox xarakter ortaya çıxır ki, bunlar ayrılmağa aparan yolun başlanğıcı hesab edilir. Yəni bir növ kişilər qadınlardan soyuyur. . Kişilər

turlar.az

qis geyimləri 2026 yemek reseptleri toy gecesi kakos yagi hamiləlik təqvimi elaci gavalinin faydasi kosmetika qız bürcü haxisdalar qizliq perdesi qaynana hakista kurtlar vadisi